image_pdfimage_print

Dünyada ən uğurlu brendinq numünələrindən danışdıqda əlbəttə Koreya brendlərinin, daha konkret Samsung, LG, Hyundai, KİA öz yeri, öz dəsti-xətti var. Lakin bu brendlər arasında Samsung ən uğurlusudur. Samsung yeganə Koreya brendlərindəndir ki, global arenada öz mənşəyini tam unutdura bilmiş və kateqoriyalar üzrə daha premium brendlərdən liderliyi qazanmışdır. Bu baxımdan Samsung marketinqindən, Samsungun brend idarəedilməsindən öyrənəcək çox şey var. Biz bu yazıda Samsung brend kommunikasiyalarının ən vacib elementlərindən biri olan idman marketinqi, daha konkret desək Olimpiyadalarda Samsungun aktivliyi barədə söhbət açmaq istəyirik.

İlk əvvək gəlin idman və Samsung arasında olan bağlılığı təhlil edək. Niyə brend illər boyu idman yarışlarında sponsorluğa bu qədər investitsiya qoyur?

İdman özündə hansı assosasiyalar yaradır?

  • İdman insanları, xalqları, irqləri birləşdirir;
  • İdman sərhədsizdir, qlobaldır
  • İdman muasir həyat tərzi deməkdir;
  • İdman sağlamlıq deməkdir.

Samsung brendinin dəyərləri hansılardır?

  • Samsung öz brend strateqiyasında “istehsalçı ölkə” imicini, daha konkret desək Koreya şirkəti olduğunu gizlətməlidir. Brend qlobal görünməlidir. Axı Samsung Sony deyil ki, istehsalçı ölkə brendə əlavə dəyər gətirsin;
  • Samsung dinamik və məqsədyönlü insanları öz hədəf kütləsi hesab edir. Bu hədəf kütlə idman yarışlarını daim izləyir. Bu baxımdan Çelsiyə və son 4 Olimpiyada oyunlarında Samsungun sponsorluğu təsadüfi deyil;
  • Samsung idmana dəstək olmaqla öz sosial məsuliyyətini ortaya qoymuş olur: “mən idmanı, sağlamlığı sevən brendəm” deyir.

Samsung Olimpiyada oyunlarında stabil 1998-ci ildən sponsor kimi çıxış edir (1998 – Naqano, 2000 Sidney, 2002 – Solt-Lake, 2004 – Afina, 2006 – Turin, 2008 – Pekin… 2014 – Soçi). Butün biznes sahələrində olduğu kimi, brendinqdədə daimilik ciddi differensasiya imkaları yaradır. Bugün Samsung rəqabət apardığı butün kateqoriyalarda idman yarışlarında ən çox sponsor olan brend kimi rəqiblərdən ciddi fərqlənə bilir. Bugün Samsung brendinin Soçi 2014 əldə etdiyi kommunikasiya imkanları Sony, Apple kimi brendlərin “arzusu” belə ola bilməz. Bu arada Samsung marketinqi bu üstünlüklərindən tam istifadə edir. Bir neçə misal çəkim.

Məsələn, ilk dəfə olaraq Samsung brendi WOW (Wireless Olimpic Works) anlayışıyı mobil platforlara gətirə bilmişdir. Hələ 2006-cı ildə Samsung Turin olimpiyadalarını mobil telefonlar vasitəsi ilə izləmə imkanları təklif edirdi.

Məsələn, Samsung brendi 2000-ci ildən bu yana olan butün Olimpiyadalarda jurnalistlər üçün xüsusi media-pavilyon yaradır. Bu pavilyonda jurnalistlər Samsung otaqlarından rahatlıqla internetə qoşula bilir, yemək, isti içkilər içə bilirlər. Bu jurnalistlərlə Samsung brendi arasında bağlılıq qurmaq üçün əlbəttə, əla imkandır.

Məsələn, Samsung brendi bugün olimpiyada gedə-gedə dünyanın aparıcı kanallarında olimpiyada xəbərlərində sponsor kimi çıxış edir. Başqa sözlə desək brend öz sponsorluq budcəsinin ən azı 2 dəfə daha çoxunu sponsorluq fəaliyyətinin işıqlandırılmasına xərcləyir. Bununlada Samsung dünyanın ən “idmançı” brendlərinin siyahısındadır. İdman sözünün sinonimləri barədə isə biz yuxarıda Sizinlə söhbət etmişdik.

Burada nəzərə almaq lazımdır ki, məhz idman sponsorluqlarının hesabını bugün Samsung brendinin pozitiv qəbul ediməsi son dərəcə yüksək templərlə inkişaf edir. Mənə elə gəlir ki, dünyada bugün ən düzgün sponsorluq fəaliyyəti aparan brend Samsungdur. Belə brendlərdən öyrənəcək çooox, çox şey var, necə düşünürnüz?!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

3 Comments

  1. Cox maraqli yazidir Ilkin m.

  2. Olduqca maraqli ve deyerli melumatlar vermisiz bu yazida da. Teshekkurler!

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close