image_pdfimage_print

İkinci Milli Marketinq Forumunun əsas mesajı belə oldu – “TREND OVUNDA”. Beləliklə artıq MMF2014 konsepsiyası müəyyən olunub. Söz verirəm ki, bu dəfə keçirəcəyimiz Forum sözün həqəqi mənasında Azərbaycanda marketinq bazarında olan trendləri ortaya qoya biləcək. Bunun üçün biz çox çalışırıq. Nə gizlədim… yenədə mən heçnə etmirəm, yenədə hamıdan az işləyən, kömək edən mənəm. AMMA istəyirəm, bloqumuzun oxucularını hazırlıq prosesi barədə məlumat verim. Qoy birinci onlar bilsin.

Daha əvvəl qeyd etdiyimiz kimi, Forumda 6 panel və toplam 30 prezentasiya, spiker olacaq. Hər bir spikerin seçimi prosesinə son dərəcə ciddi yanaşmağımız bir yana, hətta seçilən qonaqların sektorlarına belə fikir veririk. İstəyirik bu dəfə bir-birləri ilə rəqib və oxşar problemləri olan spikerlərimiz olsun.

Tədbirimizin keçiriləcəyi yer hal-hazırda tam dəqiqləşməmişdir. Səbəb çox sadədir. İki son dərəcə keyfiyyətli və gözəl yer təklifimiz var. Biz çalışırıq ki, iştirakçılarımız üçün maksimum rahat və gözəl şərait yarada bilək. Bununla yanaşı digər layihələrimiz olduğu kimi, Forumdanda biz gəlir əldə etmək məqsədimiz yoxdur. Olmayacaqda. Məqsədimiz iştirakçılara əlimizdən gələn ən yüksək rahatlığı, ən aşağı qiymətlə təklif etməkdir. Axı biz bilirik ki, qiymətin aşağı olması qətiyyən keyfiyyətin aşağı olması deyil.

Qiymət demişkən bizim, qiymətlər Marketing Kingdomdan bir 10 dəfə (ən azı) ucuz olsada, keyfiyyətimiz və spikerlərimizin hazırlığı son dərəcə yüksək olmasına inanırıq. Hətta biz, keçən il ərzində buraxdığımız, heç bir səhvi bu il təkrarlamaq istəmirik. Hər bir spiker dəqiq şəkildə bilir: “Bizim təbbirlərdə su az, ət çox olmalıdır!”. Bu baxımdan biz elə bir qiymətqoyma etməliyik ki, həm artıq tələb yaranmasın… həmdə zalımız dolsun. Təkrar edirəm. Heç bir şəkildə söhbət biznes yanaşmasından getmir. Biz sadəcə işimizi düz görməyə çalışmalıyıq.

Forumun konseptinin məhz “Trend ovunda” olması əslində bir kreativ məhsulu və ya təsadüf deyil. Biz düşünürük ki, forumda Azərbaycan marketinqində olan əsas trendlər barədə danışaceyik. Spikerlərimiz sözü gedən mövzu üzrə hazırlıqlar aparacaq. Biz aydın konseptli və son dərəcə maraqlı forum etmək üçün, trend axtarışında olmalıyıq. Nəyin ki, axtarışında… biz özümüz trendlər yaratmalıyıq. Necə ki, biz MMF2014 bunu etmək istəyirik. Necə ki, biz bunu keçən il edə bildik, necə ki, biz Marketinq AİR təlimləri edirik.

Əlbəttə forum keçirmək üçün çox saylı maliyyə və vaxt resurslarımız olmalıdır. Biz bu məsələni hal-hazırda tam öz resurslarımızla edirik. Dostlarımız, marketinq sevənlər öz köməklərini əsirgəmirlər… AMMA. Amma təbii olaraq: Onlar və Bunlar söhbəti var.

AMMA necə deyərlər: “В семье не без УРОДОВ”. Bizim yerli “marketoloqkimilərin” içərisindədə belə “УРОДлар” var. Bəzən telefon zənglərində… “Foruuumda kimlər olacaq?!”, “Filankəs gəlsə mən gələ bilmərəm” (dərt budur ki, o dediyi “filankəs” bu “məmmədkəsdən” 100dəfə daha güclü, büdcəli və savadlıdır!), “Mən filan mövzuda danışmaq istəyirəm…” və s. kimi mənasız sözlər eşidirik. Adama deyərlər: “Filankəsdən sənə nə?! Sən gəl və öz iştirakınla, danışdığın sözlərlə səviyyəni bir daha göstərdə!”. Neysə… Bu sözlər bizə necə təsir edir?!

Sizə səmimi deyim, bu sözlər bizi işə daha əzmlə yanaşmağa sövq edir. Yaxşı ki, bu “урод”-ar var. Onlar olmasa bizdə Azərbaycan marketinq icmasını düzəltməyə həvəs qalmaz. Heç bəlkədə onda, Marketinq AİR, FMR TV, Facemark və ya Milli Marketinq Forumuda olmaz. Belə düşünürəm, bu bloqda onda lazım deyil. AMMA. Sağ olsunlar ki, vardılar. Ən azı neqativdə olsa sağlıqlarını göstərirlər!)) Bizim ayağımız qazdadır!

Bizim marketinq ailəsini əlbəttə, “красавчик”ləri daha çoxdur. Bunlar bizim forumuzda öz bilikləri, üstün zəkaları, praktikaları ilə öz sözlərini deyəcəklər. Biz bu dostlarımıza çox inanırıq. Biz inanırıq ki, marketoloqlar çıxışdan deyil – susmaqdan qorxur. Biz inanırıq ki, marketoloqlar riskdən deyil – risk etməməkdən qorxur və s.

Əziz dostlar Sizləri 29-30 may (iki gün) Azərbaycanın ən böyük marketinq tədbiri olan Milli Marketinq Forumunda görməyə səbirsizlənirəm. Necə deyərlər… “Xeyal deyil, gerçək” olduğunu sübüt etməliyik. Hazırsınızmı?

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close