Monthly Archives Aprel 2014

Bugün istər Azərbaycanda, istərsədə digər ölkələrdə sektorlarında lider olmuş brendlərin vahib “dərdi” var – mənfi tanıdılma. Brendlər bazarda lider olduqdan sonra müştərilər brend haqqında mənfi fikir yürütməyə başlayırlar. Bu təbiidir. Təbiidir, çünki insanlar hər zaman daha çox istifadə etdikləri brendlər haqqında şahələrə inanırlar. Coca-Cola brendi bu problemi aradan qaldırmaq üçün Türkiyyədə sosial şəbəkələr üzərində son dərəcə effektiv bir kampaniya həyata keçirib. #MerakEttim haştaqını istifadə edərək Cola bizə maraqlı məqamları göstərir.

Videodandan göründüyü kimi, YouTube vasitəsi ilə brend insanlara öz həqiqətlərini çatdırır. Maraqlı məqam burasındadır ki, Coca-Cola bu strateqiya ilə yalnız özünün əsas problemlərini daha inandırıcı və səmimi formada çatıdırır. Belə kommunikasiya bugün 100minlik büdcələrdən daha inandırıcı və təsirediricidir. Siczə bunun səbəbi nədir?

Necə ki, həkimə getdiyimiz zaman hər şey diaqnozdan başlayır, eləcədə biznesdə hansısa məsələnin həlli düzgün qoyulan diaqnozdan sonra təyin edilə bilər. Təyin edilməlidir. Çox maraqlıdır… bu qədər sadə və hamı tərəfindən başa düşülən həqiqətlər bəzən bir çox marketinq kampaniyalarında yaddan çıxır və ya hansısa biznes gərarı tamamiylə diaqnoz qoyulmadan icra edilir. Əlbəttə, bu yolla biz doğru gərarlar verə bilmərik.

12
Close