image_pdfimage_print

Yaxın dostlar bilir ki, hal-hazırda iki Ali məktəbdə (İqtisad Universiteti və Turizm İnstitutu) marketinq və strateji idarəetmə istiqamətləri üzrə mühazirələr deyirəm… mühazirə deyirəm deyəndə, azdan-çoxdan bildiklərimi paylaşıram, həmdə özüm öyrənirəm. Bunu niyə edirəm? – çünki düşünürəm ki, ali məktəbdə mühazirə demək mənim üçün hansısa mənada sosial məsuliyyətdir. Amma Sizə səmimi deyim, 3 gün bundan əvvəl olan iki hadisə nəticəsində Ali məktəblərdə işləməkdən daha çox mənəvi həzz almağa başlamışam. İstər Turizmdə, istərsədə İqtisadda gördüklərim Azərbaycan gəncliyinin necə müsbət ruhda inkişaf etdiyini hiss etdirdi. Sizə düşündüklərimi nəql edirəm, əminəm ki, Sizin üçündə sevindirici olacaq.

Vaxtınızı çox almadan Ali məktəblərdə şahidi olduğum məsələləri danışacam.

Turizm İnstitutu. Həftənin birinci günü Turizm İnstitutunda Marketinq kafedrasının rəhbəri olan, dostumuz Anar müəllimlə söhbət edirdik, mənə marketinq qrupunda iki dərsi mütləq demək vacib olduğunu dedi. Əslində mən çox təəcübləndim, çünki mənim iş vaxtında (09:00 – 18:00) ali məktəbdə olmağım demək olar ki, mümkünsüz olur və hər iki ali məktəblərdə yalnız iş vaxtından sonra mühazirələr deyirəm (MBA üçün).

Buna baxmayaraq dostumuz və son dərəcə hörmək etdiyimiz müəllim, məndən belə təkidlə xahiş etməsi məni düşündürdü. “Axi Siz niyə mənim bakalavr üçün dərs dəməyimi istəyirsiniz, mən yalnız maqistrlər üçün dərs deyirəm” deyə sual verdim. Aydın oldu ki, məsələ daha fərqlidir. 4-cü kurs tələbələrimiz bir mənalı şəkildə marketinq kommunikasiyaları dərsinin sırf mənim keçməyimi istəyir və hətta bu dərsə tədris edən digər müəllim dostumuzada bunu açıq şəkildə deyiblər.

Bu məsələlər gedə-gedə mənə Facebook vasitəsi ilə həmin “məhşur” qrupun tələbələridə təkidlə görüşmək istədiklərini yazırdılar. Mən görüş mövzusunun nə olacağını bilməsəmdə mütləq görüşəyimizi demişdim…

Məsələnin belə olduğunu görüb, təbii ki, YOX demək şansını tamamiylə itirdim. Əgər hansısa tələbə məni dərsə görmək istəyirsə, bizim YOX demə şansımız çox aşağıdır. Çünki biz inanırıq ki, bu tələbə gələcəkdə Azərbaycan biznesinin lokomotivi olacaq. Bizdə istəyirik ki, bizim ölkədə biznes sektoru irəli getsin, Sizdə istəyirsiz!)

Mən iki gündü bu yeni qrupa dərs deyirəm. Sizə səmimi deyim, istər tələbələrin dərsə olan baxışları, istər onların (hamısının, butün qrupun) öyrənmək istəyi mənə gələcəyimizi pozitiv baxmağa əsas verir. Mən düşünürəm ki, bu gənclərin marketinq, biliyə olan maraqlı nəticəsində biz dahada inkişaf edəcəyik. Bu əladır. Bugün gənclik, ali məktəblərdə dərsin keyfiyyətinin artırılması üçün mübarizə aparıq. Təsəvvür edin, bu Azərbaycanda baş verir.

Artıq ikinci semestrə keçsəmdə əminlik deyə bilərəm ki, tələbələrin marketinqə olan marağı sonsuzdur. 

Bizim dərslərimiz mütləq qaydada komanda oyunları olur, əziz oxucu, bu oyunlarda tələbələrin öyrənməyə, qalib gəlməyə, düşünməyə olan marağını ifadə etməkdə çətinlik çəkirəm. Bugün Azərbaycan gəncliyi elmə, təhsilə acdır. Sadəcə və sadəcə bu tələbələrlə işləyəcək adamlar lazımdır. Kimdə-kimdə bizim tələbələrdə heç bir problem yoxdur. Problem varsa, bu yalnız müəllimlərdədir.

Azərbaycan gəncliyinin elmə marağı yoxdur deyənlərə, Azərbaycan gəncliyinin tərbiyəsinə şübhə ilə yanaşanlara deyirəm, Sizdə elələrini görəndə deyin: “Azərbaycan gəncliyi ildən-ilə daha çox elmə maraqlı olur, daha çox biznes düşüncəli olur, daha çox əzmkar olur (onlar istədikləri müəllimin onlara dərs deməli olduqlarını tələb edə bilir məsələn!). ” Mən bugün Azərbaycan gəncliyinə çox inanıram!

İqtisad Universiteti. Bu ali məktəbdə olan tələbələrimiz bizim dərslərdə göstərdikləri hərəkətlərlə elmə, təhsilə necə həvəsli olduqları hiss edilir. Hamı öyrənmək istəyir, hamı bilik, təhsil almaq istəyir. Amma həqiqi bilik, həqiqi təhsil. Bugün ali məktəblərimizin əsas problemi, tələbələr deyil, onlara istədikləri səviyyədə tədrisin verə bilməməyimizdir.

Mən öz adıma marketinq, biznes kimi dissiplinaları real sektorda çalışan müəllimlərimiz tərəfindən deyilməsinin tərafdarıyam. Hələ-hələ bu MBA-sə müəllim mütləq real biznesdən gəlməlidir. Elə olmayanda o, tələbələrinə qalın kitablarda oxuduqlarından danışır… buda biznesdə işləmir. Biznes reallığı sevir. Reallıq isə… bazardadır. Reallıq alverdədir. Alver sözünü təhgir hesab edən adamların MBA-da biznes, marketinq tədris etmələri məncə yol  verilməzdir. Məncə…

Bizim mühazirə dediyimiz qrupda tələbələrlə söhbət etdikdə… mən çox təəcüblənirəm, sevinirəm. Axı deyirlərdi ki, “Bugün tələbələr oxumur, heç kimin dərsə marağı yoxdur və s.” Əzizlərim gətiyyən elə deyil. Təkrar edirəm, gənclik təhsilə acdır… amma innovativ təhsilə. Sovet ittifaqından qalmış tədris metodoloqiyası bugün, facebookvari, instaqramçı gənclərimiz üçün keçərli deyil.

Mən düşünürəm ki, bugün ali məktəblərə real biznesdə çalışan tezə qanlar lazımdır. Bu qanlar olduqda biz tezliklə Azərbaycanda son dərəcə güclü iqtisadçı, marketoloqları görəcəyik. Görməliyik!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close