Monthly Archives Mart 2014

Keçən dəfə menecerlər üçün şəxsi həyatla, biznes karyeranı eyni vaxtda aparılması vacib olduğu barədə danışmışdıq. Hətta xatırlayırsınızsa, bunu  etmək üçün beş prinsip belə tövsiyyə etdik (xatırlamırsınızsa, buyurub yenə oxuya bilərsiniz). Bu dəfə biz Sizinlə şəxsi həyat və biznes karyeranı birlikdə aparmaq üçün lazım olan birinci prinsipdən, daha konkret desək – “Uğur” sözünü təsvir etməkdən danışaceyik.

Çox zaman təlimlərdə və ya dostlarla görüşlər zamanı filan iş Azərbaycanda alınmaz, filan şey etmək olmaz kimi sözlər eşidirəm. Hərdən başqa formada olur: “Filan biznes görəsən Azərbaycanda etmək olar?!” və s. Mən düşünürəm ki, həyatda alınmayacaq biznes (iş) yoxdur, sadəcə bacara bilməyən adamlar və səhv icra var. Hər şey icradan və məsələyə düzgün yanaşmaqdan asılıdır. Fikirlərimi təsdiqləmək üçün Sizlərə real biznesdən bir neçə misal verəcəm.

Yazını ən güclü CEO-lardan hesab edilən Cek Ueeliçin (John Francis «Jack» Welch) sözləri ilə başlamaq istəyirəm:

Biznesdə güclü strateqiya hazırlamağın yeganə yolu, uzunmüddətli rəqabət üstünlüyü və liderlik yaratmaq üçün atılan addımlardan keçir. Yalnız lider ola biləcəyiniz bazarlarda fəaliyyət göstərin.

Biz yazı çərçivəsində GE şirkətinin dahi rəhbərinin dediyi fikirləri təhlil edəcəyik. İlk əvvəl bir çox biznes ədəbiyyatlarda olan bir əfsanəni (reallıq olub-olmadığını bilmirəm), Sizlərə danışmaq istəyirəm.

Əlbəttə mən bilirəm ki, bizim bloqun oxucularının bir çoxu WalMart haqqında kifayət qədər informasiyaya sahibdir. Azdan-çoxdan məndə bilirəm, amma bu yazıda mən Sizə dünyanın ən böyük pərakəndə şəbəkələrindən olan WalMart-ın daha kiçik dövrləri barədə, daha doğrusu sektor lideri olmadığı vaxtlar barədə məlumat vermək istəyirəm. Söz verirəm, şirkətin əsas uğur səbəblərini daha aydın görəcəksiniz.

Keçən ilin may ayında ilk dəfə keçirdiyimiz Milli Marketinq Forumunun yeni tədbiri üçün, uzunmüddət etdiyimiz debatlar nəticəsində axır ki, konkret konsept və ümumi bazanı təyin edə bildik. Bloqumuzun dəyərli oxucuları üçün, ilk dəfə olaraq 2014 Milli Marketinq Forumunda olacaq sirləti açmaq istəyirəm. Oxumağa həvəsi olmayanlar üçün deyim: “Bu dəfə daha möhtəşəm olacaq…”

Qeyd etməliyəm ki, bizim (Marketinq AİR olaraq) keçirdiyimiz aktivliklərin heç biri biznes məntiqli və ya sadə dillə desək – pul qazanmaq üçün edilmir. Biz istər Marketinq AİR təlimlərini, istər FMR TV-ni, istər keçirdiyimiz çox saylı görüşləri, istər Ali məktəblərdə dediklərimiz dərsləri…, istərsədə Milli Marketinq Forumunu biznes və ya pul qazanmaq üçün etmirik. Məntiqimiz çox sadədir. Biz ölkədə biznesin, marketinqin inkişafını istəyirik. Bu baxımdan bu il keçirilən Milli Marketinq Forumuda sırf öz daxili gücümüzü keçirməyi düşünürük. Birdə… marketinqi sevən və bizim kimi düşünən dostların yardımı hər zaman olduğu kimi, bu ildə hiss etmək istəyirik.

İlin aylarından mənim üçün ən doğması, ən sevimlisi, ən çox nostalji hisslər yaşadanı və bəlkədə ən vacibi məhz mart ayıdır. Bu ay həqiqətəndə digər aylardan bir çox məsələlərə görə fərqlənir. Bu fərqlər istər sırf subyektiv, istərsədə obyektiv məsələlərlə bağlıdır. İstəyirəm mart mövzusunda Sizinlə səmimi söhbət edim. Vaxtınız olsa oxuyarsınız, yaxşı?

Bugünlərdə keçirilən Gənclər Məclisində iştirak etmək üçün dostumuz Anar müəllimlə birlikdə Gəncəyə səfərə getmişdik. Yol boyu Anarla bir çox mövzularda söhbət etsəkdə… butün söhbətlərin axırı, sırf biznes, marketinq kimi mövzulara çatırdı. Ən çox müzakirə etdiyimiz mövzu yol boyu düzülən mağazalar və ümumilikdə pərakəndəçilikdə yer faktoru barədə oldu. İstəyirəm bəzi fikirlərimizi Sizinlədə bölüşək. Mağaza açılışında yerləşmənin rolu barədə danışmaq istəyirəm.

Sizcə iş adamının ideal vaxt bölgüsü necə olmalıdır? Necə olmalıdır ki, iş adamı həm biznesdə, həm sağlamlıqda, həmdə şəxsi həyatda uğur qazana bilsin? Bu yazıda mən Sizə bu yaxında öyrəndiyim və bugün Marketinq AİR++ olan görüşümüzdə danışdığım çox maraqlı bir formula haqda danışmaq istəyirəm. Vaxtınız var?))

16 mart, IB Club və Gəncə İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən IB məclisdə çıxışımız olacaq. Butün dostlarımızı Azərbaycan Gəncliyinin ən güclü motivasiya elementi olan IB Məclisə dəvət edirəm. Söz verirəm – mükəmməl olacaq!

Daha əvvəl mənim IB məclisdə bir dəfə çıxış etmişdim…(videonu görürsüz) Sizə səmimi deyim, mən bu məclisdə iştirakçılarla tam səmimiyyət etdim. Onlarla “mənim qızıl 10luğum” barədə danışdım. Biznesdə, marketinqdə, karyerada qızıl hesab etdiyim 10 vacib dəyəri dostlarımızla bölüşdüm. Bu dəfə mən ilk dəfə Sizlərlə həyatımı taaaam dəyişən 3 hadisə barədə danışacam.

Hər gün bir çox şirkətlər əməkdaşlarının motivasiya sistem hazırlanması, onun təkmilləşdirilməsi haqda düşünür. Bilirəm ki, oxucularımızın arasındada belələri var. Olması təbiidir. Bizim bloqu əsasən biznes yönümlü dostlarımız oxuyur və hamımız bilirik ki, biznes insanların üzərində qurulur – qurulmalıdır. İnsan var – biznes var (insan dedikdə biz burada daxili müştəriləri, işçiləri nəzərdə tuturuq). İnsan yoxdur – alver edəcək adam yoxdur, biznes yoxdur. Lakin burada xırda bir detal var – işçinin olması azdır, onun motivasiyalı olması vacibdir. Bu yazıda biz, biznesdə motivasiya elementləri barədə danışmaq istəyirik.

8 mart ərəfəsində bir çox brendlər dünyanın ən vacib varlıqları olan, xanımlara yönəli kampaniyalar həyata keçirirdi. Bu kampaniyaların bir çoxu son dərəcə uğurlu, bəziləri az uğurlu, digərləri isə ümumiyyətlə lazımsız edi… AMMA bu ərəfədə bir kampaniya, bir brend var edi – brend xanımlara yönəli mükəmməl bir aksiya ortaya qoymuşdu. Bu şirkət Azgranata, daha dəgig desək More+ və Vita1000 kimi tanınmış brendlər edilər. Yazıda, bu kampaniya nəticəsində özüm üçün çıxardağım nəticələr və öyrəndiklərimi Sizlərlə paylaşmaq istəyirəm.

12
Close