image_pdfimage_print

Dünən Marketinq Azərbaycan Qrupu ilə keçirdiyimiz tədbirimizdən sonra, bir məsələyə dahada diqqət etməyə başlamışam. (Tədbir son dərəcə maraqlı keçdi, düşünürəm ki, belə tədbirlər tez-tez olmalıdır!) Biz hansısa bir işi görməmək üçün özümüz üçün çox saylı YOXDULAR tapırıq… amma əslində, məsələyə daha diqqətlə yanaşsaq, görərik ki, hər bir “Yoxdu” əslində “Var” deməkdir. Sadəcə kimlərsə bu “Var”lardan istifadə edib, daha “varlı” kimlərsə, “Yox”lara fokuslanıb, “yoxsul” olur. Bir-az gəliz oldu deyəsən, hə?!

Yazıya başlamazdan gəlin ilk əvvəl “Yox” anlayışına aydınlıq gətirək. Muasir dövrdə “Yox” dedikdə biz, yetərincə olmamaq mənasını çatdırmaq istəyirik. Başqa sözlə desək, muasir “Yox” əslində “Azdır” sözünün sinonimi səviyəsindədir. Bəs “Azdır” nədir? Azdır – imkan deməkdir. Diqqət edin:

  • Vaxtımız az olanda, hansısa işi daha səmərəli, effektiv işləməyə başlayırıq. Kifayət qədər vaxt olanda 1 saata edəcəyimiz işi, biz “Zeitnot”da daha tez və effektiv edirik. “Zeitnot”da beynimiz daha yaxşı işləyir;
  • Hansısa bir zəif büdcəli brendin reklamları daha kreativ və effektiv olur. Marketinq büdcəsi çox olan brendin, işləri standartlaşır, çünki marketoloqun büdcəsi çox olanda, yaradıcı düşüncəsi azalır(!);
  • Bazar balacalaşanda (bazar olmayanda), proseslərə diqqət dahada artır, şirkət öz biznesini daha sistematik qurur. Nəticədə işin düzgün təşkili nəticəsində rentabellik daha yuxarı olur. Əksinə bazar inkişaf edəndə, şirkətlərin rentabellik dərəcələri aşağı düşür və s.

Başqa sözlə desək, əslində bizim eşitdiyimiz hər bir “Yox”dular, rahatlıqla “Var”a çevirərək böyüm imkanlar əldə etmək olar. Ətrafımıza “Yox”duları yığıb, öz imkanlarımız azaltmaq bizə lazımdırmı?! Mənə lazım deyil (!), bilirəm Sizədə lazım olmaz.

Gillette Hindistan bazarına girəndə, “maliyyəçilər” bunu ağılsızlıq hesab edirdlər. Onlar deyirdilər ki, brendin gücü distribyusiyadadır. Hindistanda isə güclü distribyusiya qurmaq üçün böyük investitsiyalar və vaxt lazımdır. Paralel olaraq hindistanda Gillettin bazarı “YOX”dur və bu bazara qoyulan investitsiyalar səmərəsizdir. Brend bunları dinləmədi və Hindistan bazarında mübarizəyə başladı. Nəticədə bugün hamının “Yox” dediyi bazar, Gillette brendinin inkişafı üçün əsas corafi istiqamətdir.

Karolina Valiant Sədərəkdə xəz qaleriyası quranda, hamı düşünürdü ki, şirkət batacaq. Axı xəz bazarı Sədərəkdə “YOX”dur. Nəticədə brend sübut etdi ki, “YOX”ları, “VAR”dövlətə çevirmək olar! Bugün şirkət Azərbaycanda ən mənfəətli işləyən pərakəndəçilərdən biridir (özlərinə qismət!).

German Studio-nı yaratdığımız zaman, bizim ətrafımızda çox saylı “YOX”lar var edi. Azərbaycan lüks mətbəx bazarı “YOX”dur, bu iş pul tələb edir bizim pulumuz “YOX”dur, bu işdə tanışlıq lazımdır bizim tanışımız “YOX”dur və s. və ilaxir. Biz düşündük ki, bu “YOX”ları VAR-a çevirə bilərik. Qurban olduğumuza min şükür, bugün işlərimiz düşündüyümüz kimidir. Hərəkət etdiyimiz zaman, bir çox “YOX”lar, “VAR”-a keçə bilir.

Marketinq AİR təlimlərinə başladığımız zaman, bir çox adamlar Azərbaycan dilində təlim bazarının “YOX”luğunu deyirdi. Bizdə düşündük ki, əgər birinci təlimə gələn olmasa, biyabır olmayaq deyə, qohumları (dost-tanışı) gətirərik, xərcləridə cibimizdən verərək… təki deyilməsin ki, adam gəlmədi… (niyə yalan deyim, belə qorxumuz var edi)) Nəticə tam əksinə oldu, biz “YOX” bazarı “Var”-a çevirə bildik. Bugün biz artıq 200-ə qədər dostumuza Marketinq AİR diplomu vermişik və keçirdiyimiz butün AİR-ərdə “anşlaq” olur! Bu arada AİR demişkən növbəti kursumuz sabahdan başlayır!!!

Biz bölgələrdə, o vaxt üçün son dərəcə bahalı hesab edilən icarə qiymətlərinə girərək, mağazalar açanda hamı bizə deyirdi ki, bazar “YOX”dur. Biz bir daha “Yox” bazardan “Var” çıxara bildik. Çünki biz etdiklərimizə inanırdıq və nəyisinsə olmadığını düşündükdə, daha əzmlə çalışmağa məcbur olurduq. “Yox” bizi daha səmərəli çalışmağa stimullaşdırırdı.

Əziz oxucu, hesab edirik ki, bizim ətrafımızda olan hər bir “YOX” haqqında dərindən düşünmək lazımdır.

Əgər Siz çalışdığınız şirkətdə marketinq aktivliyi etmək istəyirsinizsə və bunun üçün büdcəniz “Yox”dursa, bir daha düşünün, əlavə imkanlara baxın. Əminəm nesə tapacaqsınız.

Siz yeni biznes qurmaq istəyirsiniz, bunun üçün ideyanız, pulunuz, day-dayınız yoxdursa… bir daha düşünün, imkanlarınızı aşkarlayın. Əminəm nesə tapacaqsınız.

Hər birinizə “Yox”ları, “Var”lara çevirməyi arzulayıram!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

2 Comments

  1. Optimist olmaqda da yarar var.Bezen ugur sadece shans ishi olur yeni neyise kor-korane de sadece inaniram deyib gormek olmaz.Meselen yeni qurulmush startuplarin fail olmasinin esas sebebleri ozlerine hedsiz guvendir mence diger deyishenleri nezere almadan bazara atilirlar ve ugursuzluga ducar olurlar.

  2. Optimizm o zaman realism ve pesimizm arasinda risk i daha cox nezere alib ve onun esasinda hereket etmekdir, nezeri alsaqki bundan boyle ne dunyanin iqtisadi nede sosiolji veziyyet evvelki kimi mukemmeleshecek ona gore de risklerin olculmesi ve lazimi tedbirlerin gorulmesi zeruriyyeti yaranacaq, buna gorede hamini Optimist olmaga cagiriram :)

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close