image_pdfimage_print

Əslində mənə elə gəlir Almanlarla müqavilələr bağlamağımız, dizayner axtarmağımız, yeni işçilər götürməyimiz, salon üçün aksessuarlar seçməyimiz “dünən” olub… AMMA artıq bir illiyini qeyd etməyə hazırlaşırıq German Studio-n. Sizə səmimi deyim, hər bir biznesdə ən vacib məsələlərdən biri, hətta birincisi işdən həzz almaqdır. Mən German Studio, istərsədə digər biznes istiqamətlərimizdə olan işlərdən doğurdanda həzz alıram. Biz fevralda German Studio-ın bir yaşını qeyd edeceyik. Almaniyadan, Rusiyadan partnyorlarımız ilk dəfə Bakıya gələcəklər. Sizə bəzi məsələləri danışmaq istəyirəm, vaxtınız varsa.

İlk əvvəl qeyd etməliyəm ki, German Studio Azərbaycanda ilk dəfə olaraq alman brendlərini bir arada toplayaraq müştərilərini yalnız mebel deyil, hazır interyer həllər təklif edir. Məhsullar luxury seqmentə aiddir. Buna baxmayaraq bugün German Studio-an 7-8 min Evroya belə mətbəx mebeli almaq olar və ya digər alman mebellərini uyğun qiymətə almaq mümkündür. Mən bizim bizneslə tanış olmayan dostlarımız üçün German Studio-n fərqləndirici cəhətlərini sadalamaq istəyiyəm:

  • German Studio, ilk dəfə olaraq Azərbaycanda Almaniyadan tam qurulu vəziyyətdə mebellər təklif edir. Əgər digər şirkətlər, əsasən xaricdən yalnız polufabrikatlar gətirərək digər hissələri burada hazırlayırlarsa, Germanda butün məhsullar yalnız Alman brendlərindəndir. Hal-hazırda 5 alman mebel brendinin Azərbaycanda tək partnyoruyuq. Sadə desək, bizdən başqa heç kim Bakıda belə səviyyədə alman mebeli təklif etmir;
  • German Studio, xüsusi dizayner proqramı vasitəsi ilə mənzilin (mətbəxin) 3D ölçülərdə reallığa son dərəcə oxşar görüntüsünü verə bilir. Bununla sifarişçi öz gələcək mətbəxini asanlıqla görür. Biz bu proqrama əslində çox bahalı ödəniş edirik, amma sözün açığı buna dəyir;
  • German Studio, ilk gündən yalnız mebel deyil, tam hazır interyer həllər təklif edir. Biz düşünürük ki, bugün müştərilər xidmətə daha çox önəm verirlər. Bu məqsədlə Germanda müştərilərimiz üçün ideal seçim xidmətləri təklif edilir. İdeal dediyimiz zaman, təbii ki, Azərbaycan şərtlərinə uyğun. Mətbəx mebelində dar ixtisaslaşma etdiyimizə görə, bugün müştərilərimizə son dərəcə kompetent səviyyədə xidmət edə bilirik. Bu məni çox sevindirir, bu əladır!
  • German Studio biznes modelində reklam, yalnız müştərilərlə səmimi münasibətlərdir. Bunun nəticəsində bizi çox az adam tanısada, əslində tanıyanlar, tezliklə bir daha müştərimiz olurlar. Bir il işləyən biznes üçün (hələ bu mebel kimi, həyat tsıklı uzun bir məhsuldursa) köhnə müştərilərə satmaq ciddi uğurdur. Bu bizim xidmətimizin və məhsulumuzun Made in Germany brendinə uyğun olduğunun sübutudur.

Əslində bizim artıq bir ildir ki, işlədiyimizi iki şeydən bildik: birincisi audit gəldi (sağ olsunlar yaddan çıxarmadılar!), ikincisi alman partnyorlarımız “Biz Bakıya gəlmək, Azərbaycan istehlakçısının bizi bəyənmə səbəbini bilmək istəyirik (onlar elə bilirdilər ki, Bakıda heç kim keyfiyyətli mal necə olur bilmirlər (!))” sözləri oldu. Bir yaşımızın olduğunu bilərək, bizdə fevralda müştərilərimiz, dostlarımızı salona dəvət etməyə gərara gəldik.

Hal-hazırda bir neçə istiqamətdə şəxsi bizneslə məşğul olsamda German Studio mənim ən sevdiyim və mənə ən çox həzz verən biznes istiqamətdir. Düşünürəm ki, biz gələcəkdə bu biznesi genişləndirməyəcəyik. Bəli, bəli – genişləndirməyəcəyik. Belə tip işlərdə genişlənmə əlavə problemlər və səhv nəticələr gətirə bilər. Çünki German Studioda atılan hər bir addım bir-başa olaraq son məhsulun keyfiyyətinə təsir edə bilər (təsir edir!).

Çox sevinirəm ki, post-sovet ölkələrinin bir çoxunda mövcud olan biznesi Azərbaycanda biz həyata keçiririk. Bununla biz Azərbaycanda əsl keyfiyyətli həyat tərzini müştərilərimizə təklif edə bilirik. Mən çox az hallarda German Studio-ın işlərində bir-başa iştirak etsəmdə, apardığım müşahidələrə görə Azərbaycanda həyat səviyyəsi müsbət istiqamətdə dəyişir. Bugün Bakıda həqiqi keyfiyyətli məhsulun nə olduğunu bilən adamlar var. Bu əladır. Bu o deməkdir ki, Bakıda həqiqi elitar adamlarımız (ailələrimiz) çoxdur və bizim gələcəkdə bir millət olaraq inkişaf etməyimizə gətirib çıxaracaq.

Bir şeyi müşahidə etmişəm. German Studio müştəriləri yalnız maddi cəhətdən, deyil həmdə mənən zəngin adamlardır. Çünki əsl alman dizayn tərzini qəbul etmək üçün gərək adamda “doymuşluq” hissi olsun. Tez-bazar hardansa pul qazanan adamlar bizim məhsulları başa düşmürlər. Yalnız yüksək həyat səviyyəsi görmüş və intelektual bazaya malik adamlar bugün German Studio-ın müştəriləridir. Düşünürəm ki, tezliklə bizdə belə adamların sayı çoxalacaq.

Bir illik tədbirimizdən sonra Sizə nəticələrdən yazacam…

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

3 Comments

  1. Uğurlarınızın davamını arzu edirem,İlkin bey)

  2. 1 yaşınız mübarək! hemçinin potensial bir (belkede birden çox) müştəri qazandınız bu yazıyla. söz verirem gələcəkdə mebel alası olsam məhz burdan alacam… tebii ki budcəmiz buna imkan versə))

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close