image_pdfimage_print

Dünyada ən güclü və mükəmməl sistem qurmuş şirkətlər haqqında danışdığımız zaman, təbii ki, McDonalds burada özünə xas yeri var. Əlbəttə burda qeyri-adi heçnə yoxdur. Dünyaya FastFood məntiqini öyrədən şirkət mükəmməl və dəqiqliklə hazırlanmış biznes prosesləri hesabını gündən-günə dahada güclənir. Bəs Sizcə McDonalds sirləri nədədir?

Butün dünya üzrə bəlkədə ən çox tənqid edilən qida satılan yer olmasına baxmayaraq biz yənədə McDonalds-a gedirik, biz yənədə ordan nesə alırıq. Hətta sırf brendinq nöqtəyi nəzərdən baxsaq, şirkətin son dərəcə güclü və bənzərsin brend strateqiyası var. İstər taninma, istər mövqeylənmə, istərsədə sevilmə göstəricilərinə görə McDonalds qibtə ediləcək brendlərdəndir.

Sizinlə bu istiqamətdə bir neçə dəfə danışmağımız kimi, düzgün biznesin təşkili üçün vacib üç amil var: məhsul, bazar və resurs. Qəlin McDonaldsın bu istiqamətlərdə nələr etdiyini təhlil edək.

Məhsul. Ana məhsul kimi hesab edilən BiqMac, kartoflar bir-başa olaraq xaricdən gətirilir. Burada söhbət əlbəttə Azərbaycandan  getmir. Bizdə McDonalds ümumiyyətlə demək olar ki, hər şeyi xaricdən gətirir. Məsələn, Rusiyada McDonalds istifadə etdiyi xammalın 80% daxili, bazar 20% yerli bazar hesabını ödəyir. Bununla belə McDonalds demək olar ki, dünya üzrə birdənədə olsun fabriki yoxdur. Butün istehsal autsorsinq edilir!

Bazar. Şirkətin ana bazar seqmenti minimum vaxt itirməklə qarın doldurmaq olsada, bugün McDonalds apardığı ardıcıl və sistemli marketinq fəaliyyəti nəticəsində gənclərin və uşaqların ən çox sevdiyi restoranlar siyahısına qaldırıb. Bununla şirkət öz bazarını dadada genişləndirə bilik. Yalnız işə tələsən və tez yemək yeyib qaçan adamlar üçün deyil, həmdə uşaqların sevdiyi yer kimi bazar formalaşdıra bilib.

Resurslar. Şirkətin biznes məntiqində son dərəcə sərt qənayət məntiqi var. Təhcizatçılarla işin optimallaşdırılması nəticəsində “sürüdən qazanmaq” məntiqi şirkət xərcləri xeyli aşağı salır. Digər bir xərc azaltma yolu işçilərdir. Restoranda işçilərin 70% qədəri tələbələrdir. Bununla brend öz xərclərini, saat hesabı iş qrafiki ilə dahada aşağı sala bilib. McDonalds restoranlarında qlobal olaraq həmkərlardan imtina edilmişdir. Buna icazə verilmir. İş karyerada inkişaf kimi mövqeyləndirilir. Əmək vaxtı iş həftəsinin 90% qədər olur. Bununlada McDonalds işçi xərclərindədə ciddi qənayətlər edə bilir.

Yuxarıda sadaladıqlarımdan başqa McDonalds brendinə xas olan bir neçə məsələrlə var ki, mən onların Sizinlə bölüşmək istəyirəm. Adlarını çəkəcəyim məsələlər McDonalds biznes proseslərinin daha mükəmməl olmasından xəbər verir.

  1. Texnoloji yeniliklər və know-howlar. Bunu şirkət hər il və kifayət qədər böyük büdcələrlə edir. Hər il McDonalds menyusundan eyni məhsulun hazırlanmaları üçün yeni texnoloqiyalar, reseptlər hazırlanır.
  2. Məhsulun keyfiyyəti. Biz hər nə qədərdə keyfiyyətsizlikdən danışsaqda, şirkətin keyfiyyətə nəzarət sistemi dünyanın ən mükəmməllərdindir. Məntiq çox sadədir, keyfiyyətə təsir edilən butün məsələlər üzərində ciddi işlər gedir.
  3. Lokallaşmış marketinq. McDonaldsda qlobal şirkətlərlə çalışmaq bəyənilmir. Brend öz reklam şirkətini yalnız yerli adamlar arasından seçir. Bu müştərilərlə brend arasında ola biləcək uyğunsuzluqların qarşısını alır.
  4. Korporativ akademiya. McDonalds restoran sektorunda özünə məxsus universitetinin olduğu ilk şirkətdir. Bu təhsil ucağında şirkət əməkdaşları üçün ciddi təhsil sistemi mövcuddur. Özlərini kadr yetişdirirlər.
  5. Amerika mənsubiyyətinə aksent. McDonalds ilk şirkətlərdəndir ki, sistemli şəkildə öz kommunikasiyalarında Amerikanın bir üzü, vizit kartası kimi tanıdıb.

Biz düşünürük ki, McDonalds brendindən, şirkətin biznes proseslərindən öyrənəcək çox şey var. Şərt yalnız restoranlar… qətiyyən! Biznes məşğul olan hər kəs McDonalds-da çox saylı ideya qaynağı var.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close