image_pdfimage_print

Bugünlərdə evə ən tez gəldiyimiz vaxt saat 23:00 olur. Tək mən deyil, istər Rafiq müəllim, istər Anar müəllim, istərsədə Milli Marketinq Forumunun təşkilatı komissiyasında digər dostlarımız həqiqətəndə böyük əmək sərf edirlər. Bu təbiidir. Biz Milli Marketinq Forumunu keçən ildə keçirdiyimiz tədbirdən daha üst səviyyədə keçirməyi planlayırıq. Bunun yeganə yolu keçən ilə nisbətən daha çox işləmək, daha çox əziyyət çəkmək, daha çox düşünmək və daha çox resurslar sərf etməkdən keçir. Ölkə Marketoloqlarını bir araya yığmaq, Azərbaycanda marketinqi daha çox inkişaf etdirmək və dolayı yollada olsa ölkəmizə xidmət etməkdən gözəl nə ola bilər!? Təbii ki, Sizdədə sual yaranır: Biz bu resursları harda əldə edirik və ya Milli Marketinq Forumu necə keçirilir. İcazə versəniz, bu haqda Sizinlə səmimiyyət etmək istəyirəm.İstənilən uğurlu fəaliyyətin pərdə arxasında son dərəcə ciddi insan əməyi yatır. Milli Marketinq Forumunun təşkilatında maraqlı məqam burasındadır ki, təşkilatçıların hər biri son dərəcə məşğul və ya belə demək mümkünsə “başlarını qaşımağa” vaxtları olmayan adamlardılar. Özünüz tanıyırsız. İçlərində ən az işi olan mənəm (!)

Tədbir keçirmiş dostlarımız bunu həqiqətəndə bilir, amma mən yenədə deyim. İnsanları bir araya yığmaq, onlarla konkret mövzu istiqamətində intelektual diskusiya təşkil etmək, çox çətin bir işdir. Bu həm vaxt, həmdə ciddi maliyyə resursları tələb edilir. Əlbəttə çoxlarınız bunu konkret şəkildə bilirsiz (görürsüz), amma mən bir daha qeyd edim ki, bizim ölkədə Marketinqin inkişafı üçün atdığımız butün addımlar, istər Marketinq AİR təlimləri, istər Facemark saytı, istər onlayn Marketinq televiziyası (FMR TV), istərsədə Milli Marketinq Forumu tamamiylə qeyri-biznes layihələridir. Biz bu fəaliyyətdə nəyin ki, maddi gəlir əldə etmirik, hətta biz bu iş üçün ciddi maliyyə qoyuruq. Bu resursları biz hardan əldə edirik?

Bizim tədbirlərimizin birinci resurs qaynağı təbii ki, bizim öz gəlirlərimizin bir hissəsidir. Biz qazandığımız butün pulları sırf marketinq hesabına, daha konkret desək marketinq biliklərimizin hesabına əldə etmişik. Bugün sahib olduğumuz bizneslərdə, dostların menecer olaraq çalışdığı şirkətlərdə bizim yardımçımız yalnız və yalnız marketinq biliklərimiz olub. Təbii ki, biz özümüzə borc bilirik ki, ölkə gəncləridə bu sahəni bilsin. Buna görə marketinqə investitsiya qoyuruq. Qoyduğumuz butün maliyyə və vaxt resurslarımızı halal edirik. Ölkə marketinqi cüzidə olsada bu aktivliklərdən xeyr görürsə, bu superdir!!!

Etdiyimiz tədbirlərin digər resurs qaynağı əlbəttə dostlarımız, bizə yardım edən digər marketoloq və biznes adamlarıdır. Biz qətiyyən onları sponsor adlandırmırıq. Bu adamlar sadəcə biz gördüyümüz işləri dəstəkləyirlər. Bu adamlar öz köməkləri ilə Azərbaycan marketinqinə, ölkə iqtisadiyyatının güclənməsinə dəstək olurlar. Elə dostlarımız çoxdur. Necə ki, bundan əvvəl bizim tədbirlərimizdə köməklik ediblər, eləcədə bu dəfədə çox kömək edirlər. Əminəm dahada çox kömək edəcəklər. Sağ olsunlar. Sağ olun!!!

Bizim tədbirlərin üçüncü və son dərəcə vacib (kəmiyyət olaraq deyil, keyfiyyət olaraq vacib) resurs istiqaməti əlbəttə keçirdiyimiz tədbirlərdə olan iştirakçılardır. Bir növ bu dostlar bizim xidmətlərdən istifadə edirlər və bizə dəstək olurlar. Bu kütlə hər tədbirdən tədbirə dahada çoxalır. Bu o deməkdir ki, biz düz yoldayıq. Bu bizi çox sevindirir. Bu ölkədə marketinqə olan marağın bariz nümunəsidir. Bu əladr.

Bu üç əsas resurs qaynağından başqa bizim dördüncü bir qaynağımız var. Bu qaynaq bizə qeyri-maddi resurslarla təmin edir. Bu Sizin bizə verdiyiniz dəyərdir. Mən hansısa bir şirkətə getdikdə “İlkin müəllim biz Sizi tanıyırıq…. və s.” kimi sözlər eşidirəm. Marketinq AİR, Milli Marketinq Forumu, bloqlarımız, Facemark və ya digər aktivliklərimizi Siz təriflədikcə bizim qeyri-maddi qaynaqlarımız çoxalır. Bunun adı – həvəsdir. Siz bizi işlərə motivasiya edirsiz, həvəs verirsiz. Sağ olun!

Düşünə bilərsiniz ki, niyə biz sponsor axtarmırıq? Əslində bizim tədbirlərimiz sırf biznes reklam yeri nöqtəyi cəhətdən bir çox şirkətlər üçün stratejidir. Məsələn, araşdırmaçı, reklamçı və ya hansısa digər biznes xidmət təklif edən üşün Milli Marketinq Forumundan düzgün seçilmiş bir tədbir ola bilməz. Biz dostlarımıza bu sahədə hər zaman olduğu kimi dəstək verməyə hazırıq.

Əgər onlar Milli Marketinq Forumunda düzgün məhsul təklif etməklə bizneslərini genişləndirə bilərlərsə, buyurun. Təkliflərinizə açığıq. Amma sponsor qismində qətiyyən yox. Bizim tədbirlərdə sponsor olmur bizdə dostlar olur.

Dostlar hər birinizi Milli Marketinq Forumundə gözləyirik. Bu dəfə son dərəcə yaxşı olacaq. Əmin edirəm Sizi. İstər keyslərimiz, istər tətbiq ediləcək müzakirə modelləri. Bir sözlə keçən dəfə ediləcək forumdan butün rasional faktorlar cəhətdən daha üstün edəcəyik. Məsələn,

  • Yalnız praktika, minimum 30 biznes keys. Milli brendlərimiz haqqında
  • İki gün, 28 Cinemada. Maksimum networkinq imkanları. Bilirsizdə kruq necə vacibdir?!
  • Yalnız marketinq biliyi deyil, həmçinin intelektual mühitdə əsl istirahət.
  • Ölkədə olan aparıcı marketoloqlarla tanışlıqla yanaşı, onlarla bir-başa sual vermək imkanları və s.

Təbii ki, forum müddətində kofe-breyk və gunorta yeməkləri tam ödənişsiz formada təklif ediləcək. Bir sözlə mükəmməl olması üçün hər şeyi edirik!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. İnsanları bir araya yığmaq, onlarla konkret mövzu istiqamətində intelektual diskusiya təşkil etmək, çox çətin bir işdir.

    Bu cumleni cox beyendim.

    Yeni heqiqet coxdur raziyam.

    Ugurlar size!!!

    Hormetle, Narinc Quliyeva

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close