image_pdfimage_print

İlin aylarından mənim üçün ən doğması, ən sevimlisi, ən çox nostalji hisslər yaşadanı və bəlkədə ən vacibi məhz mart ayıdır. Bu ay həqiqətəndə digər aylardan bir çox məsələlərə görə fərqlənir. Bu fərqlər istər sırf subyektiv, istərsədə obyektiv məsələlərlə bağlıdır. İstəyirəm mart mövzusunda Sizinlə səmimi söhbət edim. Vaxtınız olsa oxuyarsınız, yaxşı?

İlk əvvəl qeyd etməliyəm ki, bu yazını mart ayının birində deyil, məhz ayın ortalarına yaxın yazmağım (bugün 20 martdır) heç təsadüfi deyil. Bu yeddi günlük tətildə Sizinlə hansısa biznes, marketinq məsələləri üzərində deyil, sırf səmimi düşüncələrim barədə söhbət etmək istəyirəm.

Mart ayının mənə son dərəcə vacib ay olduğunun səbəblərini açıqlamaq üçün bu səbəbləri ümumi olaraq iki hissəyə aid etmək istəyirəm: sırf mənə aid olan səbəblər (subyektiv) və hamıya xas olan səbəblər (obyektiv). Əvvəla başlayaq subyektiv səbəblərdən.

Mart ayının “özəl” olmasının subyektiv səbəbləri

  1. Əlbəttə başlayaq sadə məsələlərdən, mən məhz mart ayında anadan olmuşam. Başqa sözlə desək, mənim ad günüm bu aya düşür. Özüm qoç burcu olaraq, düşünürəm ki, mart ayında olmaq xoşbəxtçilikdir. Bu haqda… sonra danışaram.
  2. Mənim anadan olduğum yerlərdə… mart ayı ən gözəl ayların başında durur. Yevlax martda digər aylardan daha gözəl olur.
  3. Mart ayında mən laaap uşaq vaxtlarımdan şahmat yarışlarında daha çox iştirak edirdim. O vaxtlar şahmat üzrə Azərbaycan çempionatı məhz mart ayında olurdu və bu yarış mənim il boyu oynayacağım xarici yarışların kalendarını təyin edirdi. Bu yarışlar mart ayını mənim gözümdə sırf psixoloji olaraq çox qiymətli edib. İndidə o steoriotiplər qalıb.
  4. Mart ayında mənim ən sevdiyim Bayram – Novruz bayramı olur. Bu mart ayına xüsusi pozitivlik verir. Sizi bilmirəm, amma mən hər zaman Novruz bayramını gözləyirəm (!)

İndi keçək bəzi obyektiv səbəblərə.

  1. Mart ayı biznes üçün ilin ilk ayı hesab edilir. Təsadüfi deyil ki, bir çox qlobal şirkətlər öz rəsmi yeni illərini məhz mart ayından başlayırlar. Məsələn İkea, Media-Markt, Schwarzkopf, Mars və s. qlobal şirkətlərdə kalendar ili yanvarın birindən başlasada, biznes ili məhz martın birindən başlayır. Başqa sözlə desək, mart ayına görə illik hədəflər qoyulur. Real biznesdə olan dostlarımızın çoxu mənimlə razılaşar ki, biznes məhz mart ayından canlanır.
  2. Mart ayında iqlimin dəyişməsi, daha yüngül olması, hamıda çox zaman xoş hisslər yaradır. Bir növ qışdan azad oluruq. Buna görə həm əksər biznes sektorlar canlanır, həmdə işlər daha yaxşı getməyə başlayır.
  3. Mart ayında dünyanın ən vacib və zərif varlıqlarının əziz günü olur – 8 mart – mart ayında olur!) Siz bilirsizdə biznes xanımların əlindədir…
  4. Mart ayı qlobal olaraq yeniliklər ayıdır. Bir çox şirkətlər öz yeni məhsullarını məhz bu ayda prezentasiya etmək istəyir. Təbii ki, burada sırf müştəri psixoloqiyasınında təsiri var. Mart ayında insanlar yeniliyə, dəyişməyə daha çox meyl olur. Bu ay butün marketoloqlar üçün vacibdir.

Düşünürəm ki, Sizində ağlınızda olan hansısa belə aylar var. Açıq deyim, mən bu templə görürəm ki, marta olan sevgim daimi qalacaq.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close