image_pdfimage_print

Son vaxtlar bir məsələyə diqqət edirəm. Gündən-günə şahidi oluram ki, dünyada baş verən prosesləri (bizim göz önümüzdə olan proseslərdən söhbət gedir) kimlərsə sadəcə baxır… kimlərsə bu proseslərdə nələrsə görə bilir, nəticələr çıxarırlar. Əslində görməklə baxmaq arasında çox ciddi fərqlər var. Bu fərqlər sahibkar üçün həyatı əhəmiyyət kəsb edir. Özünüz düşünün…

Hansısa bir şirkətdə orta menecer səviyyəsində işləyən adamla, öz biznesi quran adam arasında ciddi düşüncə fərqi var. Mən bir neçə dəfə özüm hiss etmişdim ki, uğurlu bizneslərin yaradılma mərhələsində çoxları ideyanın səhv olduğunu iddia edir. Bu haqda Sizinlə söhbət etmişdik. Bunun səbəbi çox sadədir – sahibkarın gördüyü həqiqətlərə biz sadəcə baxırıq.

Sahibkarlar hər zaman adi vətandaşdan bir neçə addım öndə olurlar. Onlar bazarda olan yeni imkanları doğru görə bilirlər. Eyni tendensiya digər peşə sahiblərində menecerlərdə, şirkət rəhbərlərindədə olur. Bəs Sizcə hamının baxdığı məsələlərdə, nəyisə görə bilmə qabiliyyəti necə yarana bilər?

İlk əvvəl hesab edirəm ki, hər şeyin məsələyə yanaşmadan asılıdır. “Olmaz”, “düzgün deyil”, “filankəs etdi… alınmadı” kimi sözləri biz tamamiylə unutmalıyıq. Bu sözlər bizim ətrafımızda lazımsız steoriotiplər, sərhədlər yaradır. Daha sonra biz bu sərhədlərin aşılması üçün çoxlu əmək və vaxt sərf edirik. Bu bizi uğurdan uzaqlaşdırır. Çalışaq ki, ətrafımızda olan hər şeyin mövcud olmasına şans verək. Ən azı bizim düşüncəmizdə bu reallıq kimi görünsün.

İkinci vacib məsələ ətrafdan bizə tərəf yönlənən ideyaları dinləmək və ya informasiyanı düzgün emal edə bilmək qabiliyyətidir. Hal-hazırda bizim ətrafımızda çoxlu informasiya, biznes qaynaqları var. Hamı nesə etmək istəyir. Hamı nesə düşünür, hamı nesə düşündüyünü yazır. İnformasiya inanılmaz dərəcədə çox, çox olduğu qədərdə faydasız informasiya payı çoxdur. Dahi insanlar, hamının baxdığında nələrisə görən insanlar, mütləq düzgün qərarlar verə bilməlidirlər. Onlar informasiyanı düzgün filtirdən keçirməlidirlər. İnformasiya kiminsə əlində silah, kiminsə əlində faydasız bir şey ola bilər.

Biz düşünürük ki, hamının baxdığında nələrisə görmək üçün vacib üçüncü xususiyyət bir-birləri ilə əlaqəsi olmayan məsələlərdə vahid xəttin qurulmasıdır. Həqiqət istiqaməti və ya xaosda olan sistemi bilmək üçün yüksək dunya görüşünə malik olmaq lazımdır. Bu baxımdan hesab edirəm ki, sahibkarlar mütləq qaydada çox gəzməli və imkan daxilində daha çox biznes kitablar oxumalıdır. Belə olduqda biz müxtəlif mövqeydə olan obyektlər arasında ümumi olan dəyərləri tapa bilirik. Bu çox vacibdir.

Əminəm ki, bugün ölkəmizdə biznes üçün çox ciddi imkanlar var. Bu imkanları görmək, vaxtında dəyərləndirmək şərtdir. Biznesdə dəyişmə, daim yenilikləri təqib etmə əsas inkişaf istiqamətidir. Bu dəyişmələri etmək üçün əlbəttə kimlərində baxdığında nələri görmək lazımdır.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close