image_pdfimage_print

Sizcə iş adamının ideal vaxt bölgüsü necə olmalıdır? Necə olmalıdır ki, iş adamı həm biznesdə, həm sağlamlıqda, həmdə şəxsi həyatda uğur qazana bilsin? Bu yazıda mən Sizə bu yaxında öyrəndiyim və bugün Marketinq AİR++ olan görüşümüzdə danışdığım çox maraqlı bir formula haqda danışmaq istəyirəm. Vaxtınız var?))

Yazıya keçməzdən əvvəl Sizə bir söz demək istəyirəm. Bugün Marketinq AİR++ növbəti görüşümüz oldu. Son dərəcə maraqlı oldu (ən azı mənim üçün), mən Marketinq AİR havasına çox öyrənmişəm. Düşünürəm ki, iştirakçılarda bunu hiss edir. Marketinq AİR-ə çox fərqli, çox pozitiv aura olur. Burda hamı öyrənmək, yaratmaq, fəaliyyət göstərmək istəyir. Çox sevinirəm ki, bizim belə güclü bazası olan təlimlərimiz var. Bu superdir!

Bağışlayın… bir-az səmimiyyət etdim, keçək əsas məsələyə 8 + 8 + 8 nədir? Əlbəttə, biz bilirik ki, üç səkkiz 24 edir və bu bizim günümüzdür. Sözü gedən formulan görə uğurlu iş adamı öz fəaliyyətini məhz sözü gedən düstura görə təşkil etməlidir. Daha konkret desək, iş adamı öz gündəlik vaxtını üç bir-birindən tamamiylə fərqli işlərə həsr etməli və düzgün balans yaratmalıdır. Diqqət edin…

Birinci 8-saat yuxuya həsr edilməlidir. Yuxusuzluq istənilən xəstəliyin dostudur. Yuxusuz insan nəyin ki, düşünə bilir, yuxusuzluq bizim bir-başa olaraq sinir sistemlərimizə mənfi təsir edir. Bu baxımdan yuxusuzluq əslində ən qorxulu xəstəliklərin yarandığı nöqtədir. Yuxusuz qalmaq heç bir şəkildə olmaz. Bəzən eşidirik… “Mən gündə 4-5 saat yatıram, bu mənə bəs edir və s.” Əmin olun belə insanlarda ciddi psixoloji problemlər olur. Ən azı psixoloji…

İkinci 8-saat əlbəttə işləməyə, biznesə həsr edilməlidir. Uğur əldə etmək üçün düzgün formada işləmək lazımdır. Bundan heç bir şəkildə şübhəniz olmasın… yadıma düşür, şahmat oynadığım vaxtlar, gündə ən azı 8 saat şahmat oynayırdım. Elə vaxtlar olurdu ki, otağa girib saatları qururdum, düz 6 saatdan sonra otaqdan çıxırdım. Eləcədə hansı bir işdə uğur qazanmaq üçün işləmək çalışmaq vacibdir. Amma butün günü yox, günün bir hissəsini ayırmaq şərti ilə.

Üçüncü 8 saat əlbəttə istirahətə həsr etmək lazımdır. Yaxşı istirahət etməyən adamın, yaxşı işləməsi problemli görünür. Bu yaxımdan istirahətsiz çalışan adamlar heç bir şəkildə uzunmüddətli yaxşı performans göstərə bilməzlər. Biz mütləq özümüzə, ailəmizə vaxt ayırmalıyıq.

Sadaladığımız üç məsələ əslində digər formada izah etmek olar. Uğurlu menecer karyerası üçün yalnız işləmək azdır. Həmçinin, ailəyə, istirahətə və əlbəttə ki, sağlamlığı fikir vermək lazımdır. Bunlar olmadan heç bir şəkildə uzunmüddətli uğurdan danışmaq olmaz. Necə deyərlər “çemodanımızın əl tutmaq yeri olmalıdır!”

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

3 Comments

  1. Ilkin bey, kash ele her shey siz deyen qeder asan olaydi :) gununun 4 saati yollarda, tixaclarda kechen adam eve gelenden sonra qalan 4 saati bilmir ailesiyle danishmagami serf etsin, yoxsa uzanib yorgunlugunu chixarmagami..

    • Calishag alinsın… inanın ki, alınmamaq səbəbidə bizik… İstarehət, iş və yuxu tamamiylə tərəzidə düz bölünməlidir. Məncə!))

  2. […] P.S.S. Birdə inanıram ki, bu doktorluq 8-8-8 prinsipini pozmaz! […]

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close