image_pdfimage_print

Ətrafımıza baxaq: kimlərsə gecə-gündüz hansısa qurduğu biznesin üzərində işləyir, amma nəticə əldə edə bilmir, kimlərsə sadə işlərdən uğur əldə edir. Kimlərsə böyük-böyük ali məktəblər bitirir… lakin hansısa bir şirkətdə 1000-1200 manata işləyir (ən yaxşı halda), kimlərsə Sədərəkdən balaca “budka” olaraq başladığı biznesi inkişaf etdirib “böyük” ali məktəbləri bitirənlərə 1000-1200 manat maaş verir. Sizcə bunun səbəbi nədir? Bəxt?! Düzdür. Mən bu yazıda Sizə biznesdə “bəxtin gətirməsinin” 4 üsulundan danışmaq istəyirəm. Başqa sözlə desək, kimlərin biznesdə “bəxti gətirir”?

İlk əvvəl qeyd etməliyəm ki, mən həyatda hər şeyin konkret qanunauyğunluğun üzərində cəriyan etdiyinə inanıram. Qurban olduğumuz bizə “Sizdən hərəkət, məndən bərəkət” dediyinə görə hər şeyin biz insanlardan asılı olduğuna tam inanıram. Ən azından öz həyatımdan bunun şahidi oluram. Hansı işin üzərində əzmlə çalışıram, o işdə uğur qazanıram və əksinə.

Həmçinin düşünürəm ki, biznesdə bəxti gətirən adamlar digərlərindən (bəxti gətirməyənlərdən) fərqli addımlar atırlar. Məhz bu addımlar nəticəsində onların biznesi dahada inkişaf edir. Məhz bu addımların nəticəsində bu adamlar daha güclü və gəlirli işlərə sahib ola bilirlər.

Vaxtınızı çox almadan Sizə demək istəyirəm ki, biznesdə “bəxtin gətirməsi” üçün mütləq qaydada çox sadə olan bir düstura riayyət etmək lazımdır. Bu düsturu aşağıda Sizlərə təqdim edərək onun izahatına keçirəm.

Hədəf + Hərəkət + Hazırlıq + Halallıq = BƏXT

Bu qədər sadə. Lakin sadə olduğu qədər çətin olan düstura riayyət edən hər kəs, Qurban olduğumuzun rizası ilə uğura sahib ola bilər. Düstürumuzu açıqlamağa başlayaq.

Hədəf. Bu haqda biz Sizinlə bir neçə dəfə danışsaqda bu məsələnin üzərində mütləq dayanmalıyam. Əziz oxucu biznesdə uğur qazanmaq və ya bizim biznesdə bəxtinizin gətirməsi üçün mütləq və mütləq konkret hədəfimiz olmalıdır. Biz nail olmaq istədiyimiz nəticəni aydın şəkildə təsvir etməliyik və ən əsası heç bir şəraitdən asılı olmayaraq hədəfimizdən dönməli deyilik. Bu bəxtin bizə gülməsi üçün bəlkədə ən vacib şərtlərdəndir. Hədəf qoymağa tələsməyin, hədəfinizi dəgig təsvir edin. Düşünün. Lakin hədəf qoyduqdan sonra birdə bu mövzuya qayıtmayın. Hədəfi bir dəfə qoyun və çalışın bu hədəf Sizin gələcək həyatınız üçün bir mayak rolunu oynasın.

Hərəkət. Allah hər birimizin valideynlərinin canını sağ eləsin, mənim atam hər dəfə mənə deyir ki, “Qaçmaq lazımdır, qaçan ayağa daş dəyər”. Burada “daş” uğur mənasında istifadə edilir. Həqiqətəndə mən həyatda qazanadığım butün uğurlara görə “hərəkət etməyimə” borcluyam. Özünüz düşünün. Nesə əldə etmək üçün mütləq nesə hərəkət etmək lazımdır. Düzdür?! Eləcədə biznesdə bizim bəxtimizin gətirməsi üçün, mütləq hərəkət etmək lazımdır. Kimdən hərəkət, ondan bərəkət – havayı yerə deyilməyib. Sizi bilmirəm… amma mən çoxlu hədəf qoyub hərəkət etməyən adamlar tanıyıram. Onlar daha sonra, ya ölkədə olan vəziyyəti pisləyirlər, ya korrupsiyanı, yada mənasını belə tam başa düşmədikləri “monopoliya” haqqında düşünürlər. Əslində isə bu adamlar sadəcə hərəkət etmir… i vse!)

Hazırlıq. Kimlər üçünsə son dərəcə maraqsız gələ bilər, lakin inanın mənə hazırlıq olmadan və ya hədəfi olan adam, hazırlıqsız hərəkət etdiyi zaman nəticələr açınacaqlı olur. Hazırlıq dediyimiz zaman biz məsələyə kompleks yanaşırıq. Burada hansısa bir hərəkətin düzgün icra edilməsi üçün yətəri qədər savadın (savad ali məktəbdə verilmir), biliyin, təcrübənin olmasından başlayaraq… biznesin genişlənməsi üçün kadrların hazır olmasına qədər olan butün məsələr aid edilir. Biznesdə bəxtimizin gətirməsi üçün mütləq bu şansdan istifadəyə hazır olmalıyıq. Məsələn, mən çox saylı son dərəcə mənfəətli işləyən bizneslər tanıyıram. Bu bizneslər genişlənmək istəyir, lakin bacarmır. Səbəb?! Səbəb çox sadədir. Biznes konkret sahibkarın üzərində dayanır. Sahibkarı əvəz edəcək heç bir işçi yoxdur. Ən dəhşətlisi isə… sahibkar heç bir şəkildə yeni işçi götürmək haqqında düşünmür. Belə olan halda sahibkarın heç cür “bəxti” gətirə bilməz. Sahibkar buna sadəcə hazır deyil…

Halallıq. Hər bir işdə, əsasəndə biznesdə… halallıq olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Kiminsə haqqını yemək, kiməsə qarşı ədalətsizlik etmək, kiməsə “badalaq” qurmaq biznesdə irəli getmək olmur. Xoşbəxtçilikdən olmur. İnanın mənə halallıq olmayan heç bir biznes uzunmüddətli ola bilməz. Bu o qədər sadə və hamının başa düşəcəyi bir mövzudur ki, bu haqda əlavə izahat vermək istəmirəm. Mən bilirəm ki, bizim bloqu oxuyanlar arasında halallığın nə qədər vacib olduğunu bilməyən yoxdur.

Əziz dostlar, mən uğurlu və bəxtləri gətirən butün biznesmenlərdə bu yuxarıda sadaladığım 4 xususiyyəti hər zaman hiss etmişəm. Düşünürəm ki, biznesdə kiminsə bəxtinin gətirilməsi son dərəcə düzgündür.

Hər birinizin bəxtinizin gətirməsinin arzulayaraq…

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close