image_pdfimage_print

Bugünlərdə istər Facebook, istər digər sosial şəbəkələrdə çoxlu saydı Şahdağda olan istirahəti əks etdirən şəkillər, postlar var. Bu il insanlarımız istirahətə daha kütləvi formada getməyə başlayıblar. Əla xəbərdir. Artıq bizim insanlarda həyatda ev tikmək, pul yığmaq, qızına cehizlik, oğluna ev və s. kimi anlayışlarla yanaşı həmdə yaşamaq lazım olduğunu dərk edir. Düzdür… bunu Avropalılar kimi etməsədə… yenədə nesə edir və ən əsası… ildən-ilə daha çox edir. Bu il qış turizmində Şahdağ son dərəcə uğurlu nəticələr əldə etdi. Amma mən Sizinlə Şahdağda yerli turizmin fonunda müşahidə etdiklərim barədə danışacam. Başlayaq?!

Bilirəm vaxtınız yoxdur. Ona görə uzun-uzadı danışmayıb bir-başa mətləbə və müşahidə etdiklərimə keçmək istəyirəm. Vaxtımız olanda Azərbaycanda turizmin inkişafı barədə uzun-uzadı danışarıq. Yaxşı?! Keçək əsas müşahidələrimizə.

Müşahidə №1 – Bizdə paxıllıq var. Əziz oxucu, mən FB olan statuslara baxıram və hiss edirəm biz kimlərinsə sevincli, şən, xoşbəxt fonda olan həyatını göründə nesə narahat oluruq. Adamlarımız bu il kütləvi şəkildə istirahətə gedib və öz şəkilləri ilə xoşbəxt günlərini göstərirlər. Burda məgər nə pis şey var?! Şahdağın uğuruna sevinib, insanlarımız nəhayət ki, Gürcustana deyil, daxili turizmə yönəlməsinə sevinməyimiz bir yana, biz hələ durub Şahdağa gedənləri ələ salmaq istəyirik. Pulu xarici ölkələrdə xərcləməyimiz yaxşıdır?! Mən düşünürəm ki, bugün Şahdağa istirahətə gedən hamı, əslində milli turizmin inkişafı üçün vacib addım atır. Yeni ili Uludağlarda keçirməkdənsə… mən şəxsən Şahdağda keçirməyə üstünlük verərəm.

Müşahidə №2 – Biz danışmağı, etməkdən çox sevirik. Məsələ çox sadədir, biz hansısa mövzü, problem və ya edilməsi vacib olan nesə haqqında saatlarca və düzgün danışmağa qadirik… AMMA və LAKİN – iş icraya çatanda biz yox oluruq. Bəzi “konsultatsiya” verənlər kimi, danışmaq bizlikdir, icra bizlik deyil. Biz Şahdağda turizm xidmətləri pisləyirik, amma müsbət amillər haqqında heçnə demirik. Biz Uludağda olan şəkili “like” edirik… Şahdağda olanlara “gülürük”. Sonrada millətçilikdən danışırıq!!!

Müşahidə №3 – Biz hər şeyi QARA rəngdə görürük. Hamımız ay bizdə turizm belə pisdir, ay bizdə filan-şey belə olsa əla olar sözünü deyirik… amma özümüzdən kimsə nesə aktivlik edib, ortaya iş qoyanda oluruq o adamlara düşmən. Məsələn, yeni ildə Qubada olan Rixos Hotel Tarkanı Azərbaycana gətirmişdi. Çox təəsüf ki, mən gedə bilmədim (yeni ildə Bakıda deyildim). Bu xəbəri hamı sosial şəbəkələrdə “topa” tuturdu. Mən sadəcə başa düşmürəm – NİYƏ?! Əzizlərim… bir tərəfdən deyirik ki, turizm inkişaf etsin… bir tərəfdəndə deyirik ki, turizmə niyə investitsiya qoyursuz?! Əzizlərim biz nə vaxt nəyəsə pozitiv baxmağa öyrənəcəyik?! Bəs turizmi başqa necə inkişaf etdirmək olar?! Görəsən biz niyə “burnumuzdan” qabağı görmək istəmirik?! Bir neçə misal verim. San-Tropedə Fransa höküməti turizmi inkişaf etdirmək istəyirdi. Bilirsiz o dövrlərdə fransız iqtisadiyyatı çox zəif edi, San-Trope olan bölgə isə turimz cəlb edə bilmirdi. O dövrlər Fransız höküməti Lui de Funesin iştirakı ilə San-Trope bölgəsinin turimz imkanlarını açmaq üçün “Jandarmlar və s.” tipli seriyalı 5 kino çəkir. Yalnız bundan sonra San-Tropeye turist axını başlayır. Bugün San-Trope xidmət olaraq türklərdən geri qalsada Avropanın ən gəlirli turistik zonası hesab edilir. Turizmə investitsiya qoymaq lazımdır. Bunun üçündə əlbəttə biz Tarkanları milyonlarla dollar verib Azərbaycana gətirməliyik. Yoxsa elə bizim Azərbaycanlılar gedib o pulu xaricdə xərcləyəcək. Xərcləyirdə!

Əziz oxucu, hesab edirəm ki, biz hamılıqla ölkəmizdə olan müsbət məsələlərə –  müsbət, biyabırçılıqlara – biyabırçılıq olaraq münasibət bildirməliyik. Biz siyasətlə məşğul olmuruq və buna görədə Azərbaycanımızda olan müsbət dəyişikliklərə sevinməliyik. Bu ölkəni bizlər düzəltməliyik, bu ölkədə olan prosesləri düzgün təhlil edib, düzgün gərarlar verməliyik. İnanın çox şey elə bizlərdən asılıdır (hər şey demirəm…)!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

5 Comments

  1. Ilkin müəllim cox gözəl təsbitlərdir. Mən deyərdim ki, bütün Millətimizi hazırda düşündürən və təəssüf ki, mentalitetimizdə belə yer almaq həddinə gələn xarakterləri qeyd etmisiniz. Təşəkkür edirəm.

    • Çox sağ olun kommentə görə Sanar muellim. Amma heyf ki, yazdiglarim hegigetdir… kash men sehv dusunerdim… tam semimi deyirem!)

  2. Bravo :)

Leave a Reply to Sanar Mammadov

Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close