Monthly Archives Aprel 2014

Dünyada ən güclü və mükəmməl sistem qurmuş şirkətlər haqqında danışdığımız zaman, təbii ki, McDonalds burada özünə xas yeri var. Əlbəttə burda qeyri-adi heçnə yoxdur. Dünyaya FastFood məntiqini öyrədən şirkət mükəmməl və dəqiqliklə hazırlanmış biznes prosesləri hesabını gündən-günə dahada güclənir. Bəs Sizcə McDonalds sirləri nədədir?

İstər blorqumuza gələn çox saylı məktublar, istərsədə ətrafımızda yeni biznes açmaq istəyən dostlarla söhbətlər zamanı: “Mən öz biznesimi necə başlaya bilərəm?” və ya “Şəxsi biznesə sahib olmaq üçün ideyanı hardan tapmaq olar?” kimi suallarla rastlaşıram. Şəxsi biznes təcrübəm və məsləhət verdiyim şirkətlərin nümunələri əsasında sözü gedən istiqamətdə gəldiyim nəticələr barədə Sizinlə bölüşmək istəyirəm.

Muasir şəraitdə biznes adamının ən böyük problemi əlbəttə vaxtla əlaqəli olan məsələlərdir. Biz öz fikrimizdə qalaraq bir daha qeyd etməliyik ki, uğurlu iş adamı olmaq üçün ailə dəyərləri və ya ailəyə kifayət qədər vaxt ayırmaq lazımdır. Mütləq qaydada iş və şəxsi həyat arasında bir balans, bir sistem olmalıdır. Bu yazıda biz silsilə şəklində yazdığımız Work Life Balance istiqamətində olan növbəti yazımızı Sizinlə bölüşmək istəyirik.

Son vaxtlar bir məsələyə diqqət edirəm. Gündən-günə şahidi oluram ki, dünyada baş verən prosesləri (bizim göz önümüzdə olan proseslərdən söhbət gedir) kimlərsə sadəcə baxır… kimlərsə bu proseslərdə nələrsə görə bilir, nəticələr çıxarırlar. Əslində görməklə baxmaq arasında çox ciddi fərqlər var. Bu fərqlər sahibkar üçün həyatı əhəmiyyət kəsb edir. Özünüz düşünün…

Bugünlərdə evə ən tez gəldiyimiz vaxt saat 23:00 olur. Tək mən deyil, istər Rafiq müəllim, istər Anar müəllim, istərsədə Milli Marketinq Forumunun təşkilatı komissiyasında digər dostlarımız həqiqətəndə böyük əmək sərf edirlər. Bu təbiidir. Biz Milli Marketinq Forumunu keçən ildə keçirdiyimiz tədbirdən daha üst səviyyədə keçirməyi planlayırıq. Bunun yeganə yolu keçən ilə nisbətən daha çox işləmək, daha çox əziyyət çəkmək, daha çox düşünmək və daha çox resurslar sərf etməkdən keçir. Ölkə Marketoloqlarını bir araya yığmaq, Azərbaycanda marketinqi daha çox inkişaf etdirmək və dolayı yollada olsa ölkəmizə xidmət etməkdən gözəl nə ola bilər!? Təbii ki, Sizdədə sual yaranır: Biz bu resursları harda əldə edirik və ya Milli Marketinq Forumu necə keçirilir. İcazə versəniz, bu haqda Sizinlə səmimiyyət etmək istəyirəm.

Daha əvvəl bir neçə dəfə balaca yaşlarında “alverçi” olmaq istəyim barədə Sizinlə səthi olsada danışmışdım. Bu dəfə Sizə bəlkədə heç vaxt 4-5 nəfərdən çox adama danışmadığım… və həyatımda heeeç vaxt xatırlamaq istəmədiyim bir hadisə barədə danışmaq istəyirəm. Bu hadisədə əslində yumor hiss edilsədə mənim gələcək düşüncə tərzim, xarakterim və biznes baxışlarımın formalaşması üçün son dərəcə əhəmiyyətli rol oynayıb. İnanıram ki, Sizdə bunu oxuyub həm güləcək, həmdə gələcək biznes karyeranız üçün nesə əldə etmiş olacaqsınız. AMMA və LAKİN əvvəlcədən bir xahişim var: “Hadisəyə görə mənə çox gülməyin, yaxşı!?”. Əgər cavabınız “OK”sa davamını oxuyun!)

Mobil internet bugün bizim həyatımızı, unsiyyət vasitəmizi tam dəyişmiş durumdadır. Özünüz düşünün, bugün insanlar GSM operatorlarının xidmətlərindən daha çox internet üçün istifadə edirlər. Bu təbiidir. Əminəm ki, çoxlarınız hansısa bir məlumatı SMS, telefon zəngi və ya Skype deyil, WhatsApp-a edirsiz. Amma dünyada bu sahədə daha rentabelli bir brend var. Bu brend Yapon mesendjer proqramı LİNE-dır. İki il ərzində brend 300 mln. auditoriyaya çatması ilə yanaşı 2013-cü ilin nəticələrinə görə 338 mln. dollar xalis gəlir əldə etmişdir. Müqayisə üçün deyim ki, WhatsApp illik mənfəəti cəmi 20 mln. olmuşdur. Bəs Sizcə LİNE brendinin uğuru nədədir? Necə olur ki, WhatsApp “yuxusunda” görmədiyi mənfəəti yapon brendi rahatlıqla əldə edir?! 

Reklamdanda göründüyü kimi, LİNE iddia edir ki, onun təklif etdiyi stikerlər vasitəsi ilə dünyada vahid və hamının rahat başa düşüləcəyi dil meydana gəlir. Heç kimə ingilis, alman və ya rus dili bilmək lazım deyil. Əvəzində LİNE stikerlərini başa düşün. Yetər. Yetərmi?!)

Work – Life – Balance haqqında yazdığımız silsilə yazılardan növbətisini Sizinlə bölüşmək istəyirəm. İlk yazıda biz şəxsi və iş həyatı arasında proporsiyanı (balansı) düzgün qurmaq üçün beş vacib amilə diqqət yetirməli olduğumuzu demişdik. İkinci yazıda bu amillərdən biri olan istər şəxsi, istərsədə biznesdə “uğur” anlayışının dəqiqləşdirilməsinin vacibliyindən danışdıq. Bu yazıda biz texnoloji amilinin həyatımıza müsbət və mənfi tərəflərindən danışmaq istəyirik.

Dünən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK və ya ВАК) mənə axır ki, PhD və ya Fəlsəfə Elmləri dokturu adını verdi, keçmiş sistemlə İqtisad Elmləri Namizədi adını rəsmi şəkildə diplomla təsdiq etdi. Sağ olsunlar. Dissertasiyamızı təxminən bir il bundan əvvəl etsəkdə (işimiz isə 2 il əvvəl müdafiyə edilsədə…), diplomumuzu indi aldıq, amma yənədə əlbəttə, çox sevinirəm. Bir növ diplom bizim yazdığımız dissertasiya mövzusunu rəsmi şəkildə təsdiqləyir, bir növ biz rəsmi şəkildə “alim” hesab edilirik və s. Mən bugünə qədər alimlik dissertasiya mövzum və PhD olmaq haqqında Sizinlə fikirlərimi heeeç bölüşməmişdim. Bu yazıda istədim “alimlik”, “akademik karyera”, “Fəlsəfə dokturu” haqqında olan fikirlərimi Sizinlə müzakirə edim. Vaxtınız olsa mütləq oxuyun.

İkinci Milli Marketinq Forumunun əsas mesajı belə oldu – “TREND OVUNDA”. Beləliklə artıq MMF2014 konsepsiyası müəyyən olunub. Söz verirəm ki, bu dəfə keçirəcəyimiz Forum sözün həqəqi mənasında Azərbaycanda marketinq bazarında olan trendləri ortaya qoya biləcək. Bunun üçün biz çox çalışırıq. Nə gizlədim… yenədə mən heçnə etmirəm, yenədə hamıdan az işləyən, kömək edən mənəm. AMMA istəyirəm, bloqumuzun oxucularını hazırlıq prosesi barədə məlumat verim. Qoy birinci onlar bilsin.

Əziz dostlar, oxucularımız! Bloqumuzda çox saylı biznes və marketinqlə bağlı olan sual e-maillər gəlir. Butün bunları nəzərə alaraq istəyirik ki, bu yazıda bizə verilən əsas məlumat verici sualların cavablarını yazı ilə Sizlərə təqdim edim. İlk əvvəl qeyd etməliyəm ki, son 3 ayda bloqumuzun oxucu sayında ciddi artım müşahidə olunur. Bu artımın səbəblərini hər halda Siz bilərsiniz... AMMA mənim bildiyim və…

12
Close