image_pdfimage_print

Son vaxtlar iqtisadiyyat, biznes, marketinq, brendinq və ya digər məsələlər barədə daha dərin düşündüyüm zaman, sadə, lakin sadə olduğu qədər düzgün bir məntiqi daha çox dərk etməyə başlayıram. İqtisad elminin (və onunla yaranan butün digər elmlərin) başında məhz Sizinlə söhbət edəcəyim məntiq dayanır və bu məntiqin düzgün başa düşən hər kəs, biznesi düzgün başa düşəcək, məncə belə olacaq. Bilirsiz bu nədir?!

İqtisad elminin predmetini düzgün başa düşmək. Bəli, bəli. İqtisad elminin bir elm kimi niyə yarandığını bilən və başa düşən hər kəs, biznesi sistemli şəkildə başa düşə bilir. Başqa sözlə desək, kim bilirsə ki, “İqtisad elmi məhdud resurslardan maksimum faydalı istifadə edərək, qeyri-məhdud ehtiyyacları (bu sözə taxılmayın!) ödəməyə xidmət edir”, muasir biznesdən rahatlıqla başı çıxacaq. Bir anlıq özünüz düşünün.

Marketinq prosesini sistemli həyata keçirmək üçün, biz daim nəzərə almalıyıq ki, resursumuz azdır (büdcəmiz, pulumuz, vaxtımız və s.), amma bu az resursdan biz maksimum faydalı istifadə etməliyik. Bunu etməsək heç bir şəkildə uğurlu marketinq kampaniyasını edə bilməyəcəyik.

Hansısa yeni bir sahə üçün investitsiya qoyursan, mütləq düşünməlisən ki, investitsiya məhduddur. Bundan elə istifadə etməliyik ki, yaratdığımız iş faydalı olsun. Biz başa düşməsək ki, həyatda hər şey məhduddur, ondan səmərəli istifadə etməyəcəyik.

Biz yeni brend yaratmaq istəyirik və bu zaman bir daha düşünməliyik ki, resurslarımız məhduddur. Bunu nəzərə almasaq, yeni brendlər yaratsaq çox tezliklə səhvlərimizi hiss edəcəyik. Hər bir yeni yaradılmış brend əlavə resursdur, resurslar isə lap əvvəldən dediyimiz kimi, məhduddur.

Hətta biznes üçün əlavə kadrlar götürdüyümüzdə belə, nəzərə almaq lazımdır ki, onlara xərclənən resurslar məhduddur və s. Yazdıqlarımızın məntiqi davamı olaraq, biz alternativ xərclər nəzəriyyəsinə gəlirik. Daha konkret atdığımız hər bir addım, qoyduğumuz hər bir manat investitsiyanın mütləq qaydada alternativ xərcləri nəzərə alınmalıdır.

Əziz oxucu, mən düşünürəm ki, marketinq, biznes kimi sahələrlə məşğul olmaq istəyən hər kəs, mütləq iqtisadi nəzəriyyəni oxumalıdır. Bunu oxumadan əsl marketoloq, əsl biznes adamı olmaq mümkün deyil. İqtisadi nəzəriyyəni bilmədən (nəzərə alın ki, oxumaq azdır bu istiqaməti öyrənmək lazımdır), heç bir marketinq, brendinq və ya biznes ədəbiyyatları bizim savadımızı həqiqi formada artırmağa köməklik edə bilməz. Fundament olmayan yerdə ciddi bir tikili tikmək mümkün olmadığı kimi, iqtisadi nəzəriyyəni bilməyən adamın marketinqlə məşğul olması real görünmür.

Bəzən marketinqlə məşğul olan dostlarımızın incəsənətlə, kreativlə marketinqi qarışdırma səbəbini mən məhz iqtisadi nəzəriyyədən xəbərsiz olmalarında görürəm. Diqqət edin, bakalavr, maqistr təhsili qeyri-iqtisadi olan dostlarımızın bir çoxu marketinq dedikdə, kreativlik, incəsənət kimi məfhumlar başa düşür, amma əslində marketinq sadəcə pul qazanmağa xidmət edən elmdir, vəssalam!

Mən düşünürəm ki, bizim bloqun oxucuları ən azı bir iqtisadi nəzəriyyə kitabını oxuyublar. Əgər yenə nesə oxumaq istəyirsnizsə mütləq Makkonel və Bru tərəfindən yazılmış – Ekonomiksi oxuyun. Maraqlı olmasada, çox faydalıdır, söz verirəm!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

5 Comments

  1. Menkyunun Ekonomiksin esaslari kitabi haqqinda fikrinizi bilmey maraqli olardi..

  2. Ilkin müəllim, bu kitab sizdə var yəqin ki. Oxumaq üçün borc verə bilərsiz? :)

  3. Ilkin müəllim, bu kitab sizdə var yəqin ki. Oxumaq üçün borc verə bilərsiz? :)

  4. […] İKEA misalında Sizlərə göstərməyə çalışım. Nəzərə alın ki, misal çəkdiyimiz brend (şirkət) dünyanın TOP Lovely Brand-lərin […]

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close