image_pdfimage_print

Hər birimiz insan tipi olaraq müxtəlifik, hər birimizin özünə görə doğrusu – yanlışı, ağı-qarası var. Amma bir çoxlarımız gərar vermək üçün eyni, bir-birilərinə oxşar davranışlar göstəririk. Bu davranışları ümumi olaraq iki növə bölmək olar: nəyisə 100 ölçüb, 1 biçinlər və ya karvanı yolda düzəldənlər. Hər ikisi doğrudur, hər ikisi atalar sözlərindən götürülüb və s. Lakin mən hesab edirəm ki, 21-ci əsrdə icra, hərəkət etmək və ya yaratmaq proqnozlaşdırmadan qat-qat üstündür. Fikirlərimi real misallarla əsaslandıracam.

Gəlin ilk əvvəl hamımızın dahi hesab etdiyim adamların necə səhv proqnozlar verdikləri barədə söhbət edək. Proqramçı dostlarımızın yüksək icazəsi ilə (!) misalları İT-ən, kommunikasiya doğru aparmaq istəyirəm. Başlayaq?!

Bill Qeyts (tanımayanlar üçün, bu bizim “kasıb” Bill Gates) 1993-cü ildə jurnalistlərlə intervyu zamanı, “Microsoft şirkətinin internetdə hansı planları var?” suallına, gəti şəkildə: “İnternet – keçici bir trenddir, Microsoft üçün bu maraqsızdır” cavabını verir. Neynəsin?! Proqnozlaşdırıcıları ona bunu belə izah etdiklərinə görə…

Thomas Watson (tanımayanlar üçün, İBM şirkətinin eks-prezidenti) dünya kompyuter bazarını cəmi, cümlətəni 5 ədəd olaraq görüb, proqnozlaşdırıb. Bu hadisə 1943-cü ildə olub. Təsəvvür edirsinizmi o vaxt proqnoz yerinə, hərəkət olsaydı, bugün İBM harda edi?! Daha doğrusu, HP harda deyildi…

NOKIA komandası bir vaxtlar bazarı düzgün proqnoşlaşdıra bilsəydi, bəlkədə dünyada olan nəyin ki, ilk touch screen-ər onlara aid edi, hətta biznesindəndə məhrum olmazdı. Brendidə ölməzdi və s. Amma alınmadı. Çünki hamı hərəkət edəndə Nokia proqnozlaşdırma ilə məşğul edi, bu arada neft sektorunda olan şirkətlərdən sonra ən güclü proqnozlaşdırma məhz Nokia-da olub. Şirkət bazarda belə telefonları “oyuncaq” hesab edirdi və onların gələcəyini “proqnozlaşdıra” bilmirdi! Digərləri isə hərəkət etdilər.

Proqnozlaşdıran sonra kimlərdən danışım?! Opellər, Kodaklar, GM və s. və ilaxir. Bu şirkətlərdə dünyanın ən güclü proqramlaşdırma sistemləri var, bu şirkətlərdə ekonometriyanın “divləri” oturub. Amma göstərdikləri nəticələr – göz gabağındadır. Sizə tam səmimi bir söz deyim.

İndi dünyada uğur qazanmış adamların həyat, biznes təcrübəsini nəzər salın. Görəcəksiniz, hər biri özünün inandığı işi həyata keçirib və uğur qazanıb. Dərin biznes-plan, proqnozlaşdırma bu işlərdə kömək etmir.

Məncə biznesdə yeni layihhənin uğurlu və uğursuz olmasını planlamaq çox çətindir. Hətta bəzən buna dəymir. Ən yaxşı yoxlamaq yolu, bunu sadəcə icra etməkdir. İcra, hərəkət uğurun əsas şərtidir.

Ağlınızda olan hansısa fikir, ideya, yenilik varsa əmin olun icra etmədən Sizi rahat buraxmayacaq. Buna icazə verməyin. Başlayın – karvan yolda düzələcək!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

4 Comments

  1. Proqnozlaşdırma işə yarayır, həm də həmişəkindən çox… Ancaq dəyişimin proqnozlaşdırılması, sabitliyin yox!!!

  2. Tamamilə razıyam :)

  3. Planların çoxu sadece qorxudur…Adamların kağız üzerine yazdığı QORXULAR! Esas olan gordüyün işin bilincinde olmaqdır,sonrasında…KARVAN YOLDA DÜZELER…

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close