image_pdfimage_print

Hamınızın (çoxlarınızın) bildiyi kimi mart ayının 3-ən etibarən biz Marketinq AİR təlimlərini yeni təlim formatında başlayırıq. İstər təlimlərdə iştirak etmək istəyənlərin sayı, istərsədə ümumi ab-hava bizə xəbər verir ki, bu dəfə olacaq təlimlərimizdə “anşlaqla” olacaq. Bu əslində məni çox sevindirir. Bu bir daha bizə sübüt edir ki, seçdiyimiz yol doğrudur və Azərbaycan biznes-elitası, istərsədə gənc ruhlu adamlar Marketinq AİR təlimlərini çox sevirlər. Bunun bir neçə səbəbləri var, bu yazıda isə mən Sizə Marketinq AİR ++ təlimlərimizdə tətbig ediləcək yeni təlim standartları barədə söhbət edəcəm.

İlk əvvəl qeyd etməliyəm ki, bizim təlimlərimizdə olan hamı bilir ki, biz təqdimatlarımızda uzun-uzadı nəzəri baxışlar deyil, sırf praktikanın içərisindən gələn səmimi söhbətlər edirik. Ümumiyyətlə biz təlim vermirik – biz öz praktikamızı Sizinlə paylaşırıq. Bu dəfə olacaq təlimlərdə paylaşma prosesi daha çox ev tapşırıqlarının, vizual görüntülərin üzərində qurulacaq.

Təlimlərimizin 28Cinemada keçirməyimiz əslində təsadüfi deyil. Biz Marketinq AİR təlimlərində əyləncə ilə, intelektual düşüncələrə bir araya qatmağı hədəfləyirik. Bunun üçün Cinema və 28Mall mükəmməl yerdir. Biz yalnız biliklərimizi paylaşmaq deyil, Marketinq AİR vasitəsi ilə dostlarımızla səmimi ortam formalaşdırmaq istəyirik. Bu istiqamətdə istər Anar, istərsə Rafiq müəllimlər ciddi əmək sərf edirlər. Sizə söz verirəm – bizi mükəmməl bir Marketinq AİR ++ gözləyir.

Əgər daha əvvəl olan təlimlərdə biz prezentasiya imkanlarından tam istifadə edə bilmirdiksə, bugün bu son dərəcə asand və sistemli şəkildə olacaq. 28Cinema ilə apardığımız danışıqlar əsasında biz düşünürük ki, təlim müddətində ev tapşırıqlarını daha sistemli şəkildə nəzarəti edə biləcəyik. Marketinq AİR məzunları bilir (görüb), Sizdə bilin. AİR-də ev tapşırıqları, müxtəlif oyunlar son dərəcə maraqlı olur. Yeni biznes yaratmaq, yeni brendlər qurmaq və ya Rafiq, Anar müəllimlərin təşkil etdiyi yarışlar bu dəfə daha sistemli və innovativ formada olmasını hədəfləyirik.

Güclü menecer olmaq üçün “əlaqələr” son dərəcə vacib olduğu barədə bir neçə dəfə söhbət etmişik. Marketinq AİR-ə biz ölkə marketinqi aparan əsas menecerləri cəlb edərək, həm təlimlərimizi daha praktik ab-hava qatmaq, həmdə bir başa olaraq networkinq imkanlarını genişləndirə bilirik. Biz düşünürük ki, bu dəfə olacaq Marketinq AİR ++ təlimlərində tətbig edəcəyimiz yeni standartlar hamımızın ürəyincə olmaqla yanaşı, son dərəcə faydalı olacaq.

Hamızı AİR təlimlərində gözləyirik!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close