image_pdfimage_print

Əziz oxucu, bu yazı ilə Sizə yeni bloq rubrikamızın başlandığını elan etmək istəyirəm. Bundan sonra biz, Azərbaycanda bugünə qədər olmayan, lakin çalışdıqları ölkədə sözün əsl mənasında uğur həkayəsi olmuş brendlər barədə bloq postlar yazmağı düşünürük. Birinci belə postumuz dünyanın 11 ölkəsində bazar lideri olan alman pərakəndəçisi – “dm” barədə olacaq.

Almaniyanın ən xəsis, lakin xəsis olduğu qədərdə bacarıqlı insanlarının yerləşdiri Karlsruhe (Baden-Wurttemberg – Stuttgartın yaxınlığında yerləşir) şəhərində açılan ilk dm mağazası 1973-cü ilə təsadüf edir. Şirkətin yaradıcısı olan şvab-alman (Baden-Wurttemberg dədə-babadan şvabların ərazisi hesab edilib) Görz Werner ilk vaxtlar mağazanın adını dm kimi yox məhz drogerie markt (dm daha sonra qısaldılmış versiyasıdır) kimi təqdim edirdi. Adındanda göründüyü kimi, mağazada əsasən dərman ləvazimatları satılırdı.

Buna baxmayaraq DM mağazaları adi alman aptektlərində çox ciddi fərqlənirdi. Əgər klassik aptektlərdə daha çox aksent dava-dərmana, reseptlə satılan mallara üstünlük verilirdisə, dm bunun tam əksini görmək olardı. Muasir dm-ə ümumiyyətlər dərman mağazanın cəmi 15-18% təşkil edir. Digər yerlərdə gözəllik əşyaları, şampunlar, uşaq üçün vasitələr təklif edir. Muasir dm alman xanımının ən çox vaxt keçirdiyi pərakəndə şəbəkədir. Bugün dm məhsul portfelində ərzaq mallarından başqa butün uyğunlaşdırıcı məhsullar təklif edilir.

Brend nəyin ki, almaniyada butün dünyada yeganə pərakəndə şəbəkədir ki, orada P&G, Schwarzkopf, Henkel, Unilever, Kimberly Clark və s. kimi klassik lider brendlərin markaları dm-in yaratdığı öz markara məğlub olur. Pərakəndə şəbəkə demək olar ki, butün əsas məhsul kateqoriyalarında öz brendləri ilə təmsil edilir. Məsələn uşaq məhsullarında – Babylove, kişilər üçün təmizləyici vasitələrdə – Balea, qadınlar üçün təbii kosmetikada – alverde, resetpsiz dərmanlarda – das gesund plus və s. Bir sözlə dm-ə rəqabət aparmaq şəbəkənin özündə belə çətindir.

Məni şəxsən valeh edən məsələrdən biridə, dünyanın istənilən ölkəsində olmasından asılı olmayaraq dm mağazalarında son dərəcə səliqəli və sistemli naviqasiya sistemidir. Düşünün ki, mənim kimi yaddaşsız adam belə hər dəfə dm girində sevdiyim diş məcununun konkret hansı polkada olacağı və saç şampununun mağazanın harasında yerləşdiyini aydın hiss edirəm. Butün mağazalarda vahid sərgiləmə prinsiplərinə riayyət edirlər. Yoxsa bizim pərakəndəçi şirkətlər kimi, “Yasamal filialında filan malı belə qoyaq, amma Əhmədıdə belə” anlayışı gəiyyən dm kimi pərakəndəçilərdə ola bilməz.

Brendin sloqanı “burada mən özümü adam kimi hiss edirəm, buradan mən alaram” yalnız sloqan deyil. Bu şirkət sahibinin bugünə qədər apardığı sistematik biznes istiqamətinin devizidir. Mən Almaniyada olduğum vaxtlar hər dəfə dm-ə olan satıcılarla danışıram. dm satıcısı özünü yalnız satıcı deyil, şirkətin bir hissəsi, konkret mağazanın isə əsl sahibi hiss edir.

Şirkət sahibi hamının qarşısında dəfələrlə: “Mənim ən böyük müştərim əməkdaşlarımdır” deyir. Hətta biz sloqanımızı öz işçilərimiz üçün istifadə edirik kimi mesajlarda verir. dm məntiqi belədir: “Müştərinin məmnun olması üçün, mağazada çalışanlar məmnun olmalıdır!!!”.

Hansı amillər dm-i bizim sevilən brend rubrikamıza salıb?

  1. dm öz məhsul siyasəti ilə dünyada – cateqory killer formatında çalışan pərakəndə şəbəkələrinin ən gözəl nümunələrindən biridir;
  2. dm öz əməkdaşlarına göstərdiyi qayğı hesabına müştəri məmnuniyyətini üst səviyyə qaldıra bilib. 2013-cü ildə dm alman xanımının ən sevdiyi pərakəndə şəbəkə seçilib!
  3. dm reklam, marketinq, brendinq istiqamətində çəkdiyi xərclər minimaldır. Brend yalnız və yalnız bukletlər çap edir. Buna baxmayaraq avropanın ən rentabelli pərakəndə şəbəkələrinin siyahısındadır.
  4. dm mükəmməl sərgiləmə konseptinə malikdir. Dünyanın istənilən ölkəsində mağazada kassanın yerləşməsindən tutmuş, adi məhsulun rəftə yerinə qədər standart formada olur.

Düşünürəm ki, növbəti yazılarımızda ən azı dm qədər uğurlu və güclü brendlər barədə Sizinlə söhbət edə biləcəyik.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

7 Comments

  1. Salam, xahiş edirem ” category killer ” formatı haqda da melumat veresiniz . Teşekkürler

    • Azər böyük məmnuniyyətlə. Bu pərakəndəçi formatı bugün Azərbaycanda hələ demək olar ki, istifadə edilmir. Dədə-baba yolu ilə desək category killer mağazalar konkret bir məhsul kateqoriyası üzrə tam dərinləşdirilmiş məhsul təklifinə sahib olurlar. Məsələn, kolbasa dükanı. Dükanda yalnız müxtəlif çeşidlərdə kolbasalar təklif edilir. Belə mağazalar dar ixtisaslaşdıqlarına görə “hər şey” satan mağazalarla müqayisədə daha yüksək səviyyəli xidmət və bol təklif verə bilirlər.

      • Teşekkürler , amma menim daha bir sualım oldu , vaxtınız olsa cavablandırarsız , mass marketinq kimi başa düşmek olarmı ” cateqory killer ” i , yoxsa tamam ferqli bir şeydi .

        • Yoooox… Category killer konkret kategoriya uzre ishleyir. Mass-marketle hec bir elagesi yoxdur. Dushunun ki, 30 kv,m. magaza acirsiz ve orda ancag sigaret satirsiz… bu kategory killer formatinda olan magazadir ve s.

  2. […] Siz hiss edirsinizmi ki, bugün Azərbaycanda bu sahə boşdur və şərti olaraq Almaniyada olan “dm” kimi brendə ehtiyyac var. İdeal bu istiqamətdə […]

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close