image_pdfimage_print

Daha əvvəl AİR-çilərlə söhbət etdiyimiz kimi, biz axır ki, istədiyimizə nail ola bildik. Beləliklə 12 fevralda hər birinizi HR brendinq və insan resurslarından bəhs edən, son dərəcə maraqlı bir filmin baxışına dəvət edirik. Yalnız AİR-çilər və tamamiylə ödənişsiz olaraq.

Bu arada bizdə Azərbaycandada artıq kadrların biznesdə rolunu başa düşən şirkətlər var. Məsələn, bizim yaxın dostumuz Emin Vəliyevin bu il 20 nəfər işçisi ilə birlikdə videoda gördüyünüz istirahəti bunun bariz nümunəsidir. Bilməyənlər üçün söhbətin Uptime reklam şirkətindən getdiyini deyim, elə videodada Uptime şirkətinin xarici istirahəti göstərilir… Sağ ol, Emin qardaş!!! Hesab edirik ki, AİRçilərlə yeni kinoya baxdıqdan sonra bu istiqamətdə olan düşüncələrimiz daha sistematik olacaq.

Biz düşünürük ki, bu film vasitəsi ilə bizim AİR-çi dostlarımız biznesdə insan resurslarının rolu barədə bir daha düşünə biləcəklər. Həqiqətəndə biznesdə ən dəyərli müştərinin öz kadrlarımız olduğunu artıq hamı qəbul etməlidir. Belə olduğu halda uğur qazanmaq daha rahat ola bilər (məsələn, Qafqaz Uni-də bu belədir).

Bunu dünyada ən düzgün və sistemli şəkildə edən Google şirkəti haqqında olan filmdə bir çox önəmli marketinq insightları var. Sizi bilmirəm… amma mən kinolardan çox şey öyrənirəm. İnanın mənə, düzgün seçilmiş kino bəzən bir kitab oxumaq və ya hansısa bir təlimdə olmağa bərabər ola bilər. Hətta kino bəzən daha effektiv olur.

Əziz dostlar məhz bu məntiqə görə biz növbəti Marketinq AİR təlimlərini tamamiylə yeni konsepsiya ilə Sizlərə təqdim edirik. Bizim təlimlər bu dəfə 28 Cinemada keçiriləcəyidə əslində təsadüfi deyil. Marketinq kinodan başlayır… buna Siz Marketinq AİR ++ təlimlərimdə bir şahid olacaqsınız. Hələlik isə…

Hələlik isə hər birinizi kinoda gözləyirəm. Maraqlı və lazımlı olacaq. Söz veririk…

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

2 Comments

  1. İlkin bey men Air-çı deyilem Amma Marketinq Air 4 de mütleq qoşulacam.Sözüm ondaki-men de 12 fevralda olan bu filme baxmaq isteyirem .Lütfən nəzərə alın :(

Leave a Reply to Orxan Rzayev

Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close