image_pdfimage_print

İstər blorqumuza gələn çox saylı məktublar, istərsədə ətrafımızda yeni biznes açmaq istəyən dostlarla söhbətlər zamanı: “Mən öz biznesimi necə başlaya bilərəm?” və ya “Şəxsi biznesə sahib olmaq üçün ideyanı hardan tapmaq olar?” kimi suallarla rastlaşıram. Şəxsi biznes təcrübəm və məsləhət verdiyim şirkətlərin nümunələri əsasında sözü gedən istiqamətdə gəldiyim nəticələr barədə Sizinlə bölüşmək istəyirəm. İlk əvvəl qeyd etmək istəyirəm ki, biznes qurmağın birinci yolu başlamaqdan keçir. Hərəkət uğurlu biznes qurmağın birinci yoludur. Nəyəsə nail olmaq üçün mütləq nələrisə etmək lazımdır. Evdə oturub boş-boş xəyal qurmaqla biznesə sahib olmaq olmaz, olmayacaqda! Biz hesab edirik ki, birinci biznesin kapital tutumu az, əmək tutumu çox olmalıdır. Başqa sözlə desək, əgər Siz həyatınızda ilk dəfə bizneslə məşğul olursunuzsa, açacağınız biznesə lazım olan maddi investitsiya minimum səviyyədə olmalıdır. Siz elə tipli biznes tapmalısız. Yoxsa birinci biznes üçün kredit almağa dəyməz. Məsələn, mənim ilk biznesim üçün lazım olan ilkin investitsiya cəmi-cümlətəni 500 dollar olub. Əvəzində biznes özümün şəxs olaraq ciddi fiziki və vaxt resurslarımı tələb edib. Mən maddi investitsiya az, vaxt – intelektual investitsiyanı daha çox qoymuşam. Növbəti açdığım butün bizneslərdə eyni şey tam əksinə dəyişib. Artıq pul çox, vaxt az tələb edən işlərdə qura bilmişəm. Səbəbə nədir? Səbəbi odur ki, birinci qurduğumuz iş, bizi daha sonra açılacaq bizneslərə həm maddi, həmdə mənəvi cəhətdən hazırlayır. Ümumi olaraq yeni açılan biznes üçün ideya tapmağın iki əsas yolu var: xüsusi biliklərdən istifadə etmək və “qaşınan” yerə yönəlmək. Bunları mən heç bir kitabdan oxumamışam. Sadəcə öz qurduğum bizneslərdən əldə etdiyim nəticələri Sizinlə bölüşürəm. Bəlkədə yolları çoxdur, bəlkədə dediklərim tam doğru deyil… amma hələlik bu iki yolu bilirəm, bunları görmüşəm. Ətraflı müzakirə edək.

  1. Xüsusi biliklərdən istifadə etmək. Mən öz qurduğum bizneslərin ideyasını məhz bu yolla tapmışam. İdeya son dərəcə bəsit meydana gəlmişdi. Bilirdim ki, filankəslər bunu belə edir, bu qədər qazanır, deməli mən filankəslərdəndə yaxşı edib ən azı bu qədər qazana bilərəm. İlk baxışdan bəsit görünsədə… əslində mükəmməl işləyir. Çalışdığım sektorla bağlı kifayət qədər dərin informasiya (bilik deyil, informasiya) malik edim. Bazarda hansı tendensiyaların necə getdiyini və bu tendensiyalarda istifadə yollarını aydın təsəvvür edə bilirdim. Bunun nəticəsində ilk biznesi çalışdığım sektorda qurdum. Bu mənə çox asand oldu. Həm mən hamının 10 manata edəcəyi şeyləri, 1 manata etdirə bilirdim (çünki bu sektorda olan hamını tanıyırdım), həmdə biznesin risklərini minimuma endirdim (çünki nəyin necə olacağını bilirdim). 
  2. Qaşınan yerə yönəlmək. Bu metodu mən şəxsən özüm tətbiq etməsəmdə ətrafımda olan yaxın dostlarımın necə etdiyini canlı şahidi olmuşam. Məsələn, düşünün ki, Sizin övladınıza hansısa xüsusi bir hazırlıq kursu lazımdır. Siz hər yerə gedirsiz… və heç cürə dediyiniz xidməti tapa bilmirsiz. Sizin real olaraq ehtiyacınız “qaşınır”, amma “qaşımaq” üçün vasitə yoxdur. Deməli burda diqqətli olsaq mükəmməl biznes modellər çıxa bilər. Hamımızda var. Hamımız belə şeylər görürük. Amma kimlərsə buna yönəlib biznes qurur, kimlərsə isə sadəcə “yatır”. Mən inanıram ki, Siz bu bloquda yatmaq üçün oxumursunuz, düzdürmü? Cavab “Hə”sə… xahiş edirəm indidən “qaşınan” yerinizi müəyyən edin. Alınacaq. Söz verirəm alınacaq. Siz başlayın!

Açığı bəlkədə sadə görünən bu iki məsələyə diqqət yetirməklə kifayət qədər güclü və rasional səviyyədə olan bizneslər qurmaq olar. Bunun yerinə necə olur?

  • Mənə bir ideya ver… məntiqi ilə qurulan bizneslərdə əlbəttə “tükdən asılı olur”. Səbəb Sizin bildiyinizdir. Əgər Sizin konkret sahə biliyi və “qaşınan” yeriniz yoxdursa qurulan biznesin risklilik dərəcəsi bir daha artır. Tövsiyyə veriləcək metod deyil. Çünki kimin verdiyi ideya heç vaxt Sizin ola bilməz. Siz axı özünüz üçün biznes düşünürsüz düzdür?!
  • Filankəs belə edir… məntiqi ilə yeni biznes ideya açılır və 99% hallarda uğursuz olur. Çünki biznes sahibi yaratdığı biznesin əsas drayverlərini qavraya bilmir. Qavraması üçün vaxt lazımdır, vaxt puldur. Yeni biznes açanın isə pulu heç vaxt olmur, normal vəziyyətlərdə olmur!)
  • Mənim supppper ideyam var… məntiqi ilə yeni biznes açılır və məlum olur ki, ideya əslində hamıda var. Sadəcə kimlərsə bunu ciddi bilik bazasında aparır, kimlərsə isə “səs-küyə” gedir. Əlbəttə belə məntiqlə olan bizneslərin uğurlu olma şansı son dərəcə aşağıdır.

Hesab edirəm ki, ilk qurulan bizneslərdə ən düzgün prinsip məhz dərinliyə çox getmədən işin icrasında fokuslanmaqdır. Sizi əmin edirəm, heç bir güclü şirkət, heç bir güclü sahibkar ilk qurduğu biznesdə dahiyana konsepsiya, dəhşətli ideya hesabına irəli getməyib. İlk biznes spontan yolla, ikinci və ya növbəti biznes inkişafı düzgün riyazi yollarla baş verir. Başqa sözlə desək: “Karvan yolda düzələr” prinsipi ilk qurulan işlər üçün mükəmməl işləyir. Çox düşünməyin, sadəcə başlayın. Karvan yolda düzələcək!) ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close