image_pdfimage_print

Bugün istər Azərbaycanda, istərsədə digər ölkələrdə sektorlarında lider olmuş brendlərin vahib “dərdi” var – mənfi tanıdılma. Brendlər bazarda lider olduqdan sonra müştərilər brend haqqında mənfi fikir yürütməyə başlayırlar. Bu təbiidir. Təbiidir, çünki insanlar hər zaman daha çox istifadə etdikləri brendlər haqqında şahələrə inanırlar. Coca-Cola brendi bu problemi aradan qaldırmaq üçün Türkiyyədə sosial şəbəkələr üzərində son dərəcə effektiv bir kampaniya həyata keçirib. #MerakEttim haştaqını istifadə edərək Cola bizə maraqlı məqamları göstərir.

Videodandan göründüyü kimi, YouTube vasitəsi ilə brend insanlara öz həqiqətlərini çatdırır. Maraqlı məqam burasındadır ki, Coca-Cola bu strateqiya ilə yalnız özünün əsas problemlərini daha inandırıcı və səmimi formada çatıdırır. Belə kommunikasiya bugün 100minlik büdcələrdən daha inandırıcı və təsirediricidir. Siczə bunun səbəbi nədir?

Diqqət edin: danışan butün işçilər Coca-Colada çalışmaqları ilə yanaşı son dərəcə səmimi və təbii formada cavablar verirlər. Həmçinin roliklərdə verilən cavablar lakonik və bir-başadır. Ən uzun rolik 1,5 dəqiqədəndə ibarətdir ki, bunun Coca-Cola insanlara yorulmadan videolara baxmaq şansı verir.

Düşünürəm ki, yerli brendlərimiz bugün bu strateqiyadan mütləq istifadə etməlidir. Özümüzdən “velosiped” çıxarmayaq. Adamlar bizim yerimizə düşünüb. Niyə bizim Embawoodlar, bizim Vita1000-ər, bizim FAB boyalar, bizim Azersunlar belə kampaniyalar etmir?! İnanın ki, belə kampaniyalara strateji olaraq ehtiyyac yaşayırlar. Bugün yerli istehsala inansızlığım qırılma yolları məhz bu tipli düşünülmüş kampaniyalardır.

Bugün müştərilərlə ən rahat və effektiv kommunikasiya vasitəsi qeyri-reklam alətləridir. Bu alətləri bizə əlbəttə, sosial media açır. Düşünürəm ki, yeni mediya kanallarının gücündən istifadə etmək lazımdır. Bundan istifadə yolu isə gətiyyən Facebook-a “boş-boş” “like” yığmaqdan keçmir. Sosial şəbəkələrdən istifadə brendə həqiqi dəyiri məhz qeyri-reklam kimi istifadə edildikdə verir.

Məsələn, Azgranatanın kampaniyası bunun bariz nümunəsdir. Kampaniyanın əsas uğuru məhz xanımlardan tərəfindən qeyri-reklam vasitəsi kimi paylaşılması oldu. Bu baxımdan sosial şəbəkələrdə həqiqətən insanları məmnun edən kontentin yaradılması vacibdir.

Coca-Cola brendinin növbəti super aksiyası əlbəttə ideal qlokallaşdırma keysi ola bilər. Bu haqda əlavə ayrı bloq yazmaqda olar. Amma mən bloq yazmıram sadəcə dostlarımıza buna diqqət etməyə çağırıram. Videonu Sizə təqdim edirəm. Cola bir vaxtlar McDonalds kimi öz adını işlədiyi ölkəyə hörmət olaraq dəyişir. Necə dəyərlər qlobal düşün, lokal hərəkət elə!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close