image_pdfimage_print

Həyatda yaxın tanıdığım, uğuruna sevindiyin, bir vaxtlar birlikdə yarışlarda olduğun, butün ailəsini tanıdığın bir adamı itirməkdən pis şey ola bilər?! Cavabı çox sadədir – OLA BİLƏR! Əgər bu adam Azərbaycanın ən istedadlı, ən vətənpərvər oğullarından biridirsə… itkinin payı dahada çoxalır. Vuqar Həşimov yalnız mənim çoxtan tanıdığım, böyük qardaşı ilə dost olduğum biri deyil – Vugar Azərbaycan şahmatını bir üst səviyyə qaldıran və hər bir hərəkəti ilə ölkə gəncliyinə nümunə olan birisidir.

Yadıma gəlir Vuqarla ilk tanışlığımız, yadıma gəlir Vuqarla şahmat yarışlarından sonra futbol oynamaqlarımız, yadıma gəlir Vuqarın ümumi olaraq şahmata, həyata olan baxışları. Yadıma gəlir mükəmməl “blits” oyunu… Bilirsiz, Vuqarın Azərbaycan şahmatına etdikləri danılmazdır, amma Vuqar bizim yaddaşlarımızda yalnız güclü şahmatçı olaraq deyil, yalnız endşpildə göstərdiyi “əfsanəvi” oyun üslübu ilə deyil, məhz nümunəvi Azərbaycan gənci kimi qalacaq. Hər yarışdan sonra Azərbaycan bayrağını numayiş etdirməsi, şahmat yarışları zamanı Azərbaycan haqqında olan söhbətlərdə göstərdiyi mövge, ölkəmizi xaricdə yalnız şahmat taxtasında deyil, butün yerlərdə mükəmməl təmsil etməsi bugün Vuqarı yalnız güclü şahmatçı kimi yox, məhz güclü Azərbaycan gənci kimi bizim beyinlərimizə həkk etdirir.

Vuqarı fərqləndirən əsas xüsusiyyətlərdən biridə məhz inanılmaz dərəcədə təvazükar olması edi. Yadıma gəlir bir dəfə Moskva hava limanında təsadüfən görüşdük. O vaxt Vuqar beynalxalq yarışdan qalib olaraq Azərbaycana qayıdırdı. Mən nə qədər sorğu-sual etsəmdə mənə gələbə haqda danışmadı… mən bu haqda yalnız hava limanında olan digər şahmat yoldaşlarımdan öyrəndim.

Əlbəttə, Vuqarın ailəsi bugünlərdə çox ağır günlərini yaşayır. Mən qardaşı Sərxanla dost olduğum üçün onun bu dəhşətli hadisəni necə keçirdiyini yaxşı başa düşürəm. Çox böyük dərddir. Mən inanıram ki, Vuqarın ailəsi, Vuqarın qardaşı bu faciyədən Vuqara yaraşan şəkildə çıxacaqlar. Azərbaycan şahmatı, Azərbaycan gəncliyi Vuqarı unutmayacaq. Unudada bilməz.

Allah sənə rəhmət eləsin, qardaş. Sən bizim Azərbaycan gəncliyi üçün çox şərəfli bir tarix yazdın. Bu tarixi biz, gələcək nəsillər sənə layiq olan tərzdə yaşatmalıyıq!

şərhlər

şərhlər

6 Comments

  1. Allah rehmet elesin. Cetindir, cox cetindir. Allahin takdiridir.

  2. Allah rəhmət eləsin! Allah onun yaxınlarına və onu sevənlərə səbr versin!

  3. men fexr edirem ki , bele bizim ogullar var,Allah ona qeni-qeni rehmet elesin,qebri nurla dolsun,ailesine derin bashsagligi verirem,inshaallah yeri cennetlik olsun!

  4. Allah sənə rəhmət eləsin, Vüqar.

  5. Vüqarı bir dəfə görən onu hec zaman unutmaz. Allah rəhmət eləsin…

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close