image_pdfimage_print

Çoxlarımız elə bilirik ki, iş-biznes dünyası kişilər tərəfindən idarə edilir və s. Əslində düz bilirik, amma bir balaca, balaca olduğu qədərdə vacib olan məsələni unuduruq – düzdür, biznes kişilər tərəfindən idarə edilir, amma hər bir addımın motivi qadındır. Başqa sözlə desək, biznesi fiziki olaraq kişilər idarəetsədə… atılan addımların “əmrini” xanımlar verir. Bugün xanımların günüdür və biz bu yazıda onları yalnız təbrik etməyəcəyik…

Ətrafımıza baxaq. İlk baxışdan yalnız kişilər tərəfindən istifadə edilən brendlərin belə alışı prosesində motivator xanımlardır. Diqqət edin.

  • Gillette brendi istifadə etdiyi çap məhsulları reklamlarının 95% qadınlara yönəli edir. Məsələn, Gillette strateqiya olaraq qadın jurnallarında reklamlar yerləşdirir, kişilər üçün istifadə edilən məhsulların reklamları. Səbəb? Səbəb çox sadədir, kişilər Gillette qadınlar tərəfindən bəyənildiyi halda alırlar.
  • Dünyada kişi sənayesi hesab edilən, avtomobilçilər öz reklamlarını əsasən qadınlar tərəfindən seyr edilməsinə çalışır. Düşünün ki, 2008-2009-cu illərdə avtomobil sənayesini böhran bürümüşdü, şirkətlər, brendlər dempinq etdikləri halda BMW qrup ən karlı avtomobil brendi olaraq birinci yerdə edi. Səbəb? Səbəb yenədə sadə edi. BMW son 10 il ərzində Avropada qadınlar tərəfindən ən çox sevilən avtomobil edi. Bugün avtomobil alışlarında qadınların nəzər nöqtəsi, mühərrikin gücündən daha vacib faktordur (!)
  • Çoxları elə düşünür ki, kişilər hansısa bir geyim aldıqları zaman öz zovqləri ilə düşünürlər. Sizcə bu belədirmi? Mən öz adımdan susaraq, yenə statistikaya nəzər yetirmək istəyirəm. ESPRİT şirkətinin keçirdiyi son araşdırmalara görə kişi geyimlərinin seçimində əsas drayver məhz zərif cins tərəfindən münasibətlərdir. Başqa sözlə desək, kişilərin özünə paltar alması üçün ilk növbədə bu brendi qadınlar tərəfindən sevilməsi lazımdır.

Çalışdığınız sektordan asılı olmayaraq qadınlar tərəfindən brendiniz sevilmirsə… Sizin işləriniz “yumşaq desək” pis gedəcək. Məhz buna görə bu Bayram bizim üçün hər tərəfli vacibdir. Hər tərəfli dedikdə biz burada qadınların yalnız biznesdə olan rolundan danışmırıq…

Əziz oxucu, əgər orta statistik Azərbaycan kişisi ailənin maddi tərəfləri ilə məşğul olursa, qadınlar (Azərbaycan qadını) ailənin daha əhəmiyyətli dəyəri… mənəvi tərəflərinə baxır. Uşaqların düzgün tərbiyəsi ilk əvvəl xanımların, anaların əllərindədir. Bu baxımdan Azərbaycanda xanımların rolu digər ölkələrə görə daha çox, daha əhəmiyyətlidir.

Düşünürəm ki, sabah bizim ətrafımızda olan butün xanımlara xüsusi münasibət, diqqət verməliyik… AMMA bu yalnız sabaha məxsus bir şey kimi deyil, daimi və fasiləsiz olmalıdır.

Həm əgər dünyanı gözəllik xilas edəcəksə, əmin olun deməli bizim dünyamız xanımların əlindədir… aşağı-yuxarı həyatımızda onların əlindədir.

Təbrik edirəm Sizləri, əziz xanımlar! İnanıram ki, biz Sizin gözləntilərinizə cavab verə bilirik (biləcəyik!).

P.S. Bu arada bu mart ayının ən uğurlu kampaniyası AzQranata şirkətindən gəlib. Növbəti yazılarda bu haqda ətraflı yazacam. Maraqlı keysdir!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close