image_pdfimage_print

8 mart ərəfəsində bir çox brendlər dünyanın ən vacib varlıqları olan, xanımlara yönəli kampaniyalar həyata keçirirdi. Bu kampaniyaların bir çoxu son dərəcə uğurlu, bəziləri az uğurlu, digərləri isə ümumiyyətlə lazımsız edi… AMMA bu ərəfədə bir kampaniya, bir brend var edi – brend xanımlara yönəli mükəmməl bir aksiya ortaya qoymuşdu. Bu şirkət Azgranata, daha dəgig desək More+ və Vita1000 kimi tanınmış brendlər edilər. Yazıda, bu kampaniya nəticəsində özüm üçün çıxardağım nəticələr və öyrəndiklərimi Sizlərlə paylaşmaq istəyirəm.

Vaxtınızı çox almadan bir başa kampaniya haqqında məlumata keçmək istəyirəm. Deməli, Azgranata şirkəti 8 mart qadınlar günü ərəfəsində ölkənin böyük (həmdə xırda) şirkətləri ilə əlaqəyə girərək, xanım işçiləri üçün hədiyyə hazırlamaq istədiklərini deyir. Xanımların siyahısı alınır və 7 martda butün xanımlara hədiyyə paketləri göndərilir. Hər bir xanımın adına özəl hədiyyə!

Bu təbii ki, xanımlar üçün gözlənilməz surpriz olur və… xanımlar Sizcə nə edir?! Çox duzdur, hamı telefon adlanan, balaca qutunu çıxarır və şəkillər çəkməyə başlayır. Çəkilən şəkillər İnstagramlarda, Facebooklarda profilləri bəzəyir. 100-lərlə təşəkkür postu, 100-lərlər şəkil, 100-lərlə brend haqqında xoş sözlər. Bəs Sizcə belə kampaniyanın nəticəsi nə olur?

Biz hər dəfə yazılarımızda, təlimlərimizdə deyirik… bir daha deyək – qadınlar biznesi idarəedir. Əgər güclü brend qurmaq istəyirsinizsə, ilk əvvəl xanımlar tərəfindən sevilməlisiniz. Bunu Azgranata olan dostlarımız çoooox yaxşı bilir, yalnız bilirmi?! Xeyr. Bilmək azdır. Bilik tətbig etmək – bu istedaddır. Onlar bunu bacarır (!)

Azgranata brendindən diqqət hiss edən xanımlar, təbii ki, hansısa Jalələri, Sontiləri, Cappyləri atıb məhz brendin məhsullarını istifadə etməyə başlayacaqlar. Ən əsası, brend bu kampaniya ilə ölkədə olan butün xanımlara bir-bir hədiyyə göndərməsədə (bəlkə gələcəkdə göndərəcək?!), atdığı addımlara xanımlara qarşı diqqətini bir daha əyani şəkildə hiss etdirdi.

Xanımlara yönəli aparılan düzgün marketinq brendin güclənməsi üçün həyatı əhəmiyyətli olduğunu bizə bir çox brendinq dahiləri izah etsədə (P&G, Coca-Cola kimi brendlərin – analar üçün kampaniyaları, McDonalds şirkətinin menyusuna gənc analara özəl yeməklərin daxil etməsi, Disneyland-ə analar üçün istirahət zonaları, İKEA-a uşaqlar üçün yerlər və s.), Azərbaycan praktikasında bu Azgranatanın etdiyi ilk və mükəmməl keys oldu. Bir daha əməyi keçən dostlarımızı təbrik edirəm!

İndi keçək əsas məsələyə, biz bu kampaniyadan hansı nəticələri çıxardıq? Mən düşüncələrimi yazıram, Sizin əlavələriniz olsa komment edərsiniz, yaxşı?

  1. Dünya fərdiləşdirilmiş kommunikasiyalar istiqamətində gedir. Hamı fərdiliyini önə çıxarmaq istəyir. Xanımlarda bu daha çoxdur. Buna görədə hədiyyələrdə xaxımlara fərdi müraciyyətin olması, kampaniya effektini birə, yüz artırdı.
  2. Qadınlar diqqəti çox sevirlər, diqqət gördükdə isə bunu əvəzini artıqlaması ilə verirlər. Sosial şəbəkələrdə paylaşmalar (pulsuz və səmimi paylaşmalar) brendin dəyərini 100 minlərlə ölçülməyəcək səviyyədə qaldırdı.
  3. Sosial şəbəkələrdə effektiv bir şey qurmaq üçün mütləq və mütləq oflaynda hansı addım atılmalıdır. Sosial şəbəkələrin, onlayn kommunikasiyaların müştəriyə emosional səviyyədə bir şey verə bilmədiyi üçün, butün kampaniyaların offlaynda bir fundamenti olmalıdır.
  4. Marketinq yenilik elmidir. Neyinsə effektiv olması üçün yenilikçi və bənzərsiz olamsı şərtdir. Bu bizə son dərəcə vacibdir. Bu baxımdan etdiyimiz kampaniyalar mütləq yeni və bənzərsiz olmalıdır. Bu vacibdir.

Mən düşünürəm ki, artıq biz yerli brendlərimizin fəaliyyətinidə daha dərin təhlil etməliyik. İnanıram ki, tezliklə Azgranatada olduğu kimi çox saylı uğurlu kreativ kampaniyaları digər brendlərdəndə görəcəyik.

Bir daha belə kampaniya üçün butün şirkətlər qrupunda olan dostlarımızı təbrik edirik!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

3 Comments

  1. Ferdileshdirilmish marketing numuneleri kimi Coca-cola’nin muxtelif adlarin yazildigi qablashdirilmasini ve hemcinin de Starbucks’da kofe veya chay alarken alicinin adinin qeyd edilmesini gostermek olar. Blogunuz maraqlidi, ugurlar arzulayiram! :)

  2. […] Azgranata bizlərə nə öyrətdi? […]

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close