image_pdfimage_print

Mart ayının birindən Azərbaycanda artıq ikinci ildir ki, fəaliyyət göstərən praktik marketinq təlimləri – Marketinq AİR – tamamiylə yenilənmiş konsepsiya ilə qarşınızdadır. Hər birinizi təlimlərimizə dəvət edirik. Qeydiyyatdan keçmək bu linkdən mümkündür. Maraqlıdırsa təlim barədə qısaca məlumat verək.

İlk öncə qeyd etməliyəm ki, biz Marketinq AİR ilk dəfə təlimlərini yaratdığımız zaman çox qorxurduq. Biz deyəndə… mən öz adıma deyim – qorxurdum. Qorxurdum ki, birdən-birə təlimlərimizə gələn olmaz… biyabır olarıq!!! Amma nəticələr gözlədiyimizdən çox-çox yüksəkdə oldu. Bugünə qədər biz ümumi olaraq 4 qrup üzrə 170-ən çox dostumuza Marketinq AİR sertifikatlarını vermişik. 170 çox marketoloq bizim sertifikatlarımıza sahibdir. Tək sertfikatmı?!

…əsla yox. Bugün sevindirici haldır ki, Marketinq AİR məzunları ölkəmizin bir çox aparıcı şirkətlərində Marketinq prosesinə təkan verir, Azərbaycanımızın iqtisadiyyatını gücləndirir. Axı biz hamımız başa düşürük ki, hər şey bizlərin, Sizlərin əllərindədir. Bizim məzunlarımız öz əməlləri ilə sübüt edir ki, Azərbaycanda Marketinq, Azərbaycanda biznes düşüncəsi gündən-günə müsbət istiqamətdə dəyişir.

Əgər biz keçən Marketinq AİR təlimlərində milli keyslər üzərində marketinq, brendinq, menecment kimi dissiplinalardan danışırdıqsa, yeni formatda mövzularımız dahada dərinləşdirilmiş olacaq. İcazənizlə mən yenilənmiş Marketinq AİR təlimlərinin bir neçə fərqləndirici cəhətləri barədə Sizlərə məlumat verim.

Marketinq AİR ++ hansı fərqləndirici cəhətləri var?

  1. Marketinq AİR ++ təlimləri bu dəfə daha çox biznes əsaslı olacaq. Başqa sözlə desək, əgər əvvəllər biz Marketinq AİR çərçivəsində şirkətlərdə marketinq prosininin inkişafından danışırdıqsa, bu dəfə təlimlərdə Marketinq sırf biznes nöqteyi nəzərdən olacaq.
  2. Marketinq AİR++ təlimləri çərçivəsində biz təlimin keçirilmə yerinin məhz kinoteart olaraq seçməyimiz, təsadüfi deyil. Belə ki, bizim təlimlərdə səs effektləri, iştirakçılar-təlimçilər arasında olacaq ünsiyyət yalnız kinoteart formatında uğurlu ola bilər. Siz özünüz bunun şahidi olacaqsınız bizi son dərəcə innovativ marketinq təlimi gözləyir.
  3. Marketinq AİR++ Almaniyanın Steinbeis İnstitutu tərəfindən patentləşdirilmiş və Sizin Marketinq AİR-çilər tərəfindən rəsmi icazə alınaraq İMlead konsepsiyası ilə keçirələcəkdir. Biz bunun üçün almanlarla 2 ay müzakirə apardıq. Nəticədə nail olduq. Bugünə qədər yalnız Almaniyada tədris edilən modul, artıq Azərbaycanımızdadır, həmdə bizim Marketinq AİR-ə!!!
  4. Marketinq AİR ++ çərçivəsində biz hər bir mövzuya görə ev tapşırıqları prinsipinə riayyət edəcəyik. Başqa sözlə desək, təlim çərçivəsində ciddi bilik əldə etmək üçün iştirakçı ciddi əmək sərf etməli olacaq. (Düzdür biz bilirik ki, belə etməklə iştirakçı sayımız azala bilər. Çünki tənbəl adamın bura yeri olmayacaq… amma bizim üçün vacib olan AİR-çilərin gələcək inkişaflarıdır. İstəməyən, dözə bilməyən – gəlməsin!!!)
  5. Marketinq AİR ++ məzunları Almaniyada ixtisas artırma proqramlarını son dərəcə sərfəli şərtlərlə gedə biləcək. Başqa sözlə desək, biz AİR++-çilərə Daimler AG (Mersedes), AUDİ, HP və WMF kimi qlobal şirkətlərdə bir həftəlik ixtisas artırma proqramları təklif edəcəyik. Sizin təsəvvür edə bilməyəcəyiz sərfəli qiymətə!!! İnandırıram Sizə özüm sevinirəm ki, belə gözəl və sərfəli təklif irəli sürməyə imkanımız olacaq!
  6. Marketinq AİR++ çərçivəsində ölkənin güclü biznesmenləri ilə Sizləri tanış edəcəyik. Siz şirkət sahiblərində bir-başa olaraq onların üğur hekayələrini dinləyəcəksiniz. Əminəm ki, son dərəcə maraqlı olacaq.
  7. … məncə digərlərini surpriz edək. Gələndə görəcəksiniz.

Bəs nə dəyişməz qalır?!

Dəyişməz qalan 3 vacib məsələ var. Birincisi təlimçilər dəyişmir, ikincisi biz gətiyyən öyrətmirik – paylaşırıq, üçüncüsü isə digər təlimlərdə olduğu kimi, bu layihhənin qeyri-biznes məntiqinin olmasıdır.

Sizə bir xəbər verim. Reklam başlamadan, demək olar ki, heç bir xəbər verilmədən, artıq 11 nəfər qeydiyyatdan keçib… inanıram ki, təlimə qoyduğumuz iştirakçı sayında dəyişiklik etməli olacayıq. Düzdür Rafiq və Anar müəllimlər bu mövzuda çox konservativdir: “Bizə çox adam lazım deyil, əsas təlimin keyfiyyətidir…” deyirlər. Məndən olsa keyfiyyəti saxlayıb bir-az sayı artırmaqda olar… neysə bu “mətbəxin içidir” bunu sonra Sizə təklikdə deyərəm!))

Hər birinizi Marketinq AİR++ görmək arzusu ilə… Görüşərik!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close