Monthly Archives Fevral 2014

Yaxın dostlar bilir ki, hal-hazırda iki Ali məktəbdə (İqtisad Universiteti və Turizm İnstitutu) marketinq və strateji idarəetmə istiqamətləri üzrə mühazirələr deyirəm… mühazirə deyirəm deyəndə, azdan-çoxdan bildiklərimi paylaşıram, həmdə özüm öyrənirəm. Bunu niyə edirəm? – çünki düşünürəm ki, ali məktəbdə mühazirə demək mənim üçün hansısa mənada sosial məsuliyyətdir. Amma Sizə səmimi deyim, 3 gün bundan əvvəl olan iki hadisə nəticəsində Ali məktəblərdə işləməkdən daha çox mənəvi həzz almağa başlamışam. İstər Turizmdə, istərsədə İqtisadda gördüklərim Azərbaycan gəncliyinin necə müsbət ruhda inkişaf etdiyini hiss etdirdi. Sizə düşündüklərimi nəql edirəm, əminəm ki, Sizin üçündə sevindirici olacaq.

Bugünlərdə telefonuma gələn zənglərdən biri nəticəsində çox maraqlı bir hadisənin şahidi oldum. Bu hadisə əsasında mən bir daha şahid oldum ki, istənilən biznesin əsas suallı məhz müştərilərin hardan tapılmasıdır. Başqa sözlə desək, biznesin həyat tsıklından asılı olmayaraq, ən vacib sual məhz müştəri axtarışıdır (marketinqdir). Gəlin mən Sizə hadisəni danışım, daha sonra isə nəticələrə birlikdə gələk. (burdanda dostumuzu salamlayıram!)

Bizim bloqumuzun oxucuları (daimi oxucuları) biznes, siyasətlə gətiyyən məşğul olmurlar. Bizdə imkan daxilində ölkədə olan siyasi məsələlərə bloqumuzda fikir bildirməməyə çalışırıq. Buna baxmayaraq marketinq bizim həyatımızın hər bir mərhələsində özünü biruzə verir. Vacib deyil, Siz marketoloqsuz və ya hansısa Universitetin rektoru – marketinq mütləq Sizə lazımdır. Eləcədə ölkəmizin ən əhəmiyyətli ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovada marketinq vacibdir. Biz son günlərdə BDU olan hadisələr zamanı Abel Məhərrəmovun buraxdığı 3 marketinq səhvini göstərəcəyik. Digər səhvləri (gunahları) onun öz vicdanına, ölkə qanunvericiliyə və əlbəttə ki, Qurban olduğumuza buraxırıq. Beləliklə başlayaq: Abel Məhərrəmovun buraxdığı 3 marketinq səhvi hansılardır?

Əslində mənə elə gəlir Almanlarla müqavilələr bağlamağımız, dizayner axtarmağımız, yeni işçilər götürməyimiz, salon üçün aksessuarlar seçməyimiz “dünən” olub… AMMA artıq bir illiyini qeyd etməyə hazırlaşırıq German Studio-n. Sizə səmimi deyim, hər bir biznesdə ən vacib məsələlərdən biri, hətta birincisi işdən həzz almaqdır. Mən German Studio, istərsədə digər biznes istiqamətlərimizdə olan işlərdən doğurdanda həzz alıram. Biz fevralda German Studio-ın bir yaşını qeyd edeceyik. Almaniyadan, Rusiyadan partnyorlarımız ilk dəfə Bakıya gələcəklər. Sizə bəzi məsələləri danışmaq istəyirəm, vaxtınız varsa.

İlk əvvəl qeyd etməliyəm ki, German Studio Azərbaycanda ilk dəfə olaraq alman brendlərini bir arada toplayaraq müştərilərini yalnız mebel deyil, hazır interyer həllər təklif edir. Məhsullar luxury seqmentə aiddir. Buna baxmayaraq bugün German Studio-an 7-8 min Evroya belə mətbəx mebeli almaq olar və ya digər alman mebellərini uyğun qiymətə almaq mümkündür. Mən bizim bizneslə tanış olmayan dostlarımız üçün German Studio-n fərqləndirici cəhətlərini sadalamaq istəyiyəm:

Hamınızın (çoxlarınızın) bildiyi kimi mart ayının 3-ən etibarən biz Marketinq AİR təlimlərini yeni təlim formatında başlayırıq. İstər təlimlərdə iştirak etmək istəyənlərin sayı, istərsədə ümumi ab-hava bizə xəbər verir ki, bu dəfə olacaq təlimlərimizdə “anşlaqla” olacaq. Bu əslində məni çox sevindirir. Bu bir daha bizə sübüt edir ki, seçdiyimiz yol doğrudur və Azərbaycan biznes-elitası, istərsədə gənc ruhlu adamlar Marketinq AİR təlimlərini çox sevirlər. Bunun bir neçə səbəbləri var, bu yazıda isə mən Sizə Marketinq AİR ++ təlimlərimizdə tətbig ediləcək yeni təlim standartları barədə söhbət edəcəm.

Bloqumuzun oxucularının bildiyi kimi, biz bloqumuzda yeni rubrika olaraq – Sevilən brendlər – haqqında silsilə yazılara başlamışıq. Daha əvvəl, rubrikamızın qonağı Almaniyanın “dm” və Rusiyanın əfsanəvi pərakəndəçisi olan “Евросеть” brendləri olmuşdu. Bu dəfə post-sovet ölkələrinin ən güclü FMCG brendlərindən olan Вимм-Билль-Данн şirkətinin “Домик в деревне” brendi haqqında söhbət edəcəyik.

İlk əvvəl qeyd etməliyəm ki, Rusiyanın ən güclü iki FMCG şirkəti olan Вимм-Билль-Данн və Юнимилк şirkətləri artıq dünya nəhəngləri tərəfindən alınmışdır. Belə ki, Вимм-Билль-Данн – Pepsi Co, Юнимилк – Danone tərəfindən alınıb. Buna baxmayaraq bugün söhbət aparacağımız brend öz unikal identifikasiyası saxlayaraq hələ uzun illər Pepsi Co brendləri arasında qloballaşmayan brend kimi qalacağı şübhə doğurmur. İlk əvvəl Sizi sevilən brendimiz olan – “Домик в деревне” ilə tanış edim:

Ətrafımıza baxaq: kimlərsə gecə-gündüz hansısa qurduğu biznesin üzərində işləyir, amma nəticə əldə edə bilmir, kimlərsə sadə işlərdən uğur əldə edir. Kimlərsə böyük-böyük ali məktəblər bitirir… lakin hansısa bir şirkətdə 1000-1200 manata işləyir (ən yaxşı halda), kimlərsə Sədərəkdən balaca “budka” olaraq başladığı biznesi inkişaf etdirib “böyük” ali məktəbləri bitirənlərə 1000-1200 manat maaş verir. Sizcə bunun səbəbi nədir? Bəxt?! Düzdür. Mən bu yazıda Sizə biznesdə “bəxtin gətirməsinin” 4 üsulundan danışmaq istəyirəm. Başqa sözlə desək, kimlərin biznesdə “bəxti gətirir”?

Dünyada ən uğurlu brendinq numünələrindən danışdıqda əlbəttə Koreya brendlərinin, daha konkret Samsung, LG, Hyundai, KİA öz yeri, öz dəsti-xətti var. Lakin bu brendlər arasında Samsung ən uğurlusudur. Samsung yeganə Koreya brendlərindəndir ki, global arenada öz mənşəyini tam unutdura bilmiş və kateqoriyalar üzrə daha premium brendlərdən liderliyi qazanmışdır. Bu baxımdan Samsung marketinqindən, Samsungun brend idarəedilməsindən öyrənəcək çox şey var. Biz bu yazıda Samsung brend kommunikasiyalarının ən vacib elementlərindən biri olan idman marketinqi, daha konkret desək Olimpiyadalarda Samsungun aktivliyi barədə söhbət açmaq istəyirik.

İlk əvvək gəlin idman və Samsung arasında olan bağlılığı təhlil edək. Niyə brend illər boyu idman yarışlarında sponsorluğa bu qədər investitsiya qoyur?

Məncə çoxlarınız Чичваркин Евгений – Евросеть haqqında eşitmisiniz, necə eşitməmək olar?! Post-sovet ölkələrində “sıfırdan” biznes quraraq 2008-ci ildə dünyanın ən inkişaf edən pərakəndə şəbəkəsi haqqında necə eşitməmək olar?! Bu yazıda bloqumuzun yeni rubrikası olan “Sevilən brendlər”də məhz bu əfsanəvi brend haqqında danışmaq istəyirik.

Çoxları bu brendin inkişafına skeptik yanaşsada, çoxları brendin sahibi Çiçvarkinə “anormal” adam kimi baxsada nəticələr göz qabağındadır. Çiçvarkin öz “bənzərsiz” brend baxışları ilə muasir dünyada ən “parlaq” biznes keys olaraq bugün aparıcı ali məktəblərdə müzakirə edilir. Biz hesab edirik ki, bu brend Azərbaycanda olmasada son dərəcə maraqlı və öyrəniləcək pərakəndə şəbəkə kimi bizim “Sevilən brendlər” rubrikasına tam layiqdir.

Daha əvvəl AİR-çilərlə söhbət etdiyimiz kimi, biz axır ki, istədiyimizə nail ola bildik. Beləliklə 12 fevralda hər birinizi HR brendinq və insan resurslarından bəhs edən, son dərəcə maraqlı bir filmin baxışına dəvət edirik. Yalnız AİR-çilər və tamamiylə ödənişsiz olaraq.

Bu arada bizdə Azərbaycandada artıq kadrların biznesdə rolunu başa düşən şirkətlər var. Məsələn, bizim yaxın dostumuz Emin Vəliyevin bu il 20 nəfər işçisi ilə birlikdə videoda gördüyünüz istirahəti bunun bariz nümunəsidir. Bilməyənlər üçün söhbətin Uptime reklam şirkətindən getdiyini deyim, elə videodada Uptime şirkətinin xarici istirahəti göstərilir… Sağ ol, Emin qardaş!!! Hesab edirik ki, AİRçilərlə yeni kinoya baxdıqdan sonra bu istiqamətdə olan düşüncələrimiz daha sistematik olacaq.

Əziz oxucu, bu yazı ilə Sizə yeni bloq rubrikamızın başlandığını elan etmək istəyirəm. Bundan sonra biz, Azərbaycanda bugünə qədər olmayan, lakin çalışdıqları ölkədə sözün əsl mənasında uğur həkayəsi olmuş brendlər barədə bloq postlar yazmağı düşünürük. Birinci belə postumuz dünyanın 11 ölkəsində bazar lideri olan alman pərakəndəçisi – “dm” barədə olacaq.

Almaniyanın ən xəsis, lakin xəsis olduğu qədərdə bacarıqlı insanlarının yerləşdiri Karlsruhe (Baden-Wurttemberg – Stuttgartın yaxınlığında yerləşir) şəhərində açılan ilk dm mağazası 1973-cü ilə təsadüf edir. Şirkətin yaradıcısı olan şvab-alman (Baden-Wurttemberg dədə-babadan şvabların ərazisi hesab edilib) Görz Werner ilk vaxtlar mağazanın adını dm kimi yox məhz drogerie markt (dm daha sonra qısaldılmış versiyasıdır) kimi təqdim edirdi. Adındanda göründüyü kimi, mağazada əsasən dərman ləvazimatları satılırdı.

12
Close