image_pdfimage_print

16 mart, IB Club və Gəncə İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən IB məclisdə çıxışımız olacaq. Butün dostlarımızı Azərbaycan Gəncliyinin ən güclü motivasiya elementi olan IB Məclisə dəvət edirəm. Söz verirəm – mükəmməl olacaq!

Daha əvvəl mənim IB məclisdə bir dəfə çıxış etmişdim…(videonu görürsüz) Sizə səmimi deyim, mən bu məclisdə iştirakçılarla tam səmimiyyət etdim. Onlarla “mənim qızıl 10luğum” barədə danışdım. Biznesdə, marketinqdə, karyerada qızıl hesab etdiyim 10 vacib dəyəri dostlarımızla bölüşdüm. Bu dəfə mən ilk dəfə Sizlərlə həyatımı taaaam dəyişən 3 hadisə barədə danışacam.

Əlbəttə, yazı çərçivəsində mən Sizə nə danışacağımı deyə bilməyəcəm, amma bir daha əminliklə deyirəm ki, heç harda danışmadığım bu 3 hadisə əsasında mənim həyatım taaam dəyişib. Neysə… bu haqda Məclisdə eşidəcəksiniz.

Əziz oxucu, biz hesab edirik ki, Azərbaycan gəncliyinin güclənməsi mütləq qaydada bölgələrimizin inkişafından keçir. Azərbaycan  – yalnız Bakı deyil! Azərbaycan Gəncliyi – yalnız Bakıda yaşayan gənclər deyil! Bu baxımdan mən IB Club rəhbərliyinə çox, çox və bir daha çooox təşəkkür edirəm ki, ölkənin ziyallı təbəgəsini bölgə gəncləri ilə görüşməyə təşviq edirlər. Bu son dərəcə əhəmiyyətli və faydalı bir işdir. Savadlı gənclik – bizim gələcəyimizdir. Əlbəttə, hamımız bilirik ki, belə işi məhz IB edə bilərdi – etdidə. Təbriklər IB Club!

IB Clubla yanaşı son dərəcə innovativ və nümunə göstəriləcək digər struktur – Gəncə İcra Hakimiyyətidir. Dostlar, biz yaxşıya – yaxşı, pisə – pis deməyi bacarmalıyıq. Bugün Azərbaycan ən numünəvi İcra Strukturu dedikdə – ilk ağla gələn məhz Gəncə İcra hakimiyyəti olur. Düşünün, nəzər yetirin…

  • Gəncədə son illər görülən işlərə baxın, bugün Gəncə həqiqətən Azərbaycanımızın mədəni paytaxtına çevrilir. Yalnız Gənclik şəhəri deyil, yalnız elm-təhsil mərkəzi deyil, məhz mədəniyyət paytaxtına çevrilməsi, bir başa olaraq Gəncə İcra hakimiyyətinin müsbət fəaliyyətinin nəticəsidir;
  • Son illər Azərbaycanda şəhər brendinqini ən doğru və mükəmməl tətbig edən şəhər dedikdə, yenədə ilk ağlımıza gələn Gəncə olur. Şəhərdə atılan sistematik addımlar nəticəsində bugün Gəncə Azərbaycanda şəhər brend olaraq böyük yol gət etmişdir;
  • Bakıdan sonra sahibkarlıq fəaliyyətinin ən ciddi və sistematik aparan şəhər dedikdə, yenədə ağla ilk gələn Gəncə olur. Əslində bu çox təbiidir. Hamımız bilirik ki, tikinti olan yerdə, biznes daha tez inkişaf edir. Bugün Gəncəmiz ən sürətli tikinti aparılan bölgəmizdir. Bu superdir!

Mən çox istəyirəm ki, bizim digər bölgələrimiz, digər şəhər, rayon icra strukturlarımız məhz bölgə gəncliyinin inkişafına əhəmiyyət versin, onlar Gəncə İcra hakimiyyətində yaxşı mənada “dərs” götürsünlər. Güclü dövlət, güclü gənclikdən başlayır. Bunun üçün bölgələrdə çox saylı tədbirlər, paytaxt biznes elitasının yerlərdə təlimlər, master-klasslar verilməsini təşviq etmək lazımdır. Bugün Azərbaycanın butün bölgələrində IB Məclislərin olması zərurətdir, mənim əzizlərim (!)

Azərbaycanın bölgələrində son dərəcə böyük imkanlar var. Bu imkanlardan istifadə etmək üçün, sadəcə bölgə gəncliyinə düzgün yol göstərmək, uğurlu keyslərlə tanış etmək, motivasi vermək lazımdır. Biz çox inanırıq ki, IB Məclis bu istiqamətdə ciddi addımlar atacaq.

Bu arada bilirsiz, mən Yevlaxda anadan olmuşam (Yevlaxlıyam, həmdə bu şəhərdə biznesimiz var) və Gəncəni özümün ikinci vətənim hesab edirəm. Bu şəhərdə çooooxlu dostlarımız var. Gəncədə olmaq mənim üçün son dərəcə əzizdir! Hamınızla görüşmək ümudiylə.

Beləliklə… 16 mart Gəncədəyik!!!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close