image_pdfimage_print

Bugünlərdə keçirilən Gənclər Məclisində iştirak etmək üçün dostumuz Anar müəllimlə birlikdə Gəncəyə səfərə getmişdik. Yol boyu Anarla bir çox mövzularda söhbət etsəkdə… butün söhbətlərin axırı, sırf biznes, marketinq kimi mövzulara çatırdı. Ən çox müzakirə etdiyimiz mövzu yol boyu düzülən mağazalar və ümumilikdə pərakəndəçilikdə yer faktoru barədə oldu. İstəyirəm bəzi fikirlərimizi Sizinlədə bölüşək. Mağaza açılışında yerləşmənin rolu barədə danışmaq istəyirəm.

İş təcrübəmdə istər şəxsi, istərsədə çalışdığım şirkətlərlə 200-ə qədər mağaza açılışında bir-başa olaraq iştirak etmişəm. Bu mağazalar Azərbaycanla yanaşı, Rusiya, Kazaxstan, Gürcustan, Türkiyyə, Ukrayna, Tajikistan və s. ölkələri əhatə edir. Bu baxımdan yazı çərçivəsində yalnız real praktikada gördüklərimiz barədə məlumat verməyə çalışacam, necə dəyərlər  – “Aşıq gördüyünü çalar!”.

Biz Bakıdan Gəncəyə axşam saat 18:00 ərafəsində getdiyimiz üçün, ilk olaraq gecəni Yevlaxda qaldıq. Növbəti gün, Yevlaxdan bir-başa olaraq Gəncəyə yolu düşdük. Yevlax – Gəncə yolunda yerləşən çox saylı mebel, eketronika və cehizlik malları satan mağazaları gördükdə, burada bir məsələnin həqiqətəndə səhv istiqamətdə getdiyini hiss etdim.

Yol boyu açılan mağazaların hər biri çöl görünüş və biznesə yanaşma cəhətdən bir-birilərində heç bir şəkildə fərqlənmirdilər. Hamının “mənim mağazam, daha böyük olsun” məntiqi ilə butün investitsiyanı mağazanın böyüklüyünə qoyması kobud səhv kimi, ortaya çıdır. Bu istiqamət üzrə olan heç bir mağazada normal isitmə-soyutma sistemi olmadığı halda, mağazalar yalnız sırf böyüklüyə aksent edirdi. Hal bu ki, bu tip mağazaların böyüklükdən çox, sərgiləmə, mağazanın ön cəbhəsində fərqlilik, salonun içində ab-havanın yaxşı olması əhəmiyyətlidir. Buna heç bir mağaza fikir vermir.

Bölgədə olan son müştərilərin cehizlik məhsul almaq üçün getdiyi və əslində Azərbaycanda ən böyük cehizlik bazarı olan maqistral yol boyu olan mağazaların heç biri bizneslərini sırf biznes məntiqi ilə yanaşmırdı. Mağazalarda olan satıcıların böyük əksəriyyətinin oğlan olması, elementar satıcı geyimlərinin olmaması, merçandayzinq qaydalarına riayyət edilməməsi, Azərbaycanda özümüzün “İKEA”mızın yaranmasına ciddi mane olur. Halbuki o mağazalardan istənilən biri, marketinqə diqqət edib fərqlənə bilsə, lider olması çox asand görünür. Bazar var, müştəri var – kim fərqlənsə o qalib gələcək.

Az olsun, keyfiyyətli olsun – məntiqinə tamamiylə ziddi olan yanaşmalar bugün pərakəndəçilərimizə böyük problem yaradır. Bizdə hələdə belə bir fikir var ki, məhsul nə qədər çox olsa, bir o qədər yaxşıdır. Əslində isə, bu gətiyyən belə deyil. Müştərilər məhsul deyil, öz problemlərinin həllini axtarırlar. Onlar seçim deyil, konkret çıxış yolu göstərmək lazımdır. Bunun üçün isə mütləq qaydada, istər sərgiləmə (merçandayzinq), istərsədə ümumi məhsul siyasətində olan məsələlərə diqqət yetirmək vacibdir.

Muasir dövrdə dünyada pərakəndəçilikdə olan əsas tendensiyalardan biri məhz, satış yerlərinin, şəhər mərkəzindən şəhər kənarlarına doğru hərəkətdir. Bunun ən bariz və uğurlu nümunəsi kimi, bir daha Goran yolunda, Gəncə – Şəmkir yolundə olan mağazaları göstərmək olar. Bugün alıcı əldə etmək istədiyi məhsulu ən çox seçim olan yerdə almaq istəyir. Bu baxımdan muasir dövrdə şəhər mərkəzində bir mağaza olaraq işləməkdənsə, şəhər kənarında eyni tip məhsul təklif edən salonların arasında olmaq daha cazibədardır.

Sözü gedən məsələnin yalnız, orta qiymətli məhsullar üçün deyil, həmdə lüks bazarlarda keçərli olmasını həmyerlirimiz Araz Ağalarovun yaratdığı əfsanəvi Crokus City layihəsi ilədə sübüt etmək olar. Moskva kənarı dairəvi yolun üstündə lüks məhsullar üçün ticarət mərkəzi tikən biznesmen əldə etdiyi uğurlarla sübüt etdi ki, lüks məhsullar üçün mağaza yeri heçdə hər zaman şəhər mərkəzi deyil.

Nəticələr:

  1. Mağaza yerləşməsi qədər, ticarət obyektinin çöldən görüntüsü vacibdir. Elə etmək lazımdır ki, salonumuz çöldən cazibəli görünsün.
  2. Mağazaların şəhər mərkəzindən kənarda yerləşməsi əslində problem deyil. Vacib olan odur ki, ətrafınızda eyni və ya oxşar məhsulları təklif edənlər olsun.
  3. Mağaza daxili infrastruktur, mağazanın həcmindəndə yaxşıdır. Çalışmaq lazımdır ki, salonda hava və ümumi görünüş xoş olsun.

Hesab edirik ki, Azərbaycanda tezliklə şəhər kənarlarında çox saylı ticarət obyektləri görücəyik. Bugün bu pərakəndəçilikdə yer seçimi cəhətdən əsas tendensiyadır.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close