image_pdfimage_print

Bizim bloqumuzun oxucuları (daimi oxucuları) biznes, siyasətlə gətiyyən məşğul olmurlar. Bizdə imkan daxilində ölkədə olan siyasi məsələlərə bloqumuzda fikir bildirməməyə çalışırıq. Buna baxmayaraq marketinq bizim həyatımızın hər bir mərhələsində özünü biruzə verir. Vacib deyil, Siz marketoloqsuz və ya hansısa Universitetin rektoru – marketinq mütləq Sizə lazımdır. Eləcədə ölkəmizin ən əhəmiyyətli ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovada marketinq vacibdir. Biz son günlərdə BDU olan hadisələr zamanı Abel Məhərrəmovun buraxdığı 3 marketinq səhvini göstərəcəyik. Digər səhvləri (gunahları) onun öz vicdanına, ölkə qanunvericiliyə və əlbəttə ki, Qurban olduğumuza buraxırıq. Beləliklə başlayaq: Abel Məhərrəmovun buraxdığı 3 marketinq səhvi hansılardır?

Mövzuya başlamamışdan əvvəl qeyd etməliyəm ki, Azərbaycan gəncliyi ildən-ilə sözün həqiqi mənasında daha güclü, daha sözünə dəyən və vahid olur. Bu məni bir ölkə vətəndaşı olaraq çox sevindirir. İstər gənclərlə keçirdiyimiz çox saylı təlimlər (seminarlar), istərsədə dərs dediyim ali məktəblərdə olan mühit məni yaxşı mənada sevindirir. İnanıram ki, Azərbaycan Gəncliyi tezliklə ölkənin həqiqi mənada inkişaf lokomotivinə çevriləcəkdir. Neysə… keçək bizim rektorumuzun etdiyi marketinq səvhlərinə.

Birinci səhv – Polimikaya girmək. Sözləri düşünmədən deyir – “Sən pul versəydin qiymət alardın”. Rektor emosional şəkildə tələbə ilə bir səviyyəyə düşür. İstənilən şikayət əslində bir imkandır. Bunu marketinq, biznesi, insan psixoloqiyasını öz biliyinə qiymət alan bakalavr tələbəsi bilir, amma bizim rektorumuz bilmir (hələ bilmir, ömrəmmək heç zaman gec deyil). Əgər tələbə şikayət edirsə, bu vəziyyətdən istifadə etmək üçün gözəl imkandır. Rektor konkret şəkildə məsələnin üzərinə gedib “rektorluq” göstərməkdənsə… tələbə ilə polimikaya girir. Nəticədə bəlkədə haqsız deyilən bir irad, rektor üçün “ölümcül” vəziyyəti gətirir. Tələbə bir anlığına gəhramana çevrilir. Videoda izləyin… əslində tələbə rektordan razıdır… amma rektor o qədər bərbad cavab verir ki, butün zərbələr ona cəmlənir.

İkinci səhv – Düşmən baxışı sərgiləmək. Tələbələr çöldə aksiya edir, jurnalistlər rektoru əhatəyə alıb. Rektor yüksək intellekt göstərib, tələbələri sakitləşdirmək, ağsaqqallıq etmək əvəzinə alimə yaraşmayan emosional sözlər deyir: “Onu bura gətirin və s.”. Həmdə bunu kameraların qarşısında edir. Əlbəttə hamı bilir ki, kütlənin qarşısına çıxmağın yeganə yolu, özünü bir anlığına onların yanında göstərməkdən keçir. Rektor tələbələrin yanında olmağa çalışmaqdansa, özünü onlara düşmən olaraq göstərir. Tələbəni tutdurmağa çalışır. Bu rektora heç bir şəkildə əlavə xal qazandırmır. Rektor irəliyə atılıb, polislə tələbənin arasına girməkdənsə, naməlum adamlara “onu tutun” deməsi heç bir şəkildə düzgün deyil. Bunun yerinə rektor öz imicini qaldırmaq üçün sadəcə bir neçə tələbəni polisin əlindən ala bilərdi…

Üçüncü səhv – Hələdə “Böhran PR-na başlamayıb”. Bugün hamı bilir ki, rektorun işləri “yümşaq desək” pisdir. Rektorun güclü PR kampaniya ehtiyyacı var. Ortaya elə tələbələrin içindən dəstək fikirlərdən ibarət düzgün PR kampaniya qoymaq əvəzinə rektor hələdə susqunluq və ya səhv adamlarla keçirilən iclaslar edir, məsələni dahada dərinləşdirir. Ali məktəbdə olan “naməlum” adamlar, hansıkı tələbələri döyürlər (videoda bu belə görünür), ali məktəbin tələbə döyən quvvələri oradan itirmək əvəzinə rektor bu adamlara hələ dəstəkdə verir. Nəticədə tələbə rektor arasında olan ucurum dahada böyüyür. “Daşqındır, Daşqın” dəyən adamlar rektoruda heç bir şəkildə əlavə xal qazandırmır.

Biz düşünürük ki, hər bir dövlət xadiminin, mütləq qaydada imicinin üzərində işləyən, PR meneceri olmalıdır. Kimin, kimin amma Abel Məhərrəmov öz son hərəkətləri ilə buna ciddi ehtiyyacı olduğunu göstərir.

Birdə yadıma düşmüşkən deyim, insanı təbəssüm daha səmimi edir. Rektora mütləq bunu demək lazımdır. Tələbələrlə, gənclərlə işləyən adamın simasından təbəssüm əksik olmalı deyil…

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

6 Comments

  1. Yazi ela yazidir. Abel m. Bunlari ela bilir. Ancaq telebeye bu munasibet uje iliye yeriyib. O hele 80 ci illernen yashayir. Bilmir ki BDU diplomunun prestiji olub. Yani ancaq diplom veren orqandir. Diplom ise uje sadece lazimsiz kaghizdir indi.

  2. Yazi cerciveshinde biz, Marketingle PR bir vahid fealiyyet kimi gormushuk… bunlarin fergine girmek ve s. konkret yazi movzusu olmadigina gorede aciglama vermemishik!))
    Amma mence gec deyil Tatyana xanim, cunki bir nece defe daha dehshetli veziyyetlerden "seligeli" hazirlanmish kampaniyalarla cixmag mumkun olub, razisinizmi?

  3. super yazidi

  4. Lazimsiz diplom sozu ile tam raziyam. Kapitalizmde agil ve bacariq rol oynayir.Hami diplomsuz insanlarin ellerinin altinda 50 diplomlunu isletdiyini goruruk

  5. Jezyk Wloski

    Roznica miedzy niemozliwym a mozliwym lezy w ludzkiej wiarze i determinacji. Tommy Lasorda & ZeroCool… M$ Thx

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close