Monthly Archives Mart 2014

Çoxlarımız elə bilirik ki, iş-biznes dünyası kişilər tərəfindən idarə edilir və s. Əslində düz bilirik, amma bir balaca, balaca olduğu qədərdə vacib olan məsələni unuduruq – düzdür, biznes kişilər tərəfindən idarə edilir, amma hər bir addımın motivi qadındır. Başqa sözlə desək, biznesi fiziki olaraq kişilər idarəetsədə… atılan addımların “əmrini” xanımlar verir. Bugün xanımların günüdür və biz bu yazıda onları yalnız təbrik etməyəcəyik…

Özünə hörmət edən, istənilən marketə girin və Siz mütləq yaşıl qutuda Heiniken pivəsi görəcəksiniz. Sektorda ən yüksək səviyyəli distribyusiyaya malik olan brend əslində dünyada vahid brendinq strateqiyasını uğurlu yerinə yetirən əfsanəvi şirkətlərin siyahısındadır. Bu yazıda biz Sizinlə Heiniken brendinin tarixi və marketinq strateqiyası barədə danışmaq istəyirik.

1863-cü ildə Qerard Heiniken tərəfindən qurulan pivə istehsalı, bugün sektorda imperiya olmaqla yanaşı, demək olar ki, ailə biznesi olaraq qalan yeganə transmilli şirkətdir. Şirkətin 51% səhmləri Heineken ailəsinə məxsusdur. Bəlkədə elə bu səbəbdən Heineken brendi yarandığı gündən apardığı strateqiyanı dəyişmir?!

Bu yaxınlarda Kamran Həsənlinin Space kanalında apardığı “Sizin Saat” verilişinin qonağı edim, daha doğrusu qonaq olaraq çağrılmışdım… lakin verilişin gedişatı əsasında hiss etdim ki, mən heçdə “sevilən” qonaq deyiləm. Bu haqda Sizinlə söhbət etmək istəyirəm.

Dünən Marketinq Azərbaycan Qrupu ilə keçirdiyimiz tədbirimizdən sonra, bir məsələyə dahada diqqət etməyə başlamışam. (Tədbir son dərəcə maraqlı keçdi, düşünürəm ki, belə tədbirlər tez-tez olmalıdır!) Biz hansısa bir işi görməmək üçün özümüz üçün çox saylı YOXDULAR tapırıq… amma əslində, məsələyə daha diqqətlə yanaşsaq, görərik ki, hər bir “Yoxdu” əslində “Var” deməkdir. Sadəcə kimlərsə bu “Var”lardan istifadə edib, daha “varlı” kimlərsə, “Yox”lara fokuslanıb, “yoxsul” olur. Bir-az gəliz oldu deyəsən, hə?!

Son vaxtlar iqtisadiyyat, biznes, marketinq, brendinq və ya digər məsələlər barədə daha dərin düşündüyüm zaman, sadə, lakin sadə olduğu qədər düzgün bir məntiqi daha çox dərk etməyə başlayıram. İqtisad elminin (və onunla yaranan butün digər elmlərin) başında məhz Sizinlə söhbət edəcəyim məntiq dayanır və bu məntiqin düzgün başa düşən hər kəs, biznesi düzgün başa düşəcək, məncə belə olacaq. Bilirsiz bu nədir?!

12
Close