image_pdfimage_print

Çoxlarımız üçün Daimler AG (Mersedes-Benz brendi), XP, AUDİ, WMF və s., kimi şirkətlərdə ixtisas artırma keçmək “xəyal” kimi görünür. Sizə şad xəbərim var: bugun artıq bu proqramlar mümkündür və son dərəcə sərfəli şərtlərlə.

İlk əvvəl qeyd etməliyəm ki, bizim beynimizdə çoxtandı belə bir fikir var edi. Düşünürdük ki, Azərbaycan menecmentinin səviyyəsini gücləndirmək üçün yalnız MBA və ya hansısa təlimlər azdır. Güclü menecer kimi formalaşmaq üçün mütləq beynalxalg şirkətlərin təcrübəsi ilə tanış olmaq, onları öyrənmək və ən əsası bunu real olaraq görmək lazımdır.

Almaniyanın bir çox şirkətlərində ixtisas artırma keçmiş biri kimi Sizləri deyə bilərəm Daimler, AUDİ, Siemens və s. kimi şirkətlərin adi iclaslarında olmaq belə, menecerin biznes dünya görüşünün bir üst səviyyəyə qalxmasına imkanlar yaradır. Sizə səmimi deyim, mən daha əvvəl ki, iş yerimdə olanda Siemens şirkətində ixtisas artırma proqramında öyrəndiklərimin hesabına az-çox uğur qazana bilmişdim. Gəldikdən sonra mənim marketinqə, yeni məhsul yaradılma prosesinə, reklama olan baxışlarım dəyişdi. Belə proqramlarda çox olmuşam və nəticənin necə bir-başa təsir etdiyini görmüşəm.

Azərbaycanda ilk dəfə belə proqramı biz Azinka şirkəti ilə birlikdə həyata keçirməyə gərara gəlmişik. Proqram çərçivəsində bir həftə ərzində Almaniyanin 3 şirkətində ixtisas artırma kursları ilə yanaşı xüsusi keyslərdən ibarət idarəetmə proqramı olacaq.

Proqram əsasən menecerlər və şirkətin üst səviyyədə olan rəhbərləri üçün nəzərdə tutulub, amma bununla yanaşı qiymətlərin əslində münasib olması adi menecerlərin belə (məsələn aylıq gəliri 1200-1500 manat olan) bu proqramda iştirak edə bilər deyə düşünürəm. Hətta tövsiyyə edirəm.

Proqramın gündəliyi barədə məlumatları buradan tanış ola bilərsiniz. Mən isə öz növbəmdə deyə bilərəm ki, sözün həqiqi mənasında Almaniyanın ən gözəl bölgəsi olan Stuttgartda bir həftə keçirmək superdir. Bölgə ölkənin ən yaşıl ərazisi hesab edilir, həmçinin Fransa, İsveç və Avstriya ilə sərhəddə yerləşir. Kurs proqramı zamanı bu ölkələri çox asanlıqla görmək olar.

Almaniyada olan partnyorumuz Steinbeis Universitetinin məhz bu bölgədə yerləşməsi əslində təsadüfi deyil. Düşünün… Avropada hal-hazırda təsirdə olan patentlərin 50% çoxu məhz Baden-Wurtemburg bölgəsinin payına düşür!!!

Ümumiyyətlə hesab edirəm ki, xarici ölkələrdə olmaq bizi istər dünya görüşü, istər məsələrə baxış bucağımızın genişlənməsi cəhətdən önə aparır.

Düşünürəm ki, karyerasını gücləndirmək istəyən butün menecerlər üçün bu proqram elə fürsətlər kimi görməlidir. Alman təcrübəsi biznesdə gərarların daha sistematik və düzgün verilməsinə çox kömək edir. Proqrama bu linkdən qeydiyyat olunmaq olar. Birinci proqramımız üçün yerlərimizin sayı cəmi 14 nəfərlikdir. Bununda ən azı 50% korporativ müştərilər tərəfindən götürələcəyini nəzərə alsaq məncə tələsmək lazımdır.

P.S. Marketinq AİR məzunlarını proqramda xüsusi iştirak şərtləri nəzərdə tutulmuşdur.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close