Monthly Archives Fevral 2014

Hər birimiz insan tipi olaraq müxtəlifik, hər birimizin özünə görə doğrusu – yanlışı, ağı-qarası var. Amma bir çoxlarımız gərar vermək üçün eyni, bir-birilərinə oxşar davranışlar göstəririk. Bu davranışları ümumi olaraq iki növə bölmək olar: nəyisə 100 ölçüb, 1 biçinlər və ya karvanı yolda düzəldənlər. Hər ikisi doğrudur, hər ikisi atalar sözlərindən götürülüb və s. Lakin mən hesab edirəm ki, 21-ci əsrdə icra, hərəkət etmək və ya yaratmaq proqnozlaşdırmadan qat-qat üstündür. Fikirlərimi real misallarla əsaslandıracam.

Muasir dövrdə informasiya bizə lazım olandan “qat-qat” çoxdur. İnformasiya çoxluğu nəyin ki, bizim vaxtımızı alır, həmçinin bizim verdiyimiz gərarları səhv, bizə lazım olmayan istiqamətlərə aparır. Amma bununla yanaşı lazımlı informasiyaya sahib olmaq biznesdə ən vacib və təsirli silahdır. Bu silahdan düzgün istifadə edənlər daha irəli gedir, istifadə edə bilməyənlər isə “başlarını itirirlər”. Bu yazıda informasiyanın silaha çevirmənin 3 üsulundan danışmaq istəyirəm.

Çoxlarımız üçün Daimler AG (Mersedes-Benz brendi), XP, AUDİ, WMF və s., kimi şirkətlərdə ixtisas artırma keçmək “xəyal” kimi görünür. Sizə şad xəbərim var: bugun artıq bu proqramlar mümkündür və son dərəcə sərfəli şərtlərlə.

12
Close