image_pdfimage_print

Çox zaman kimsə mənə hansı bazarlar Azərbaycana yaxındır və ya bençmarkinq üçün hansı ölkəyə baxaq suallını verdikdə – Rusiya cavabını verirəm. Bu ölkə corafi ərazi, ümumi infrastruktur və ya digər məsələlər cəhətdən bizdən çox fərqlənsədə, inkişaf və biznes cəhətdən bizə bənzəyir, öyrənəcəyimiz məsələlər çoxdur. Bu yazıda mən 2013-cü ildə ilk dəfə olaraq Rusiyanın ən böyük pərakəndə şəbəkəsi olan Magnit və onun sahibi Sergey Qaliskinin biznes yanaşması barədə danışacam. Öyrənəcək çox şey var.

2013-cü ilin ən dinamik və mənfəətli rus pərakəndəçisi olan Magnit özünə xas biznes məntiqinə malikdir. Düşünün ki, 2010-cu ilə qədər Rusiyanın heç bir böyük şəhərində birdənədə olsun şirkətin mağazası yox edi. X5 retail, Aşan, Diksi kimi pərakəndəçi nəhənglər öz mübarizəsini məhz Moskva, S-Peterburq, Ekaterenburq, Kazan kimi şəhərlərdə apardıqları halda Maqnit yalnız və yalnız əyalətlərdə mağazalar açırdı.

Maqnitin formatıda əslində son dərəcə maraqlı edi. Adətən hamımız hesab edirik ki, pərakəndəçilik məhz hipermarkatlər istiqamətində inkişaf edir. Əlbəttə, bu Rusiyadada belədir. Bizdə bugün olan dəyişikliklər, Rusiyada 2006-2009-cu ili xatırladır. O vaxtlar Maqnitin butün rəqibləri böyük hipermarketlər açdığı halda Maqnit özünün vahid seçdiyi “Evin yanında mağaza” formatından istifadə edir. Mağazaların yeri yalnız əyalətlərdə və yalnız yaşayış məntəqələrinə yaxın yerlərdə açılırdı. Kvadratura mağaza üçün 150-ən, 400-ə qədər olurdu. Çox yox!

Bu strateqiya ilə Maqnit həm bölgələrdə rahat mağaza sayını çoxalda bildi, həmdə böyük nəhənglərin “balaca” hesab etdiyi bazarda lider oldu.

Maqnitin investitsiya siyasətidə digər şəbəkələrdən fərqlənirdi. Düşünün. X5 Retail Group böyük kreditlərə girərək torpaq sahələri alır, hipermarketlər tikdiyi halda, Maqnit loqistika, anbar sistemi və İT investitsiya qoyurdu. Şirkətin sahibinin apardığı düzgün strateqiya əsasında Maqnitdə işçilərin bilik səviyyəsi bölgələrdə olmasına baxmayaraq paytaxt rəqiblərindən geri qalmırdı.

Maqnitin digər “know-how”-su təhcizatçılarla apardığı siyasətdə edi. Düşünün ki, ilk dəfə şirkətin istedadlı sahibi kolbasa istehsalçılarına xırda ölçüdə kolbasa istehsal etmələrini tələb edirdi. Məntiq çox sadə edi. Kolbasa müştərilər üçün daha münasib qiymətə təklif edilməli edi. Bunu yolu isə, istehlakçıya daha az porsiya təklif etmək ola bilər.

Maqnitin satışında öz markası ilə satılan məhsulların payı 30% çoxdur. Bu post-sovet ölkələrində olan pərakəndəçilər üçün qeyri-adi nəticə edi. Burada pərakəndə şəbəkənin bu prosesin üzərində çox ciddi işlədiyini qeyd etməliyəm.

Biz düşünürük ki, Maqnitin belə uğurlu pərakəndə şəbəkəsinin qura bilməsinin bir neçə səbəbləri var. Bunlar aşağıdakılardır.

  1. Maqnit ilk əvvəldən digər rəqiblərinin görmədikləri bazara sahib oldu. Hamı mərkəzdə mübarizə apardığı zaman, Maqnit düzgün və sistemli formada bölgələrdə çalışdı. Nəticədə, yüksək rentabellik və likvidlik dərəcəsi yuxarı olan bir pərakəndə şəbəkəsinə sahib oldu.
  2. Maqnit pərakəndəçiliyin ən vacib, lakin vacib olduğu qədərdə “maraqsız” olan bir sahəsini ciddi investitsiya qoydu. Rəqiblər hipermatketlər və geniş məhsul təklif etdiyi halda, Maqnit anbarlaşma, loqistika, İT kimi sahələrə investitsiya qoydu. Nəticədə şəbəkənin xərcləri minimuma enməklə yanaşı, idarəetmə problemləri sıfıra endi.
  3. Şirkətin sahibi bir-başa olaraq biznesin üzərində edi. Mən hər zaman demişəm, bir dahada qeyd etməliyəm. Güclü biznes qurmağın ən birinci şərtlərindən biridə, sahibkarın bir-başa olaraq biznesdə iştirak etməsidir. MBA oxumuş dostlarımız, bunu başa düşmür… amma inanın bunu mən Sizə sırf şəxsi biznes təcrübəmə əsaslanaraq deyirəm. İşin üstündə deyilsənsə…, iş sənin deyil!

Mən hesab edirəm ki, bizim yerli pərakəndəçilər, əsasəndə bölgədə işləyənlər Maqniti bençmarkinq etməlidir. Yenidən velosiped icad etmək lazım deyil, Qaliskiy “dayı” bizə super yol göstərib!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close