image_pdfimage_print

Vaxt keçdikcə bir sadə həqiqətin şahidi oluram. Biznes yalnız pul qazanmaq üçün qurulduqda “pul” və “biznes” sahibindən küsür. Bəli, bəli. Əgər sahibkar yaratdığı biznesə yalnız pul mənbəyi kimi baxırsa, əgər sahibkar hər addımında pul qazanmağı (daha çox qazanmağı) düşünürsə bu işin uğurlu olma ehtimalı çox aşağı olur. Mən bu yanaşmanı nəzəri-psixoloji cəhətdən izah edə bilərəm… amma bloqumuzun oxucuları məndən sırf praktika gözlədiyi üçün, dediyim tezisi bir neçə real Azərbaycan biznes həyatından olan misalla izah etməyə çalışacam. Başlayaq?!

İlk əvvəl deyim ki, bugünəqə qədər istər sahibkar, istərsədə müzdlu işçi olaraq iştirak etdiyim butün uğurlu bizneslərdə – işi pula görə deyil, əlavə dəyərlərə görə gördüyüm halda uğur qazanmışam. İnanın səmimiyyətimə. Mən Azərbaycanda çox böyük biznes qurmuş adamlar tanıyıram. Onlar iş prinsipi nəzərdə keçirdikdə biz bir daha şahid oluruq ki, bu adamlar heç vaxt pulun, qazancın “dalınca” getməyiblər. Pul, qazanc bir növ özü bu sahibkarları tapıb.

Misal № 1. Bir yaxın dostumuz geyim mağazası açmışdı. Beynində yalnız pul qazanmaq var edi, hətta çox zaman özü belə öz satdığı maldan istifadə etmirdi. Satdığı məhsul özünün xoşuna gəlmirdi. Mağaza işlədilməsi sırf “filankəs belə edir, bizdə edək” məntiqinin üzərində dayanırdı. Mən bir neçə dəfə dostumuza məhsulu, mağazanı, işçiləri… ümumiyyətlə sahibi olduğu biznesi sevməsi lazım olduğunu dedim… AMMA dostumuz yalnız “quru” hesabçılıqdan danışırdı. Təbii ki, tezliklə biznesdə problemlər başladı… və illik Vergi yoxlanışı gələndə dostumuz mağazasını bağladı. Təkrar edirəm, yalnız pula görə qurulan heç bir biznes uğurlu olmur. Biz öz işimizi, öz məhsulumuzu (xidmətimizi) sevməliyik. Belə olmasa iş getməz.

Sizi əmin edirəm, öz istehsal (və ya teklif) etdiyi məhsulu istifadə etməyən sahibkarın biznesi heç vaxt uğurlu olmaz. Özünə rəva bilmədiyin neyisə, başqasına təklif etmək çətin olur, necə ki, özün inanmadığın dəyərə, kimisə inandırmaq.

Misal № 2. Mənim Almaniya ilə sıx bağlı olan biri olduğumuda dostlarımız yaxşı bilir. Təxminən 2 il bundan əvvəl mən gəti şəkildə Bakıda eksklüziv alman mebellərini təqdim edən salonun yaradılması barədə gərar verdim. Bunu mən mütləq etməli edim. Çünki bele bir biznes demək olar ki. dünyanın bir çox ölkələrində olsada Azərbaycanımızda yox edi. Düşünün. Butün dünya Alman mətbəx mebellərini, alman funksionallığından həzz aldığı halda heç bir Azərbaycan sahibkarı bunu təqdim etməmişdi. Biz istəyirdik ki, vahid konsepsiya şəklində alman mebel deyil, əsl alman keyfiyyətini Azərbaycanda təqdim edək. Nəticədə German Studio yarandı. Sizə səmimi deyirəm mən həzz alıram ki, bugün Azərbaycanda heç bir yerdə olmayan keyfiyyətdə mebeli və funksionallığı təqdim edən salonumuz var. Mebel?! Yalnız mebel deyil, əsl alman funksionallığı. Çox balaca bir salon, amma bənzərsiz. Bu işi pula görə açmamışıq (düzdür çox pulumuz gedib!))). Amma inanırıq ki, pul bizi tapacaq!))

Biznes mənfəət əldə etmək üçün edilən insan fəaliyyətidir. Lakin biznesmenin qazancı yalnız maddiyat deyil. Biznesmen – lider olmalıdır. Yalnız maddiyat üzərində qurulan bizneslər heç vaxt bənzərsiz ideya ortaya qoya bilmir. 21-ci əsrin biznesi isə bizdən bənzərsizlik tələb edir.

Misal № 3. Marketinq AİR layihəsi Sizcə niyə görə yaradılıb?! Bunu Sizin sadəcə yadınıza salıram. Bu layihə və ümumiyyətlə dostlarımız bu istiqamətdə gördüyümüz işlərə nəzər yetirin. Bir daha görəcəksiniz heç bir yerdə mənfəətə görə, pula görə biz layihə qurmuruq. Nəticədə biz Azərbaycanın çox istedadlı gəncləri ilə tanış olduq. Bunun özü bizim üçün çox böyük dəyər, çox böyük puldur. Bugün mən bir çox şirkətə gedib, orda Marketinq AİR məzunu görürəm. Bu superdir. Belədə olmalıdır.

Pulun çox “pis” olan bir “xasiyyəti” var. Onun dalına düşündə o qaçmağa başlayır. Olmaz onun dalınca qaçmaq, olmazzz. Bir-az “üz-verməyin” özü Sizi tapacaq. Söz verirəm. Tapacaq.

Biz mart ayının birindən tamamiylə Yeni konsepsiyada AİR təlimlərinə start verəcəyik. Diqqət edin. Marketinq AİR yox, AİR təlimlərinə. Söz verirəm son dərəcə innovativ və iştirakçılarımız üçün dəyərli bir təlim olacaq. Amma bu layihədə maddiyat üçün deyil. Mənfəət daha dərindəndir.

Bu yazını yaza-yaza dördüncü misalın yazıb-yazmayacağımı düşünürəm. Yazmıram. Bu tamamiylə fərqli bir keysdir. Saxlayıram növbəti yazılarımıza. Amma Sizə bir daha bir şeyi demək istəyirəm.

Əziz oxucu, hansısa bir işi yalnız pula görə edirsizsə… ETMƏYİN. Alınmayacaq. Alınsa bilin ki, bu təsadüfdür. Çalışın nəticəsindən həzz aldığınız bizneslər qurun. Burda diqqət edin. Nəticəsindən həzz aldığınız biznes, gətiyyən prosesindən deyil. Nəticə mütləq bizə həzz verməlidir ki, biz nəticəni əldə etməyə motivə ola bilək.

DAHA NƏLƏRİ ÖYRƏNMİŞƏM:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close