image_pdfimage_print

Yeni ildə bir tendensiya və ya marketoloqların dili ilə desək “insight” ilə qarşı-qarşıya gəlmişəm. Düşünürəm ki, bu Sizdədə belə olub. Yadıma gəlir əvvəllər yeni il ərafəsində hamı bir-birinin evinə gedərdi və ya telefonla zəng edərdi və s. Bəs indi necədir? Bəs indi insanlar bir-birlərini necə təbrik edirlər?!

Yadıma gəlir təxminən 3 il bundan əvvəl Berlində Marketinq Forumunda iştirak edirdim. İştirak zamanı HP şirkətinin yeni kommunikasiyalar üzrə qlobal rəhbərinin çıxışında bir tezis səsləndi: “Elə bir zaman gələcək ki, artıq insanlar bir-birlərinin evlərinə nəyinki qonaq getmək, heç zəngdə etməyəcəklər. Bu insanların intim həyatını icazəsiz girmək kimi görünəcək”. Mən düşünürəm ki, artıq o dövr gəlib, məm buna yeni il ərzində mənə edilən (və mənim etdiyim) bayram təbriklərində açıq şəkildə biruzə verirdi.

Hansısa məsələ barədə fikir bildirməkdən əvvəl Statistikaya nəzər yetirmək yaxşı olar, düzdür? Baxaq!

Mən yeni ildə dostlarımızda aşağıdakı formada təbriklər almışam:

  • Bir-başa zənglə edilən təbriklər – 12 zəng; (Mən götürdüyüm zənglər, ümumi zəng daha çox olub, sadəcə Rouming və ya səsli yerdə olduğuma götürmədim zənglər çox olub)
  • SMS-ə edilən təbriklər – ən azı 150 SMS;
  • Facebook-da təxminən 50 dostumdan aktivlik görmüşəm (ya PM yazıblar, ya statuslarında mənə “tag” ediblər);
  • Linkedin profilində 15-17 PM almışam;
  • WhatsApp aldığım təbriklər 16 nəfər;
  • Viber aldığım təbrik sayı 4 nəfər;
  • E-mail vasitəsi ilə aldığım təbrik sayı, təxminən 40-an çox.

Mən özüm təbrikləri yalnız SMS-ə etmişəm. Birdə çox yaxın adamlarla (valideyn, dost, partnyorlar) zəng etmişəm. Buna ərkim çatıb. Zəngləri yalnız yaxın tanıdığım adamlara etmişəm.

İndi keçək əsas məsələyə. Bu təbriklərdən hansıları mənə təsir edib və ya mənim yadımda qalıb?!

Bizim bloqun oxucuları bilir, ona görə bir daha xatırladım. Mən burada maksimum səmimi yazıram. Ona görə aşağıda yazdıqlarım dostlarımızın xətrinə dəyməsin, xahiş edirəm.

Mənə yazılan SMS və e-maillərin 95% kimdən və necə gəldiyi yadımda qalmayıb. Səbəb çox sadədir: təbriklərin elə 95% tam adsız və “kopyalanmış” SMS kimi mənə gəlib. Hamıya sadəcə, etiket xətrinə yazılan SMS-in effekti heç vaxt yüksək ola bilməz. Amma əksinə WhatsApp-a və Viberlə gələn butün təbrikləri bir-bir oxumuşam. Onlar mənə daha doğma və əziz gəlib. Beləliklə yazdıqlarımızdan aşağıdakı marketinq nəticələrinə gəlmək olar:

  1. Ən yadda qalan kommunikasiya səmimi və fərdiləşdirilmiş şəkildə olmalıdır. Bugün brendlər müştərilərlə yalnız fərdi şəkildə danışdıqları zaman təsirli ola bilirlər. Seqmentasiya və konkret seqmentə uyğun kommunikasiya olmadan heç bir uğurlu brend kommunikasiyadan danışmaq olmaz. Buna misal olaraq biz yuxarıda öyrəndik ki, hamıya eyni formada “adsız” yazılan SMS-ər bizim yadımızdan çıxır. Əksinə bizə konkret yazılmış SMS-ər bizim yadımızda daha çox qalır. 
  2. Reklam çox adamın olduğu yerdə deyil, az reklamın olduğu yerdə effektiv olur. Daha konkret desək əgər biz öz brendimizi müştərilərimizin beynində daha güclü formada yadda qalmasını istəyriksə reklam yükü az olan yerlərdə göstərməliyik. Marketoloq buna klatter deyirlər. Klatterin çox olduğu yerlərdə reklam öz effektini itirir. Buna misal olaraq FB göstərmək olar. Hamı Facebook-an yazdığı üçün daha az yazı (təbrik) olan WhatsApp-an gələn təbriklər daha çox yadda qaldı.
  3. İnsanlarla bir-başa təmasdan çəkinirlər, mobil həyat bizi daha “soyuq” edir. Bugün mobil internetin imkanları artıq demək olar ki, insanlar arasında olan ikili danışıqları minimum səviyyəyə çatdırıb. Qoyumlar nəyin ki, bir-birlərini qonaq getmək, ümumiyyətlə zəng etmək belə istemirlər. Bunun əvəzinə bir SMS və ya WhatsApp-a bir bayram açıqcası göndərmək daha sadə olur…

Beləliklə 2014-cü il gəlməsi mən hesab edirəm ki, biz bir-birimizlə dahada uzaqlaşa bilərik. Buna yol vermək olmaz… Bakıya gələn kimi dostlarımla görüşləri artırıram… hazırlaşın!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. Çünki biz ozümüz de bir nov texnologiyanın bir parçası olduq. Yanımızda,işde,evde daim Smartfonlar,Planşet ve kompyuterle birik ve internet üzerinden elaqeler qururuq…Xüsusen de işgüzar adamlar her gün onlarnan xeberi bu vasiteynen alır,sohbetlerini internet üzerinden aparır.Xüsusi olan heç bir gün olmur artıq ve biz ozel günlerin de hamısında edeceyimiz tebrikleri buraya sığdırırıq…Tebrikden sohbet düşmüşken…YENİ İLİNİZ MÜBAREK! :)

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close