image_pdfimage_print

Muasir dövrdə informasiya bizə lazım olandan “qat-qat” çoxdur. İnformasiya çoxluğu nəyin ki, bizim vaxtımızı alır, həmçinin bizim verdiyimiz gərarları səhv, bizə lazım olmayan istiqamətlərə aparır. Amma bununla yanaşı lazımlı informasiyaya sahib olmaq biznesdə ən vacib və təsirli silahdır. Bu silahdan düzgün istifadə edənlər daha irəli gedir, istifadə edə bilməyənlər isə “başlarını itirirlər”. Bu yazıda informasiyanın silaha çevirmənin 3 üsulundan danışmaq istəyirəm.

Misalı özümdən çəkib mətləbə keçim ki, inciklik olmasın. Sizin bugün oxuduğunuz bloqda marketinq, biznes, brendinq və s. kimi sahələr üzrə İlkin Manafovun 500-ə qədər şəxsi yazısı var. Azərbaycanda dilində başqa belə bir bloq yoxdur (hələ yoxdur). AMMA bu o demək deyil, ki bu hamı üçün lazımdır. Nəyin ki, hamı heç çoxları üçün bu yazılar mənasız və yorucudur. Eyni zamanda kimlər üçünsə, bu bloq faydalıda olmasa, faydalının bir-az “balacasındandır”, düzdür? Kimlərsə bizim bloqu sevmir, kimlərsə bizim bloqu hər gün açmadan ofisdən çıxmır (bunu özləri deyir).

P.S. Bu arada bloqumuz oxuma rekordları qırır. Bloqun statistikasını buradan oxuyun.

Buradan biz informasiyadan istifadənin birinci üsulunu başa düşürük. İnformasiya axınlarını düzgün idarəetmək üçün mütləq konkret maraq dairəsində olduğunuz mövzularla maraqlanın. Heç bir şəkildə informasiya bucaqlarında şaxalənməyə getməyən. Biznesdə olduğu kimi, şaxələnmə bizə fokusdan kənarlaşdırır. Fokusdan kənarlaşma bizə hədəfə çatmağa mane olur. Siz özünüzü maliyyəçi olaraq yetişdirmək istəyirsinizsə, daha çox bu sahədən olan informasiyalarla tanış olmağınız lazımdır. Əks halda informasiya çoxluğunda boğulmaq olar.

Bu o demək deyil ki, marketoloq maliyyə, maliyyə marketinq oxuya bilməz, sadəcə dozanı qorumaq şərtdir.

Bəzən ətrafımda olan və çox hörmət etdiyim adamlarla razılaşa bilmirəm. Düşünün ki, “filan jurnal, filan vaxtı, filan şey yazıb… VSE… deməli belədir (!)”, kimi düşünmək muasir dövrdə çox təhlükəlidir. Yenədə misalı özümüzdən çəkirəm ki, dostluğumuz pozulmasın… Mən bloqda nesə yazıramsa bu o demək deyil ki, bu belədir. Qətiyyən deyil. Bu İlkin Manafovun nəzər nöqtəsidir. Amma həqiqəti Siz yoxlamalısınız. Siz (biz) əldə etdiyiniz hər informasiyanı istehlak etməzdən əvvəl alternativ qaynaqlardan yoxlamalı(sınız)yıq.

Yuxarıda qeyd etdiklərimizdən biz ikinci üsulun nə olduğunu başa düşürük. Kimliyindən, informasiya qaynağının statusundan, yazıldığı yerdən asılı olmayaraq hər bir məlumat mütləq və mütləq alternativ qaynaqlardan təhlil (müqayisə) olunmalıdır. Belə olmasa bizim istehlak etdiyimiz informasiya bizi tələyə sala bilər. Necə ki, şahmatda “mövqe” xarakterli qurbanlar olur, eləcədə informasiya çox zaman qurban funksiyasını daşıyır.

Bu qətiyyən bizi inamsızlı sindromuna salmalı deyil, amma unutmaq olmaz ki, bugün hamının özünə görə maraqları var. Dediklərində səmimi olanlar… barmaqla sayılır!

Konsaltinq verdiyim şirkətlərin birində çox ciddi planlaşdırma problemi var edi. Bu haqda bir neçə dəfə məsələni gündəmə gətirdim. Şirkətdə planlaşdırıcı ştatı və ştatda işləyən adamda var edi. Sizə açıq deyim, mənim planmadan başım çıxmır, çıxmağınıda istəmirəm, çünki sevmədiyim bir sahədir. Moskvada təlimdə olduğum zaman planlaşdırma haqqında çox gözəl bir kitab gördüm və aldım. Kitabın gözəl olduğunu mənə təlimdə olan tanışım demişdi. Kitabı Bakıya gətirib təntənəli şəkildə qardaşa təqdim etdim və… və bir həftədən sonra həmin kitabın HR departamentində olan xanımın stolunda gördüm (öldüm). HR xanım dedi ki, onun rus dilində olan kitablardan çox xoşu gəlir və bu sahə onə maraqlıdır (?). Şirkətdə korporativ biznes-etika kodeksi olmasının vacibliyi, HR-brendinq haqqında HR-xanım hələ xəbərdar deyildi, amma planlama ona maraqlı edi…

İnanıram ki, başa düşdünüz üçüncü metodumuz nədir?! Konkret bizi narahat edən məsələlərə çözüm verən informasiya qaynaqlarına prioritet verin. Heç bir şəkildə Sizin problemlərinizə real çözüm verməyən məlumatları istehlak etməyin – ziyandır.

İnanıram ki, Siz bizim bloqda oxuduqlarınızıda dediyimiz kimi istehlak edirsiz. Xahiş edirəm istifadədən öncə istifadə qaydaları ilə tanış olun!) Arzu edirəm aldığınız butün informasiyalar “xoşməramlı” silaha çevrilsin.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

2 Comments

  1. Tam razı…Bu çox onemli movzudur.Tessüf ki bizim adamlarımızın çoxu informasiyanı beyin süzgecinden keçirmekden çox sadece olaraq ezberlemeye üstünlük verir,daha doğrusu bunun faydasını bele başa düşür…Yazılanlar İlkin Manafovun doğrularıdır,yazılanları ezberlemek deyil,tetbiq edib qenaete gelmeliyik:DOĞRUMU yoxsa YANLIŞMI…
    Maraqlı yazı üçün sağolun.)

  2. cox sagolun hemiseki kimi cox maraqli idi

Leave a Reply to Türkeş

Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close