image_pdfimage_print

Bugünlərdə telefonuma gələn zənglərdən biri nəticəsində çox maraqlı bir hadisənin şahidi oldum. Bu hadisə əsasında mən bir daha şahid oldum ki, istənilən biznesin əsas suallı məhz müştərilərin hardan tapılmasıdır. Başqa sözlə desək, biznesin həyat tsıklından asılı olmayaraq, ən vacib sual məhz müştəri axtarışıdır (marketinqdir). Gəlin mən Sizə hadisəni danışım, daha sonra isə nəticələrə birlikdə gələk. (burdanda dostumuzu salamlayıram!)

Deməli təxminən 3-4 gündən bundan əvvəl telefonuma bir sahibkar zəng edir. Məni çoxtan tanıdığını, bloqumuzu izlədiyini və ortaq tanışlarımız olduğunu qeyd etdikdən sonra yaşca bizdən yaşlı dostumuzla görüşməyə gərara gəlirəm. Daha əvvəl telefondada dediyi kimi sahibkar Azərbaycanda orta hesabla bir milyon manat investitsiya çərçivəsində olan biznes təşkil etmək istəyir və məndən bu sektorun nə dərəcədə rentabelli olduğunu öyrənmək istəyir.

Ortaq dostumuz olan adam mənə sözü gedən sahibkara görü zəng edir və məndən ona əlimdən gələn köməyi etməyimi istəyir. “Kömək” sözü bir-az böyük çıxır… amma ortaq dostumuz biznesdə olan təcrübəmi sahibkar bölüşməyimi istəyir.

Vaxtınızı çox almayım… görüşdə sahibkar açmaq istədiyi biznes sahəsi barədə mənə məlumat verir. Hiss edilir ki, adam həqiqətəndə açmaq istədiyi biznesin əməliyyat tərəfləri barədə yətərində informasiyaya malikdir. AMMA və LAKİN… dərt budur ki, bazar haqqında daha konkret desək, bazarın tutumu, əsas iştirakçılar, rəqiblər, müştəri davranışları, satış kanalları və s. həyatı məsələlər barədə tam məlumatsızdır. Məndən istədiyi isə konkretdir: “Bu sahə haqqında mənə məlumat lazımdır, mən bu sahədə biznes qursam uduzmaram ki-kiii-iii?!”.

Təbii ki, suallın fəlsəfi cavabları olan: “Alınmayan iş yoxdur”, “Hər şey insanın öz əlindədir”, “Bərəkətin olması üçün hərəkət lazımdır” kimi cavablardan sonra, məsələyə daha rasional yanaşmağa başladım. Dostumuza mütləq qaydada bazarın ekspress araşdırılmasının vacib olduğunu dedim. Daha konkret desək, dedim ki, Siz bazar haqqında aşağıda olan məlumatları bilməyiniz şərtdir:

  • Bazarın tutumu natural və nominal ifadələrlə nədir?!
  • Bazarda satılan məhsullar hansı kanallardan satılmalıdır?!
  • Bazarda rəqiblər kimlərdir, onların üstün tərəfləri nədir?!
  • Sizin məhsulunuz necə olmalıdır?!
  • Sizin ilk bazara giriş dövründə və daha sonra qiymət necə olmalıdır?!
  • Siz məhsulunuzu hansı yollar satışa çıxarmalısınız?!
  • Siz məhsulunuzu müştəriyə necə (hansı kanallarla) və hansı cür tanıtmalısınız?!
  • Siz biznesinizin sistemli aparılması üçün hansı xarakterli insanlara (kadrlara) ehtiyyac duyursunuz?!

Bu dediklərimi bilməsəniz, heç bir investitsiya qoymaq doğru deyil dedim…, sahibkar dostumuza. Dostumuzun cavabı (sonra olan cavabı) isə məni “şoka saldı”.

Cavabı deməmişdən bir məsələyə diqqətinizi çəkmək istəyirəm. Mən hər zaman bloqumuzun oxucuları ilə söhbət edəndə: “Karvan yoldan düzələr” deyirəm. Amma əziz oxucu, xahiş edirəm nəzərə alasınız ki, bu dediklərim sualların cavabı olmadan Siz “karvanı” hara sürəcəyinizi bilməyəcəksiniz. Belə olduqda isə karvan yolda düzəlsə belə, əslində vacib olan yerə çatmayacaqsınız. Biznesiniz isə, sırf təsadüf nəticəsində uğur qazana bilər.

Dostumuzun cavabı… çox “fəlsəfi” oldu: “İlkin müəllim bizə bu məlumatlar son dərəcə təcili lazımdır, bizə necə köməklik edə bilərsiniz?!”. Təbii ki, dedim ki, bu işin ortalama araşdırılma müddəti 20-22 iş günü, qiyməti isə ….. manatdır. Əslində bu tip işlərdə bir qanun var: “Ən yaxın adamında olsa, mütləq pulla etməlisən, çünki pul verməsələr, sənin dedikdələrini diqqətə almayacaqlar.” Sahibkar məni diqqətlə dinlədikdən sonra dedi: “Mən bir gün düşünüm, sonra Sizə zəng çalıb Hə/Yox deyəcəm”.

Görüşdən təxminən 2 saat keçmişdi ki, telefona zəng gəldi: “İlkin müəllim Siz bizə bu məlumatları 3 günə verə bilərsiniz, puldan (ödənişdə problem yoxdur)”. Cavabım ağzımda hazır edi: “Filankəs müəllim… Siz bu biz sahənin istehsal imkanlarını öyrənmək üçün neçə ölkədə olmusunuz?”, Cavab – “3 ölkədə”, “Necə ayınız gedib?”, Cavab – “Vallah, 8 aydır elə ancaq bu işi öyrənirik…”. “Filankəs müəllim…, bəs Siz müştəriləriniz, bazar, bir sözlə Sizə pul verənlər haqqında məlumata 3 gün necə ayıra bilərsiniz, Sizcə bu müştərilərinizə qarşı haqsızlıq deyil?!”… 10 saniyə susqunluqdan sonra, sahibkar dostumuz bizimlə taa-aam razılaşdı.

Bu diqloqdan sonra mən bu hadisənin necə cərayən etdiyi barədə deyil, bu hadisədən çıxardığım nəticələr barədə danışmaq istəyirəm. Biz bu sahibkar dostumuzla olan hadisədən hansı nəticələrə çıxardıq?!

  1. Bizim sahibkarlar (orta statistik sahibkar), hələdə biznesdə ən vacib amilin müştəri olduğunu qəbul etmir, etmək istəmir.
  2. Bizim sahibkarlar, bazarın öyrənilməsi prosesini necə vacib olduğunu tam başa düşmür. “Tutar qatıq, tutmaz ayran…” məntiqi artıq biznesdə işləmir.
  3. Bizim sahibkar pulla intelekt almağın qısa müddətli dövr üçün mümkün olmadığını bilmir. Sahibkarlarımıza mütləq və mütləq baza biznes biliklər lazımdır. Bunu bilmədən muasir biznesi aparmaq gündən-günə dahada çətinləşəcək.

Mən düşünürəm ki, bu yazıdan sonra bizim bloqun oxucuları daha heç vaxt bazar araşdırması olmadan biznesə başlamayacaq. Bazar və əlbəttə müştəri haqqında baza məlumat olmadan açılan bizneslər təsadüf nəticəsində uğurlu ola bilər.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

2 Comments

  1. Sag ol ılkı pulduz marıfledırmedı bu

  2. Bu bizim ümumi dərdimizdir. Hətta araşdırma etmək istəsə belə problemlər bitmir. Hələ əgər məlumatlar həmin insanın istədiyi, gözlədiyi kimi olmasa başlayacaq "problemlər". İnsanlara başa salmaq olmur ki bu sənin işinə ziyan deyil, əksinə qoyulacaq investisiyanı itirmək riskini azaldır.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close