image_pdfimage_print

Bu Bayram günlərində Harward Business manager (Deutschland) son nəşrləri oxuyurdum. Sonuncu fevral buraxılışında əlavə kimi bir jurnal sırf menecerlər, biznes adamları üçün ən aktual problemlərindən biri olan: işləyərək həyatdan necə həzz almaq olar sualının üzərində qurulmuşdu. Sizinlə oxuduğum bəzi keynoteları paylaşmaq istəyirəm… kasıbın-olanından!)

İlk əvvəl qeyd etməliyəm ki, bugün cəmiyyətdə bəzi fikirlər formalaşmışdır. Bu fikirlərə əsasən, güclü karyera qurmaq üçün – gecə-gündüz işləmək lazımdır, güclü biznes qurmaq üçün mütləq – öz biznesinin üstündə “yatmalısan” və s. Əlbəttə bu dediklərimizlə razılaşsaq belə nəticəyə gəlmiş olarıq ki, güclü biznesmenlərin şəxsi həyatları olmur və ya karyerasını düşünən adam, ailə həyatında aktiv iştirak edə bilmir. Buna sadəcə vaxtları çatmır. Biz gətiyyən belə düşünmürük!

Hər bir insan ilk əvvəl xoşbəxt olmalıdır. Bu xoşbəxtçilik üçün mütləq qaydada iş və şəxsi həyat arasında balans qurulmalıdır – Work – Life – Balance kimi adlandırılan tendensiya mütləq gözlənilməlidir. Biz bu haqda Sizinlə bir neçə dəfə söhbət etmişik (8+8+8 neçə edir?!). Düşünürük ki, yalnız iş həyatına aksent etməklə heç bir şəkildə uğurlu insan olmaq olmaz.

Tətil günlərində bu sahədə oxuduğum məqalələr və şəxsi təcrübəmə əsaslanaraq düşünürəm ki, işlə (bizneslə) şəxsi həyat arasında düzgün əlaqə qurmaq üçün 5 prinsipin üzərində cəmləşmək şərtdir. Belə etdikdə biznes şəxsi həyatı bizim əlimizdən heç cürə ala bilməz. Mənə belə gəlir. Bu prinsiplər aşağıdakılardır:

  1. “Uğur” sözünü təsvir edin.
  2. Texnolojini idarəedin.
  3. Ətrafınıza fikir verin (kruqdan söhbət gedir).
  4. Birlikdə səyahət edin.
  5. Mütləq şərikli işlər görün.

Əziz oxucu, mən bu mövzuda Sizlərə düşünmək üçün vaxt vermək istəyirəm. İstəyirəm yuxarıda sadaladığım beş prinsipin açılışını bu yazıda deyil, növbəti yazılara saxlayım. Icazə verirsiz?

Dahada artığı… istəyirəm hər bir prinsip üçün ayrıca bir yazı ilə fikirlərimi Sizlərlə bölüşüm. Mən bilirəm ki, bizim bloqun oxucularının ən azı 90% daimi adamlardır. Başqa sözlə desək, hər nə qədərdə “Google qardaş” bizim bloqumuzu ilk axtarış sıralarında çıxarsada, bizi daha çox daimi oxucularımız oxuyur. Əslində bu əladır. Bloqu izləyin mən hər bir prinsip haqqında ayrıca izahat verəcəm. Hələlik Sizlərdən xahiş edirəm, özünüz bu prinsiplər barədə düşünün. Sizin üçün bu nə deməkdir?

Hələlik isə Sizə qeyd etmək istəyirəm ki, şəxsi həyata ciddi fikir vermək şərtdir. Unutmaq olmaz ki, heç bir maddi qazanc və karyera imkanları ailə sevgisinin, yaxınlarımızla daha çox vaxt keçirməyin üstündə ola bilməz, olmalıda deyil.

Hər birimizin həyatı anlardan ibarətdir. Bu anların qədrini bilməz, işlə istirahət arasında ortaqlıq tapmaq çox vacibdir. Mən düşünürəm ki, gördüyün işdən həzz almaq balansın qorunması üçün vacibdir. Belə olduqda çətin işləri belə sadə yollarla həll etmək mümkün olur.

Əziz oxucu, yuxarıda sadaladığım beş prinsiplər barədə, düşüncələrinizi gözləyirəm. Bura yaza bilərsiniz. Tezliklə mən hər bir prinsip barədə bloq-postlar yazacam.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. Ailə səadəti çox önəmlidir. Amma bu bir həqiqətdir ki,böyük işlərin adamlarının ailələrinə sərf edəcək çox da vaxtı olmur…Bu bədbəxtçilik deyil,sadəcə biraz fərqli yaşam tərzidir məncə. :)

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close