image_pdfimage_print

18 fevral saat 13:30 İqtisad Universitetinin 4-cü korpusunda gənc marketinq sevərlərlə görüşümüz olacaq. Hər birinizi dəvət edirəm. Söz verirəm maraqlı olmasına çalışacam.

Sözün açığı biz gənclərlə görüşlərə hər zaman həvəslə gedirik. Biz düşünürük ki, hər birimiz ölkəmizin gənclərinə öz praktikamızda azdan-çoxdan öyrəndiklərimiz barədə məlumat verməliyik. Bunu etməsək, öyrəndiklərimizin özümüzdən başqa heç kimi xeyri olmaz. Biz isə mütləq xeyr vermək istəyirik. Məhz bu məntiqlə mən hal-hazırda iki ali məktəbdə marketinq, biznesin idarəedilməsi istiqamətində mühazirələr deyirəm. Oxuyam tələbələrlə birlikdə olmaq hər zaman gözəldir!

Əslində Azərbaycan gənclərinin dahada güclənməsi məqsədi ilə, biz Marketinq AİR təlimlərini yaratmışıq. Bu layihə bizim üçün tam qeyri-kommersiya layihəsidir. Hədəfimiz çox sadədir. Gənclərin marketinq, biznes haqqında olan düşüncələrini dahada təkmilləşdirmək. Son keçirəcəyimiz Marketinq AİR ++ təlimləri isə bugünə qədər olan butün AİR təlimlərindən öz konsepsiyası ilə fərqlənir. Düşünürəm ki, bu təlimlərdə biz Marketinq AİR təlimləri üçün yeni səhfə açmış olacağıq. Neysə… keçək bizim 18 fevralda olacaq master-klassa…

İqtisad Universitetində olacaq görüşümüzdə praktikada marketinq prinsipləri barədə söhbət edəcəyik. Daha konkret desək, mövzumuz aşağıdakı istiqamətləri əhatə edəcək:

  • Azərbaycan şirkətlərində marketinq dedikdə nə başa düşülür? Burada biz marketinq anlayışını açıqlama verməyə çalışaceyik. Kitablarda yazılan marketinqlə, Azərbaycanda şirkətlərində olan marketinq arasında hansı fərqlər, hansı oxşarlıqlar var və s.
  • Azərbaycanda brend yaratmaq üçün nələrə diqqət etmək lazımdır? Biz uğurlu brendlərə nəzər yetirərək, onların üstün tərəflərini tapmalı olacağıq. Necə olur ki, Simurq brendi uğursuz, amma Karolina Valiant uğurlu olur?!
  • Marketinq çalışmaq üçün hansı xüsusiyyətlər vacibdir? Biz burada güclü marketoloqların nəyi son dərəcə yaxşı bacardıqlarını ortaya qoymalıyıq. Ümumiyyətlə marketinq menecerinin şirkətdə rolu ortaya qoyulmalıdır.
  • Gənclər üçün tövsiyyələr və gəncləri maraqlandıran suallara cavab.

Mən düşünürəm ki, son dərəcə maraqlı və faydalı bir gün bizi gözləyir. İqtisad Universitetinin tələbələri ilə master-klass keçmək düşünürəm ki, mənim üçündə son dərəcə maraqlı olacaq.

18-də görüşərik!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close