image_pdfimage_print

Dünən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK və ya ВАК) mənə axır ki, PhD və ya Fəlsəfə Elmləri dokturu adını verdi, keçmiş sistemlə İqtisad Elmləri Namizədi adını rəsmi şəkildə diplomla təsdiq etdi. Sağ olsunlar. Dissertasiyamızı təxminən bir il bundan əvvəl etsəkdə (işimiz isə 2 il əvvəl müdafiyə edilsədə…), diplomumuzu indi aldıq, amma yənədə əlbəttə, çox sevinirəm. Bir növ diplom bizim yazdığımız dissertasiya mövzusunu rəsmi şəkildə təsdiqləyir, bir növ biz rəsmi şəkildə “alim” hesab edilirik və s. Mən bugünə qədər alimlik dissertasiya mövzum və PhD olmaq haqqında Sizinlə fikirlərimi heeeç bölüşməmişdim. Bu yazıda istədim “alimlik”, “akademik karyera”, “Fəlsəfə dokturu” haqqında olan fikirlərimi Sizinlə müzakirə edim. Vaxtınız olsa mütləq oxuyun.

Əvvəlcə qeyd edim ki, dissertasiya mövzum “Emal sənaye müəssisələrinin marketinq strateqiyası əsasında inkişaf etdirilməsi (Mebel istehsalının timsalında)” edi. Məni tanıyanlar bilir ki, mənim bir başa iş fəaliyyətim yazdığım mövzu ilə əlaqəli edi. Biz post-sovet ölkələrinin ən böyük mebel şirkətinin Marketinq blokunun rəhbəri edik. Necə deyərlər mövzu “yümşaq” desək mənim vəziyyətimə uyğun edi. Mən dissertasiya mövzusundan həzz alırdım. Çünki gündəlik həyatda etdiklərimi akademik nöqteyi nəzərdən təhlil edirdik, yeniliklər edirdik və bu yeniliklərə çalışdığım şirkətdə tətbig edirdik. Buda azmış kimi, mənim mebel sektorunda iki fərqli seqmentdə şəxsi biznesim olduğundan bu mənə əlavə biliklər verirdi.

Cəmi bir ilə mövzumuz tam hazır edi. Mövzularımıza aid 14 məqalə (elmi məqalə), 2 il ərzində dərc edilmişdi. Butün minimum imtahanlarım “əla” qiymətlə verilmişdi. Bir sözlə iş hazır edi.

Dissertasiya mövzusunda etdiyimiz yenilikləri Siemens AG (Siemensin mərkəzi ofisinə) göndərdik. İşim az, enerjimiz çox edi. Təsadüfən bu yeniliklər Almanların xoşuna gəldi və bizim mövzuya stipendiya ayrıldı. Siemensə gedib dissertasiya mövzumuza uyğun praktika keçdik. Dissetasiya mövzusunun tətbigini təsdiqləyən sənəd aldıq. Bu super edi. Biz yeganə Azərbaycan dissertasiyası edik ki, Siemens aprabasiya almışdır. Sevinirdim!) Sevinirəm!)

Dissertasiya… əziz oxucu, burda dissertasiya haqqında yazmaq istəmədiyimi bildirmək istəyirəm. Niyə? Çünki mənim dissertasiya biznes praktikam olmasaydı… heç bir əhəmiyyəti olmayacaqdı. Düzdür… bizim çox hörmətli alimlərimiz… düşünürdü ki, “Dissertasi elmi yeniliyi məhz akademik səviyyədə olmalıdır… və s.” Biz isə belə düşünmürük! Biz düşünürük ki:

  1. Biz düşünürük ki, elm insanlara xidmət etməlidir. Heç bir elm praktiki tətbigi olmadan bizə lazım deyil. Dissertasiya xətrinə – dissertasiya, kitab xətrinə – kitab… KİMƏ lazımdır əzizlərim?! Dünyada olduğu kimi, Azərbaycandan elm biznesə, biznes xalqa (dolayı yolla bu belədir, əmin olun!) xidmət etməlidir. Elm gəliz danışmaq deyillll!)
  2. Biz düşünürük ki, dissertasiya yazmaq üçün mütləq mövzu üzrə təcrübəyə malik olmalısan. Mənim maqisturaturanı bitirib… doktoranturaya girən dostlarımıza qarşı münasibətim çox pisdir. İş (Biznes) təcrübə olmadan dissertasiya yazmaq olmaz. Dissertasiyanız səhv olacaq… və ya heç kimə lazım olmayacaq. Praktika, praktika, praktika sonra… bir-az nəzəriyyə. AMMA bir-az xahiş edirəm əksinə etməyək!)
  3. Biz düşünürük ki, dissertasiyalar innovativ olmadır. Başqa sözlə desək, ixtiranın biznes tətbigi göstərilməlidir. Dissertasiya bitdikdən sonra konkret ixtira və bu ixtiranın tətbigi görülməlidir. Yoxsa… “Fillər mənim dostumdur, çünki Hindistanda bu belədir…” kimi tezlər heç kimə lazım deyil!)
  4. Biz düşünürük ki, marketinq, biznes sahəsində dissertasiya etmək üçün mütləq və mütləq real sektorda təcrübə lazımdır. Bu olmadan dissertasiya “çiy” olur. Obrazlı danışsaq… necə ki, oğlanlara əsgər getmək lazımdır… əsgərə getməyən adamların həyat təcrübəsi az olur. Eləcədə biznesdən dissertasiya yazan heç olmasa hansısa şirkətdə işləməlidir. Öz bisnesi olsa daha yaxşı olar.

Əziz oxucular, əziz akademik karyera quran dostlarımız. Sizlərdən xahiş edirəm… real biznesdə olun. Sizin praktikanız olmasa yazdıqlarınız “havada” qalacaq. Heç kimə lazım olmayacaq. Biz axı heç kimə lazım olmayan bir şey etmək istəmirik, düzdür?!)

Deyə bilərsiniz: “VAK-a olanlar Sizin kimi düşünmür, Dissertasiya şürası elə düşünmür və s.”. Məndə deyirəm: “Mənim dediklərim gələcəkdir. Bugünlə yaşamaq olmaz. Onlarda biz dediklərimizə gələcək. İqtisad Universitetində və ya Azərbaycan təhsilində olan dəyişikliklər bunun bariz nümunəsidir!”

PhD diplomu bizə heçnə vermir. Ad?! Kimə lazımdır o ad, əgər biz o ada layiq deyliksə, düzdür? Layiq olmaq üçün, real sektoru hiss etmək lazımdır.

Bir sözlə praktika olmadan… biznesdə PhD boş şeydir!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close