image_pdfimage_print

Pərakəndə şəbəkələr bugün Azərbaycanda dinamik inkişaf dövrünü yaşayır. Yeni-yeni şəbəkələr yaranır, mövcud şəbəkələr bazarda öz çəkilərini artırmaq üçün yeni mağazalar açır, yeni xidmətlər yaradır və s. Bununla belə bugün qlobal pərakəndəçi şirkətlər arasında YENİ və əslində bizim “köhnə” dediyimiz tendensiya, bir trend yaranmışdır. Bu yazıda biz bu yeni-köhnə trend barədə danışmaq istəyirik.

İlk növbədə qeyd etmək istəyirəm ki, pərakəndə sektoru həyatımızda gedən istənilən deyişikliyi özündə əks etdirən ilk sektordur. Necə ki, “tezə xəbər, birinci bazardan yayılır”, eləcədə insan həyatında baş verən istənilən deyişiklik özünü bir-başa olaraq pərakəndə sektora yansıdır. Bu məntiqlə pərakəndəçi marketoloqların gözləri digər sektorda işləyənlərlə müqayisədə daha açıq olur. Ən azından olmalıdır. Çünki bu sektorda “yatmaq” bağışlanmazdır və liderliyi əldən vermək bir an məsələsidir.

Butün dünyada olduğu kimi Azərbaycanımızdada pərakəndəçilik sektorunun inkişafı bir başa olaraq müxtəlif satış formatlarının meydana gəlməsi ilə paralel baş verir. Hal-hazırda dünyada yeni bir pərakəndəçilik formatı meydana gəlir – bazarlar!

Bugün dünyada aparıcı pərakəndəçi şirkətlər özlərinin merçandayzinq siyasətlərində məhsulları bazar məntiqi ilə düzməyə üstünlük verirlər. Hər bir məhsul maksimum şəkildə təbii, maksimum şəkildə müştəriyə yaxın təqdim edilməlidir. Necə ki, bir vaxtlar pərakəndəçi şəbəkələr aktiv şəkildə özlərində “bazar” anlayışını uzaqlaşdırmaq istəyirdi… bugün qlobal pərakəndə trendi bunun tam əksinə doğru hərəkət edir.

Məsələn, Rusiyada bunu edən ЭкоБазар şirkəti pərakəndə şəbəkədə bazar ənənələrini qorumaqla, muasir pərakəndənin tələblərini qoruyan mağazalar şəbəkəsi qurur. Almaniyada belə konseptlərini sayı-hesabı yoxdur. Burada əsas məntiq insanların alış prosesində yenilik axtarmaqları və eyni zamanda böyük şəhərlərin gətirdiyi streslərdir. Böyük şəhərlərdə “bazar” məntiqi ilə mağazalar şəbəkəsi qurmaq həqiqətəndə müştəri “insight”larına cavab verir.

Eyni format tezliklə Bakıdada olacaq. Şəhərimizdə açılması gözlənilən premium alış-veriş mərkəzlərinin birində artıq belə supermarketin olmasına gərar verilmişdir.

Pərakəndə şəbəkələrdə bazar konsepsiyası özünü yalnız pərakəndə şəbəkənin tamamiylə dəyişməsində deyil, həmçinin merçandayzinq məsələlərindədə göstərir. Bugün ərzaq məhsullarının düzülüşündə qlobal trend məhsulu məhz “yetişmə” anında müştəriyə təqdim etməkdir. Bununla məhsulun təbii və təzəliyi önə çıxarılır. Düşünürəm ki, pərakəndə şəbəkələrimiz bu tendensiyanı tezliklə öz formatlarında tətbig etməyə başlayacaqlar. Necə deyərlər tezliklə pərakəndəçilik Yenidən – kəhnəyə qayıdır!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close