image_pdfimage_print

Keçən dəfə menecerlər üçün şəxsi həyatla, biznes karyeranı eyni vaxtda aparılması vacib olduğu barədə danışmışdıq. Hətta xatırlayırsınızsa, bunu  etmək üçün beş prinsip belə tövsiyyə etdik (xatırlamırsınızsa, buyurub yenə oxuya bilərsiniz). Bu dəfə biz Sizinlə şəxsi həyat və biznes karyeranı birlikdə aparmaq üçün lazım olan birinci prinsipdən, daha konkret desək – “Uğur” sözünü təsvir etməkdən danışaceyik.

Layihə fəaliyyətini cari işlərdən fərqləndirən bir xüsusiyyət var (əsas xüsusiyyət) – əgər layihənin konkret şəkildə hədəfi, başlanğıc və son nöqtəsi olmalıdırsa, cari fəaliyyətdə bu belə deyil. Biz düşünürük ki, bizneslə, şəxsi həyat arasında düzgün körpü qurmağın birinci prinsipi özümüz üçün biznes və şəxsi həyatımızda qazanmaq istədiyimiz “uğur” anlayışına aydınlıq gətirməkdir. Bizim üçün uğur nədir?!

Vaxtın və ya ümumi olaraq bizneslə iş arasında olan balansın qorunması üçün biz şəxsi həyatda olan uğurlarla, biznesdə uğur kriteriyalarını ayırmalıyıq. Harward Business apardığı araşdırmalara görə “uğur” anlayışı kişilər və qadınlar üçün tamamiylə fərqlidir. Eyni zamanda araşdırma göstərir ki, bu anlayış dəqiqləşdirilməyəndə, düzgün biznes planlaması demək olar ki, mümkün olmur. Biz daim işləyirik… lakin, niyə və kimin üçün işlədiyimizi bilmirik.

Araşdırmanın Avropanı əhatə etməsinə baxmayaraq bizim reallıqlardada məsələyə baxış əslində deyişmir. Şəxsi və biznes həyatında olan disproporsiyanı yaradan faktorlar əslində eynidir. Unutmaq olmaz ki, iş heç bir zaman bitmir. İş sözü daha çox cari fəaliyyətə bənzəyir. İşi cari fəaliyyət gördükdə isə, həyat həm maraqsız, həmdə rutinləşir. Bu bizə lazım deyil. Axı biz həyatdan həzz almağı bacarmalıyıq.

İstər ailə həyatında, istərsədə biznesdə mütləq etdiklərimizin dəyərləndirilməsi olmalıdır. Bunun üçün isə biz hər bir mərhələ üçün “uğur” sözünü təsvir etməyimiz şərtdir. Özünüz düşünün, hansısa bir işdə çalışırıq (vacib deyil, müzdlü və şəxsi biznesdə) amma konkret nə əldə etmək istədiyimizi bilmirik. Biz niyə çalışırıq? Pula görə… – çox subyektiv yanaşmadır. Cünki pulun bir miqdarı olmalıdır. Belkə statusa görə… subyektivliyə yer yoxdur. Statusda konkret təyin edilməlidir.

Ailədə… biz nə qədər vaxt keçirməliyik… vaxt keçirmək nədir? Biz “divanda” televizora baxmaq üçün evdə olmaq istəyirik, yoxsa övladımız üçün hansısa bir dərsi izah etmək üçün. Bir sözlə nə istədiyimizi bilməliyik. Bunu bilmədən heç bir balansdan söhbət gedə bilməz.

Növbəti yazılarda digər prinsiplər barədə yazacam.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close