image_pdfimage_print

Mobil internet bugün bizim həyatımızı, unsiyyət vasitəmizi tam dəyişmiş durumdadır. Özünüz düşünün, bugün insanlar GSM operatorlarının xidmətlərindən daha çox internet üçün istifadə edirlər. Bu təbiidir. Əminəm ki, çoxlarınız hansısa bir məlumatı SMS, telefon zəngi və ya Skype deyil, WhatsApp-a edirsiz. Amma dünyada bu sahədə daha rentabelli bir brend var. Bu brend Yapon mesendjer proqramı LİNE-dır. İki il ərzində brend 300 mln. auditoriyaya çatması ilə yanaşı 2013-cü ilin nəticələrinə görə 338 mln. dollar xalis gəlir əldə etmişdir. Müqayisə üçün deyim ki, WhatsApp illik mənfəəti cəmi 20 mln. olmuşdur. Bəs Sizcə LİNE brendinin uğuru nədədir? Necə olur ki, WhatsApp “yuxusunda” görmədiyi mənfəəti yapon brendi rahatlıqla əldə edir?! 

Reklamdanda göründüyü kimi, LİNE iddia edir ki, onun təklif etdiyi stikerlər vasitəsi ilə dünyada vahid və hamının rahat başa düşüləcəyi dil meydana gəlir. Heç kimə ingilis, alman və ya rus dili bilmək lazım deyil. Əvəzində LİNE stikerlərini başa düşün. Yetər. Yetərmi?!)

İlk əvvəl qeyd etməliyəm ki, bu internet brendlə mən çoxtan maraqlanıram. Yaponiyada, Çində, Koreyada ciddi istifadə edilən brend hələlik post-sovet ölkələri və Avropada tam tanınmış deyil. Bu o deməkdir ki, brendin ciddi inkişaf istiqaməti və potensialı var. WhatsApp fərqli olaraq LİNE dəqiq biznes modeli işlənilmişdi. Başqa sözlə desək şirkət pulun konkret olaraq hardan qazanılacağını dəqiq bilir və bir geniş “fəlsəfə” yaratmış vəziyyətdədir. LİNE pulu 3 əsas istiqamətdən qazanır.

  1. Stiker satışı. Bu əslində brend üçün yalnız pul qazanmaq yeri kimi deyil, butövlükdə identifikasiya və ya brend imic formasındadır. Necə?! Brend “ikonlar” hazırlayır. Bu ikonlar insanların hisslərini çatdırmaq üçün idealdır. Necə ki, bugün “))” – gülüş, “((” – kədər və s. anlamına gəlir, eləcədə LİNE hazırladığı stikerlər insan hisslərini daha aydın formada çatdırılmasına xidmət edir. Düşünün ki, bugün LİNE bazasında 10 000 çox stiker var. Bu stikerlərin bir hissəsi pulla satılır. Bu istiqamətdə brend nəyin ki, pul qazanır, həmçinin ciddi planlar qurur. Bu ay “Секрет фирмы” jurnalında brendin direktoru “Gələcəkdə insanlar yalnız stikerlə yazışacaq” deyə maraqlı açıqlamasını oxudum. Düşünə bilirsiz? Artıq butün insanlar qlobal olaraq bir-birlərini başa düşən dil formalaşa bilər. Mobil stikerlər. LİNE stikerləri.
  2. LİNE GAME və ya oyun satışı. Bu istiqamət brendin növbəti gəlir mənbəyidir. Məntiq çox sadədir. LİNE yalnız adı mesendjer funksiyasında deyil, onunla müxtəlif oyunlar yükləmək olar. Bu oyunların içərisində hansısa bir əlavə funksiyalar və ya oyunların özü pul, gəlir mənbəyidir. 2014-cü ilin mart ayında (yanı ən yeni statistikaya görə) 285 mln. çox dəfə yüklənmişdir. Bu brend üçün əlavə gəlir mənbəyidir.
  3. LİNE marketinq aləti kimi. Brendin üçüncü gəlir gətirmə mənbəyi məhz reklamdır. Amma bu istiqamətdədə brend fərqli konsepsiya ortaya qoya bilib. Qlobal brendlər LİNE-da istifadə üçün özlərinin stikerlərini yaradırlar. Bu pullu xidmətdir. Bir növ brendlər öz brend mesajlarını daha sistemli çatdırmaq üçün, stikerlərdən istifadə edirlər. Xatırladıram ki, bu istiqamətdə hal-hazırda brendə ən az pul gətirən bir istiqamət olsada gələcəyi çox perkspektivli görünür.

LİNE brendini digər rəqiblərindən fərqləndirən növbəti faktor xəbər lentasının hazırlanmasıdır. Şərti Facebook, Linkedin və s. kimi LİNE özünün xəbər paylaşma sistemi mövcuddur. Bu brendi onlayn bazarda daha cazibədar edir. Belkə bunu görə LİNE brendinin 2013-cü ilin dördüncü kvartalında gəlir artımı 450% olmuşdur!?

Sonda bir məsələnidə deyim. Düşünürəm ki, tezliklə internetin inkişafı bizim həyatımızı daha “maraqlı” edəcək. Yaxın 5 ildə cib telefonu ilə yemək hazırlamaq, soyuducuya nesə qoymaq və ya evin temperaturasını tənzimləmək uzaqda deyil. Bu haqda növbəti bloqlarda…

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. Whatsapp ilə müqayisədə bir az tələskənliyə yol verilib. Whatsapp hazırda gəlir götürmə mərhələsini yaşamır, o məntiqlə götürsək 2009-cu ildə mənim ayda 100$ gəlir götürən ünsiyyət saytım facebook-dan daha uğurlu idi, çünki o zaman facebook-un illik gəliri sıfır idi :) Təbii ki fb özü qaçırdı gəlirdən həmin dövrdə. Whatsapp da həmçinin, məqsədləri dünyanı bürümək, ödəniş haqqını ödəməyi asanlaşdırmaq və nəhayət pul yığmağa başlamaq. Hansının daha uğurlu olması göz önündədir, whatsapp dünya üzrə yarım milyarda yaxın daimi aktiv istifadəçiyə sahib, line isə konkret lokal ərazilərdə populyarlıq qazanmış xeyli kiçik bir layihə. Hazırda bu bazarda əsas məsələ default messenger adını qazanmaqdır. Line gücündə Viber, Wechat, Skype, Fb messenger və.s. də var, amma Whatsapp tək app-dır ki bütün rəqiblərindən bir neçə addım irəlidədir.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close