image_pdfimage_print

Work – Life – Balance haqqında yazdığımız silsilə yazılardan növbətisini Sizinlə bölüşmək istəyirəm. İlk yazıda biz şəxsi və iş həyatı arasında proporsiyanı (balansı) düzgün qurmaq üçün beş vacib amilə diqqət yetirməli olduğumuzu demişdik. İkinci yazıda bu amillərdən biri olan istər şəxsi, istərsədə biznesdə “uğur” anlayışının dəqiqləşdirilməsinin vacibliyindən danışdıq. Bu yazıda biz texnoloji amilinin həyatımıza müsbət və mənfi tərəflərindən danışmaq istəyirik.

Aparılan araşdırmalara görə cib telefonlarında e-mail, sosial şəbəkələrdən aktiv istifadə edən şəxslər ailə, dostları ilə keçirdikləri vaxt son derəcə “keyfiyyətsiz” formada keçir. Başqa sözlə desək, Harward Busisness Manager apardığı araşdırmalara görə menecerlər ailələri ilə vaxt keçirdikləri zaman belə, fikirləri hansısa işlərdə olur. Belə demək mümkünsə texnoloji menecerləri idarəedir.

İş adamlarının şəxsi həyatlarına daha az vaxt sərf etmələrinin birinci səbəblərindən biri, işə verdikləri vaxtla, özlərini sərf etdikləri arasında olan sərhədin olmamasıdır. SMS-ər, e-maillər və ya hansısa digər amillər bu sərhədləri tamamiylə aradan qaldırır. Təsadüfi deyil ki, Avropada iş vaxtından sonra iş telefonları söndürülür. Hətta mənə elə gəlir ki, belə etməklə işçinin faydalı iş əmsalı daha yüxarı olur. Necə?

Qeyd etmək istəyirəm ki, əgər iş adamının, menecerin şəxsi həyatında problem varsa, bu mütləq qaydada onun biznesinədə yansıyacaq. Onun effektivliyi aşağı düşəcək. Şəxsi həyatı düzgün planlamaq üçün əlbəttə buna vaxt ayırmaq lazımdır. Bunun üçün işçi özünə aid vaxtı, özünə xərcləməlidir. Qətiyyən əksinə yox.

Sizi bilmirəm, amma mən xaricdə olduğum zaman, yüksək tonla hansısa bir biznes məsələsini müzakirə edən adam göründə onun böyük ehtimalla Azərbaycanlı olduğunu düşünürəm… Bilirsiz, mən 99% haqlı oluram. Bunun səbəbi sadədir. Biz hətta istirahətdə olduğumuz vaxt belə, beynimizdə işləyirik. Məndə eləyəm və bu son dərəcə pisdir.

Bu yaxında bir alman partnyorumuz Azərbaycana gəlmişdi. Onunla dialoq zamanı, alman iş adamlarının iş qrafikini söruşdum. Sizədə təqdim edirəm.

  • Səhər 06:30 yuxudan durur;
  • 07:30 işə başlayır. İş vaxtı yemək fasiləsinə cəmi 45 dəq. ayırır.
  • 17:00 iş bitir. Amma o hər zaman, ən azı 30 dəq. işdə yubanır (təsəvvür edin, alman belə işdə yubanır).
  • Evə gedir. Evə getdikdə heç bir şəkildə iş telefonunu açıq saxlamır (səbəbini bilirsiz).

Əziz oxucu, məsələ burasındadır ki, istər maddi qazancı, istər faydalı iş əmsalı, istərsədə şəxsi həyatının maraqlı olması orta statistik Azərbaycan menecerindən daha yaxşıdır… və ən əsası, o bizdən daha məsuldar işləyir. Hətta telefonu söndürsədə belə, bizim “səhərə” qədər telefonla danışanlarımızdan daha yaxşı nəticələr göstərir.

Biz hesab edirik ki, texnolojinin bizə yaratdığı imkanlardan düzgün istifadə edib, vaxtımızı işimizi optimallaşdırmalıyıq. Amma qətiyyən texnolojinin “əsirinə” çevrilməli deyilik. Hətta bəlkədə, işdən sonra, iş telefonun bağlanması haqda düşünməyə dəyər. Heç bir şəkildə 8-8-8 prinsipini pozmaq olmaz. Əksinə olduğu halda bizim uzunmüddətli perspektivdə iş qabiliyyətimiz aşağı düşə bilər.

Son bir məsələnidə Sizlərə demək istəyirəm. Dünyanın bir çox beynalxalq şirkətində olmuş biri kimi, deyə bilərəm ki, hal-hazırda Azərbaycan menecerlərinin işi son dərəcə qeyri-məsuldardır. Menecer işə ən azı gündə 8 saat, həftədə isə 40 saat verməli olduğu halda realda bu belə deyil. Daha azdır. Ola bilər ki, menecer fiziki olaraq işdə hətta 50 saatda qalır həftədə… amma real olaraq işlə məşğul olmur. Düşünürəm ki, ölkə biznesinin inkişafı üçün ən böyük problemlərdən biridə, bizim hələ məsuldar işləməyi bilməməyimizdir. Çox işdə olmaq, çox işləmək deyil!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close