image_pdfimage_print

Məncə çoxlarınız Чичваркин Евгений – Евросеть haqqında eşitmisiniz, necə eşitməmək olar?! Post-sovet ölkələrində “sıfırdan” biznes quraraq 2008-ci ildə dünyanın ən inkişaf edən pərakəndə şəbəkəsi haqqında necə eşitməmək olar?! Bu yazıda bloqumuzun yeni rubrikası olan “Sevilən brendlər”də məhz bu əfsanəvi brend haqqında danışmaq istəyirik.

Çoxları bu brendin inkişafına skeptik yanaşsada, çoxları brendin sahibi Çiçvarkinə “anormal” adam kimi baxsada nəticələr göz qabağındadır. Çiçvarkin öz “bənzərsiz” brend baxışları ilə muasir dünyada ən “parlaq” biznes keys olaraq bugün aparıcı ali məktəblərdə müzakirə edilir. Biz hesab edirik ki, bu brend Azərbaycanda olmasada son dərəcə maraqlı və öyrəniləcək pərakəndə şəbəkə kimi bizim “Sevilən brendlər” rubrikasına tam layiqdir.

Şirkət özünün 1997-ci ildə özünün ilk telefon mağazası Moskvanın Lenin prospektində açır. O vaxtlar bu Pospekt ticarət küçəsi kimi tanınsada hamı belə bahalı arendanın altından yalnız telefon satmaqla çıxmağın mümkün olmadığını düşünürdü… AMMA Çiçvarkin gələcək haqqında tamamiylə fərqli baxışları var edi.

2003-cü ilə qədər Evroset Rusiya və onun reqionlarında əsl reklam bayramı edir. Çiçvarkin özünün yumşaq desək “qeyri-adi” reklam stilinin hesabına minimal xərclərlə pərakəndə şəbəkəni Rusiyanın ən tanınmış brendinə çevirir. Necə?!

Çiçvarkin brendin yarandığı birinci gündən brend identifikasiyanı seksuallığın üzərində cəmləşdirir. Daha sonralar Rusiyanın ən seksual qadınlarından hesab edilən Kseniya Sobçakın reklamlara cəlb edilməsidə təsadüfi olmur. Amma birinci mərhələdə Çiçvarkinə belə reklamlara sadəcə pulu yox edi. Bu zaman Evroset butün marketinq ədəbiyyatlarına düşən bir neçə kampaniya ilə yadda qalır. Məsələn,

  1. Evroset ilk dəfə olaraq “Soyun, telefon qazan” kampaniyası ilə butün Moskvanı özündən danışdıra bildi. Məntiq çox sadə idə Moskvanın Arbat metrosunda Evrosetin çox məhşur və brend mağazası var edi. Bir gün ərzində rus qızlar paltarsız şəkildə gəldiyi halda Samsung telefonu qazanacaqdı… təsəvvür edin ki, Arbat metrosundan mağazaya gədər növbə düzülmüşdü… Gün ərzində cəmi 34 telefon verən Çiçvarkin bu kampaniya nəticəsində Rusiyanın bir çox TV kanallarında pulsuz xəbər vaxtı aldı… hələ digər PR elementlərini demirəm. Daha sonra eyni kampaniya Rusiyanın digər reqionlarında tətbig edilirdi…
  2. Evroset ilk dəfə olaraq S-Peterburq, Kazan və Ekaterinburgda “Şəklini göndər” kampaniyasını start verir. Məntiq yenədə “evrosetvari” edi… şəkildə paltarsız olan rus qızları əvəzində telefon qazanırdı… şəkilləri isə şəhərin mağazalarında asılacaqdı… effekt inanılmaz dərəcədə olur.
  3. Sonuncu damcılardan biridə 2006-cı ildə eyni vaxtda 100-ən Evroset mağazasına “Евросеть – цены просто о…уеть” sloqanları oldu. Bunun üzərinə rusiya ziyallıları “dava” salsada… olan olmuşdu. Sloqan butün rus gəncləri tərəfindən işlədilir, Evroset isə öz məqsədinə çatmışdı.

Çiçvarkin bununla sakitləşməyib, sistemli PR kampaniyalarından istifadə edirdi. Məsələn, tez-tez jurnalistlərin əlinə Çiçvarkinin yazdığı “gizli” məktublar düşürdü. Burada Çiçvarkin Evroset əməkdaşlarına “leksikondan kənar” sözlərlə dolu məktublar yazırdı… hamı elə bilirdi ki, bununla Evroset “biyabır” olur, əslində bunlar dəgig düşünülmüş PR gedişlər edi. Çiçvarkin vermək istədiyi mesajları ucuz qiymətlərlə belə “ələ keçmiş” məktublarla verirdi. İdeya super – təsirlik dərəcəsi super!

Buda azmış kimi, Çiçvarkin son dərəcə kreativ Bayram təbrikləri ilə yadda qalırdı… məsələn, Rusiya prezidenti V. Putinin kanallarda etdiyi Yeni il təbrikindən sonra… TV-ə ekran saralır. Heç kim gözləmədən efirdə Çiçvarkin görünür. O Evroset rəngləri fonunda 10 saniyə ərzində butün rus xalgina Yeni il Münasibəti ilə təbrik edir. V. Putundən sonra… düşünə bilirsiz?!))

Rusiyanın ən gənc biznesmeni və milyarderi olan Çiçvarkin haqqında əlbəttə saatlarca danışmaq olar… amma qayıdaq bizim “Евросеть” brendimizə…

Rusiyada ilk dəfə olaraq mobil ödənişlər “Евросеть” tam pulsuz olaraq həyata keçirilir. İlk baxışdan ağılsızlıq kimi görünən addım, pərakəndəçiliyin ən böyük problemi olan mağazaya müştəri axınını təmin edir. Hamı mobil ödənişləri pulsuz etmək üçün mağazaya girir. Nəticədə özüdə bilmədən brendin müştərisinə çevrilir.

Brend ilk dəfə olaraq satıcılarına mənfəətdən pay təklif edir. Bunun nəticəsində Vodofone, O2, MTS və s. kimi məhşur pərakəndəçilər məhz “Евросеть” modelinin üzərində öz satıcı personalını motivasiya etdirməyə başlayır. Hansısa bir rus şirkəti dünyada telefon pərakəndəçiliyini yaradan adamlara dərs keçmiş olur.

Hansı səbəblərdən biz “Евросеть” ti sevilən brend rubrikasına aid edirik:

  • 2008-ci ildə dünyanın ən inkişaf edən pərakəndə şəbəkəsi olmuş brend, tam sıfırdan qurulmuş sadə biznes nümunəsidir. Məhz buna görədə, artıq Çiçvarkin Rusiyada yaşamır. Bu uzun söhbətdir… 2008-ci ildən sonra brendin tarixi ayrı bloq mövzusudur;
  • “Евросеть” brendi öz identifikasiya və brend dəyərlərinə sadiqlik cəhətdən muasir ədəbiyyatlarda uğurlu brend keys olaraq yer alır. Təsadüfi deyil ki, Devid Aaker post-sovet ölkələrində “Евросеть” ən düzgün brend adlandırır.
  • “Евросеть” brendində Marketinq Direktoru olaraq mənim müəllimin və mənə marketinqin nə olduğunu öyrədən Andrey Rukavişnikov bir çalışıb. Həmin dövrlərdə mən Moskvada yaşayırdım. Andreylə istər təhsil aldığım ali məktəb, istərsədə Marketing One-ın tədbirlərində mütamadi olaraq görüşürdük. Mən bu brendi Andrey Rukovaşnikov hesabına “birinci əldən” aldığım məlumatlarla daha dərindən öyrənə bilmişəm.

Mən düşünürəm ki, Azərbaycanda tezliklə “Евросеть” səviyyəsində brendlər olacaq. Biz artıq bu brendlərin keyslərini xarici ədəbiyyatlarda oxuyaraq, sevinəcəyik. Sevinəcəyik ki, bizim dostumuz filankəs, filan brendin yaradılmasında böyük rolu olub və s. O günləri gözləriyəm…

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close