image_pdfimage_print

Hər gün bir çox şirkətlər əməkdaşlarının motivasiya sistem hazırlanması, onun təkmilləşdirilməsi haqda düşünür. Bilirəm ki, oxucularımızın arasındada belələri var. Olması təbiidir. Bizim bloqu əsasən biznes yönümlü dostlarımız oxuyur və hamımız bilirik ki, biznes insanların üzərində qurulur – qurulmalıdır. İnsan var – biznes var (insan dedikdə biz burada daxili müştəriləri, işçiləri nəzərdə tuturuq). İnsan yoxdur – alver edəcək adam yoxdur, biznes yoxdur. Lakin burada xırda bir detal var – işçinin olması azdır, onun motivasiyalı olması vacibdir. Bu yazıda biz, biznesdə motivasiya elementləri barədə danışmaq istəyirik.

İstər Azərbaycan, istərsədə beynalxalg şirkətlərdə işçilərin daha faydalı işləməsi üçün böyük investitsiyalar qoyulur. Bəzən uğurlu, bəzən uğursuz. Amma inanın mənə, butün şirkətlər işçilərinin motivasiyasını düşünür, söhbət normal şirkətlərdən gedir. Onlar bunun üçün nələr etmirlər…

  • Sorğu edirlər… onlar elə düşünür ki, işçilərlə sorğu etməklə, onların ehtiyyaclarını başa düşəcəklər. Biləcəklər işçi nə istəyir və s… dəhşətlisi budur ki, belə sorğulardan sonra heç bir iş görülmür…;
  • KPİ hazırlayırlar… onlara elə gəlir ki, işçilərə maaşdan əlavə nesə pul təklif etməklə, işçilər daha həvəsli çalışacaq… Əslində isə, biz bilirik ki, heç bir maddi motivasiya 6 aydan çox təsirli ola bilməz;
  • Onlar işçilərin sosial imkanlarını yaxşılaşdırırlar. Trenajor zalları, axşam yeməkləri və s. amma heç cürə başa düşmürlər ki, insan ehtiyyacları sonsuzdur. Bizə (insanlara) ne versən azdır və s. ;
  • İşçilər üçün xüsusi sadiqlik proqramları hazırlayırlar, şirkətləri üçün korporativ tədbirlər keçirirlər. Bununla paralel yenədə nəzərə almırlar ki, işçilərə əsas motivasiya elementi başqadır.

Aparılan araşdırmalara görə korporativ mühitdə işçilərin maddi və sosial motivasiyası heç bir şəkildə uzunmüddətli effekt verə bilməz. Hətta əksinə işçilərin maddi motivasiyasını mütamadi olaraq qaldırmaqla biz onlarda “artım gözləmə” xəstəliyi yaradırıq. İşçi vaxt keçdikcə daha çox pul almağa meylli olur və hansısa səviyyədən sonra ümumiyyətlə aldığı maaş ona çox az gəlir. Miqdarından asılı olmayaraq.

Biz hesab edirik ki, şirkətin həcmindən asılı olmayaraq ən ideal motivasiya iki vacib elementin üzərində qurulmalıdır:

  1. İşçi öz etdiklərini sevməlidir, o işdən həzz almalıdır (mənim üçün marketinqsiz həyat yoxdur!). Belə odluqda işçi konkret olaraq nə edəcəyini bilir. O işin icraatı prosesində həzz alır. Başqa sözlə desək, işə götürüldükdən sonra, biz mütləq işçilərimizə görəcəyi işi sevdirməliyik. İdeal variant əlbəttə ki, işini sevən kadrları işə almaqdır.
  2. İşçi şirkətin idealogiyasını tam başa düşməli və mənimsəməlidir. Bugün idealogiya ən mükəmməl motivasiya elementidir. Şirkətin fəaliyyəti, məqsədi bəlli olduqda işçilər niyə məhz burda işlədiklərini dərk edirlər. Onlar bilirlər ki, burda yalnız pula görə işləmirlər.

Yerdə qalan digər butün elementlər uzunmüddətli olaraq motivasiya aləti ola bilməz. Bu baxımdan biz hesab edirik ki, şirkətlərdə işçi axtarışı prosesinə diqqət yetirməli olduqları əsas kriteriya məhz, işçinin işə həvəsidir. Sadaladığımız iki elementin birincisi işə götürmə prosesində, digəri isə işləmə dövründə formalaşmalıdır.

Biz düşünürük ki, şirkətə yeni işçi götürdüyümüz zaman təyin ediləcək ən birinci məsələ, işçinin gördüyü işə həvəsli olub-olmadığını bilməkdir. İşçi işdən həzz almasa, onun daimi işçi kimi işləməsi real görünmür. Muasir dövrdə isə işçilər yalnız daimi olduqları halda xeyr, mənfəət verə bilər. Bu baxımdan yeni işçi görəcəyi peşənin sevməsi şərtdir.

Digər tərəfdən şirkətdə mütləq qaydada bir idealoji baza, missiya, vizyon olmalıdır. Amma vizyon deyən ki, bütün şirkətlər – “bizdə var…” deməsin. Çalışdığım şirkətlərin hər birində missiya var edi – amma bu misiyanı bir çox işçilər ümumiyyətlə bilmir, bilənlər isə… niyə bildiklərini bilmirdilər. Belə misiyadan söhbət getmir. Əslində işçilərin ən gözəl motivasiya yollarından biri məhz şirkət missiyasının onların beyinlərində formalaşdırmaqdır.

Əziz HR dostlarımız, əziz müəllimlərimiz, əziz şirkət sahiblərimiz – İşçilərimizi yalnız maddi yollarla motivasiya etdirmək, bir-başa olaraq işçiyə səhv tərbiyənin verilməsidir. Buna imkan verməyin. İşçilərinizi sevdikləri iş və idealoji baza ilə motivasiya edin. Əmin olun, bu daha effektiv və gəlirli olacaq.

Təbii ki, maddiyat vacibdir. Lakin işçilərin uzunmüddətli effektiv işləməsi üçün mütləq və mütləq sadaladığımız amillərə diqqət yetirmək lazımdır.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

6 Comments

  1. Bu HR-n işi qalıb allaha)) Sahibkarlar millətin hesabına pul qazanır, gözəl adalarda istirahət edirlər – biz isə vizyon misyondan dəm vururuq)) Kimə lazımdır axı bu? Motivasiya qaldırmağın bir yolu var. İşçilərin normal, ailəsinin dolana biləsi səviyyədə maaş verilsə ondan sonra motivasiyadan danışmaq olar. 250 azn maaş alaraq kredit ödəyən insana nə sistemi qurursan qur, ildə 20- 30 azn prim ver, boş boş təltifləndir, fəxri işçi adı qoy, onun motivasiyası qalxmaz. Cəmiyyəti, dövlətin idarə sistemini, milli mentalitet və psixologiya dəyişdirilməlidir. Yoxsa aləm bir birinə yalan danışır, hamı oğurluq edir, əyri yola əl atır, imkan düşən kimi oğurluq edir, biz isə yazıq fəhlənin başında min oyun açırıq. Fəhlə babaya fizyon misyon yox, buz dolabının dolu olması lazımdır. Çe Qevara, Huqo Çaves öləndə fəhlə babalar ağlayırdı. Bizdə isə dövlət məmuru respublikada kişi yoxdur deye deyə çıxış edir. Elvin bəy düz deyir(Komandanin inanmadigi vizyona sirketin catmasi ehtimali demek olar ki yoxdur.) Elvin bəyi bir sözdə dəyişmək istərdim. Komandanın yox – xalqın desək daha doğru olar. Allah bizlərə səbr versin)))

  2. fizyon mence daha maraqli olardi)

  3. Rövşen HR-a ele buna görə pul verirler ki ele bir motivasiya sistemi qursun ki onun temelinde yanliz maaş yatmasin:)

  4. Reshad Aliyev He he abi bilirem)) Amma sende men ne demek istediyimi yeqin basa dusdun)

  5. Şərt maaş bölgüsündən ibarət deyil. Motivasiyaya hər şey təsir edir. Misal – Məsələn ömrü boyu fəhlə işləyən işçini tapşla şöbə rəisi alırlar. Rəşad müəllim – qaldırın mənim motivasiyamı.

  6. is gorusmesine getmisem,colde gozleyirem.hava guneslidi,men de gun eyneyi taxmisam.mennen gorusecek olan adam,bunu irad bildirib beyenmediyini deyir.indi meni basa salin gorum gunesli,aciq havada eynek taxmanin ise ne dexlisi?

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close