Monthly Archives Yanvar 2014

Bugün Azərbaycan ilk (hələki yeganə) onlayn Marketinq televiziyasının bir yaşı tamam olur. Bu münasibətlərlə butün Marketinq İcmasını və əlbəttə bu televiziyanın yaranmasında böyük əməkləri olan Anar və Rafiq müəllimləri ürəkdən təbrik edirəm!

Yadıma gəlir FMR TV-in ilk çəkilişləri… (burdan baxa bilərsiz, pərdə arxası görüntülərə) yadıma gəlir orda olan həyacan, yadıma gəlir bu bir il ərzində hər bir verilişin çəkilişində çəkilən əziyyətlər… dostlar Sizə səmimi deyim, mən fəxr edirəm ki, böyük Marketinq komandasının kiçik bir üzvüyüm. Mən Marketinqi çox sevirəm! Əlbəttə bu sevgi gördüyümüz işlərdədə əks olunur. 

Pərakəndə şəbəkələr bugün Azərbaycanda dinamik inkişaf dövrünü yaşayır. Yeni-yeni şəbəkələr yaranır, mövcud şəbəkələr bazarda öz çəkilərini artırmaq üçün yeni mağazalar açır, yeni xidmətlər yaradır və s. Bununla belə bugün qlobal pərakəndəçi şirkətlər arasında YENİ və əslində bizim “köhnə” dediyimiz tendensiya, bir trend yaranmışdır. Bu yazıda biz bu yeni-köhnə trend barədə danışmaq istəyirik.

Bugünlərdə istər Facebook, istər digər sosial şəbəkələrdə çoxlu saydı Şahdağda olan istirahəti əks etdirən şəkillər, postlar var. Bu il insanlarımız istirahətə daha kütləvi formada getməyə başlayıblar. Əla xəbərdir. Artıq bizim insanlarda həyatda ev tikmək, pul yığmaq, qızına cehizlik, oğluna ev və s. kimi anlayışlarla yanaşı həmdə yaşamaq lazım olduğunu dərk edir. Düzdür… bunu Avropalılar kimi etməsədə… yenədə nesə edir və ən əsası… ildən-ilə daha çox edir. Bu il qış turizmində Şahdağ son dərəcə uğurlu nəticələr əldə etdi. Amma mən Sizinlə Şahdağda yerli turizmin fonunda müşahidə etdiklərim barədə danışacam. Başlayaq?!

Yadıma gəlir bir dəfə Almaniyada olanda bir şirkətlə tanış olduq – şirkətin 170 ildən çox yaşı var edi. Bilirsiz şirkət 170 il ərzində nə istehsal edirdi?! Düşünün ki, şirkət 170 il ərzində yalnız və yalnız çarpayı istehsal edib. Təsəvvür edin… 170 il yalnız çarpayı. Ailə şirkəti olaraq 200 mln. EVroluq dövriyyəsi olan biznes, bugünə qədər bir manatda (Evroda) olsun kreditdən istifadə etməyən şirkət kimi rahatlıqla qinnes kitabına düşə bilər. İş fəaliyyətində bir Evro belə krediti olmayıb! Mən düşünürəm ki, bugün belə bizneslər qurmaq mümkündür. Bu haqda fikirlərimi bölüşüm – maraqlıdırsa oxuyun!

Dostlarımızın bildiyi kimi, bu dərs ilində iki ali məktəbdə dərs deməyə başlamışam. Dərs demək bir-az böyük çıxır… biz sadəcə bildiklərimizlə öz tələbə dostlarımızla paylaşırıq. Marketinq AİR təlimlərimizdə paylaşdıqlarımız sırf praktik tərəflər olduğu halda, Ali məktəblərdə biz daha çox biznesin nəzəri tərəflərindən danışırıq. Bugün mənim müşahidə etdiyim bir problem barədə Sizlərlə söhbət etmək istəyirəm. Ali məktəblərimizdə gənc alimlərimiz demək olar ki, yoxdur. 28-35 yaşlarında PhD etmiş (elmlər namizədi olmuş) adamların sayı barmaqla sayılır. Mən düşünürəm ki, bunun bir neçə ciddi səbəbi var.

Yeni ildə bir tendensiya və ya marketoloqların dili ilə desək “insight” ilə qarşı-qarşıya gəlmişəm. Düşünürəm ki, bu Sizdədə belə olub. Yadıma gəlir əvvəllər yeni il ərafəsində hamı bir-birinin evinə gedərdi və ya telefonla zəng edərdi və s. Bəs indi necədir? Bəs indi insanlar bir-birlərini necə təbrik edirlər?!

12
Close