image_pdfimage_print

Daha əvvəl bir neçə dəfə balaca yaşlarında “alverçi” olmaq istəyim barədə Sizinlə səthi olsada danışmışdım. Bu dəfə Sizə bəlkədə heç vaxt 4-5 nəfərdən çox adama danışmadığım… və həyatımda heeeç vaxt xatırlamaq istəmədiyim bir hadisə barədə danışmaq istəyirəm. Bu hadisədə əslində yumor hiss edilsədə mənim gələcək düşüncə tərzim, xarakterim və biznes baxışlarımın formalaşması üçün son dərəcə əhəmiyyətli rol oynayıb. İnanıram ki, Sizdə bunu oxuyub həm güləcək, həmdə gələcək biznes karyeranız üçün nesə əldə etmiş olacaqsınız. AMMA və LAKİN əvvəlcədən bir xahişim var: “Hadisəyə görə mənə çox gülməyin, yaxşı!?”. Əgər cavabınız “OK”sa davamını oxuyun!)

Deməli Sizə danışım, bu “yaxınlarda olan” əhvalatı. Orta məktəbdə oxuyurdum. Yevlaxda. 15 nömrəli məktəbdə. Sinif yoldaşlarım içərisində bir məhsul var edi ki, hamımız onu istəyirdik – saqqız. Hamılıqla saqqız xəsətəsi edik. Amma əsas prinsip saqqız çeynemək yox, məhz saqqıq kağızları edi. Bizim küçədə bir saqqız satan var edi. Onda olan saqqızlarda çox maraqlı maşın şəkilləri çıxırdı. Uşaqlar məndə bu şəkilləri görüb “həsəd” aparırdı. Təbii ki, mənim ağlıma bir fikir gəldi. Nə fikir?! Düzdür. Saqqız satmaq fikri.

Nə başınızı ağrıdın bir həftə pul yığdım. Mənə gündəlik verilən pulu xərcləmədim və əvəzində xeyli saqqız alacaq qədər (xeyli dediyim olsun, 10 dənə, maksimum) pul yığdım. Yaxşı indi artıq “biznes” üçün “investitsiya” var edi. Yerdə qalırdı reallaşdırmaq. Necə edim? Evdən hansı adla çıxa bilərəm? Saqqız aldıqdan sonra evə necə gələcəm? Saqqızları harda gizlədəcəm? Əslində bu balaca uşaq üçün son dərəcə çətin cavablandırılacaq suallar edi.

Axır ki, evdə uyğun vaxt tapıb qonşumuza gedə bildim və 10 dənə saqqız aldım. Sevincimin həddi-hüdudu yox edi. Tam səmimi deyirəm. İndi ki, kimi yadımdadır. Elə bilirdim “uje vseeee-eee” məndən varlı adam olmayacaq. Saqqızların üstünə 100% “rentabellik” qoymuşdum!)

Məktəb açılanda mən cibimdə saqqızlar, beynimdə xəyallar, ürəyimdə sevinc dolu edim. Axı bugün mən satış edib, özümün ilk pulumu qazanacaqdım və ən əsası bunu müstəqil, evdəkilərə demədin edirdim!). Birinci dərsin “peremenası” olan kimi, düşdüm sinifin canına. Dedim ay bala, super saqqız var, niyə almırsız?!)

Sinif yoldaşlarım (bu arada oxuyanlara salamlar!), saqqız almağa tələsmirdi… onlar birinci saqqız baha olmasını, sonra dadsız, daha sonra isə ən vacibi saqqız kağızının maraqsızlığından danışdılar. Hər şey son dərəcə pis edi. Bu azmış kimi, ikinci dərsdə mənim “biznesimə” növbəti zərbə dəydi. Müəllimə bildi ki, mən “acizanə” saqqız satıram. O vaxt cib telefonları yox edi. Ona görə müəllimə axşama qədər valideynlərimə demədi… amma, bu axşama qədər edi. Çox yox!)

Buna baxmayaraq 10 saqqızdan yalnız birini sata bildim. Onuda istədiyim qiymətə deyil, demək olar ki, aldığım qiymətə. Kor-peşman evə döndüm. Əlbəttə evdə olan söz-söhbətdən sonra mən birdə heç vaxt “alver” etməmək qərarına gəldim… “heç vaxt” yəni təhsilimi bitirənə qədər!))

Buna baxmayaraq bu saqqız söhbəti mənim uşaq yaddaşımda bəzi vacib, vacib olduğu qədərdə əhəmiyyətli vərdişlər formalaşdıra bildi. Bunlar aşağıdakılardır:

  1. Satmaq biznesdə ən vacib funksiyadır. Mən sadəcə satışı bacarmırdım. Utanırdım. Alınmırdı məndə. Amma bizim məktəbdə çoxlu saqqız satan uşaqlar var edi. Onlardan hamı alırdı. Hətta onların valideynləridə dalaşmırdı. Satmağı bilmədən heç bir işdə uğur qazanmaq olmur. Satışı bilməyən adamın, biznes qurması böyük təhlükədir.
  2. Səhv etmək gözəldir. Mən o vaxt səhv etməsəydi, gözüm daha çox qorxa bilərdi. Bugün mən o vaxt buraxdığım saqqız səhvini görə daha böyük işlərdən çəkinmirəm – yumşaq desək gördüyüm işlər saqqız biznesindən daha böyükdür. Məndə düzgün imunitet formalaşıb. Heç bir uğursuzluqdan qorxmuram. Məndə rahat və sərbəst qərar vermə xasiyyəti formalaşıb.
  3. Övladlarımızı aktivliyə görə danlamaq olmaz. Mən nə saqqız misalında, nədə daha böyük olan taxılçılıqda evdəkilər (valideynlərim) tərəfindən danlanmadım. Sadəcə onlar bunun səhv olduğunu mənə hiss etdirdilər. Buna görə mənim gözüm qorxmadı. Bu mənə ən böyüm MBA aldığım təhsildən və ya PhD-nədi ondan çox şey öyrətmi. Ovladlarımıza imkan verək. Qoy səhv etsinlər. Qorxaqlıqdan qorxmaq lazımdır. Bu superdi!).
  4. Hər deyilən şeyə inanmayın. Bu dərs gələcəkdə mənə şahmat üzrə Azərbaycan çempionu olmağıma çox kömək etdi. Mən şahmatda mənə qurulan “tələlərə” çox gec inanırdım. Steoritip anlayışı yox edi. Hər bir gedişi dəfələrlə düşünürdüm. İndidə,  eyni şeyi biznesdə, marketinqdə etməyə çalışıram. Tam düşünməmiş az qala nəfəsdə almıram!)

Düşünürəm ki, Sizlərin həyatında çoxlu mənfi biznes startlar olub. Belə olmasa uğurlu start eləmək çox çətin olur.

P.S. Sata bilmədiyim saqqızları özüm çeyniyəsi oldum!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

3 Comments

  1. Müellim yaxşı investisya elemisiz eslinde,sadece olaraq burda evvelceden gerek Sinif Araşdırması aparaydız)))

  2. indi bu yazini oxudum aglima yungul bir biznes fikri geldi..cox sagolun muellim ilham qaynagi oldugunuz ucun))

  3. ELA :) cox maraqli idi

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close