image_pdfimage_print

Son günlərdə öz vaxt idarəedilməsində bir neçə dəyişikliklər etmişəm. Hesab edirəm ki, bunun nəticəsində vaxtımı və dolayı yolla imkanlarımı dahada genişləndirəcəm. İstəyirəm dəyərli bloq oxucuları bunu bilsin.

Sizdə bilirsiz ki, hansısa məsələdə dəyişiklik etmək üçün ilk əvvəl problemin diaqnostikası lazımdır. Mən vaxtımın hansı lazımsız yerlərə getdiyini təhlil etdikdək sonra 3 ana vaxt “vampirini” tapdım. İndi ciddi şəkildə bu “vanpirlərin” üzərində işləyirəm. Bunlar hansılardır?

  1. “Lazımsız” kateqoriyasına aid olanlar.
  2. “Darıxanlar” kateqoriyasına aid olalar.
  3. “Mən nə edim” kateqoriyasına aid olanlar.

LAZIMSIZ kateqoriyası. Bu tip adamlar dayanmadan zəng edir, daha dəhşətlisi… artıq bu Facebook, WhatsApp səviyyəsinə düşüb. Deyə bilirsiniz ki: “Niyə bu adamlar lazımsız kateqoriyasını düşüb?”. Səbəb çox sadədir. Onlarla danışırsan və hiss edirsən ki, onlar özləri belə nə istədiyini əslində bilmir. Onlar heç nə lazım deyil, sadəcə nəyəsə görə danışmaq, görüşmək istəyir.

İlk əvvəl bu tip “dostlarımızın” zənglərini imkan daxilində az cavab verirəm. Heç bir şəkildə Facebook-a “çatı” açmıram. Sosial şəbəkəyə günün təyin edilmiş vaxtlarında vaxt ayırıram. Kimsə mənə yazanda görürəm… amma buna cavabı yalnız konkret vaxtlarda edirəm.

DARIXANLAR kateqoriyası. Çox gəliz və başa düşülməz adamlar olurlar. Onlar sadəcə darıxırlar və hesab edirlər ki, hamı darıxır. Çay içək, çörək yeyək, filan yerə gedək… kimi təkliflər sonsuz sayda olur. Buda azmış kimi, onlara bəzən imtina etmək çox çətin olur – səbəbi olmur. Bununla biz necə mübarizə aparırıq?

İlk əvvəl maksimum az görüşməyə çalışıram. Əgər hiss edəndə ki, artıq alınmır… mümkün deyil, keçirik “az” ağrılı yollara. Bunlar üçün biz mütləq görüşü imkan daxilində ofisimizin yanında, yaşadığımız ev tərəfdə edirik. Belə etdikdə vaxt son dərəcə az gedir və əslində dəyişən bir şey olmur. Paralel olaraq görüşəcəyimiz adamla danışacağım mövzunu əvvəlcədən təyin edirəm. Heç olmasa faydalı olsun…

MƏN NƏ EDİM kateqoriyası. Bu adamlar konkret olaraq daim məsləhət alırlar. Harda görürlər… internet, real həyat, telefonda… bir sözlə “Salam… mən filan şeyi necə edim?” məntiqi. İnternet statpupdan başlayaraq… ta hara qədər. Əziz oxucu, xahis edirəm pis qəbul etməyin… mən hamıya məsləhət verməyə hazıram… bildiyim nesə varsa… bildiyim nesə olsa. Amma burda bir məsələ var. Kimdənsə məsləhət almaq üçün gərək nesə edəsən. Mən hiss edəndəki qarşımdakı adam heçnə etməyib, sadəcə elə-belə məsləhət alır və dəhşətlisi bunun üçün məsləhət – məsləhət üçündür… icra üçün deyil, mən çox pis oluram. Vaxtımın yeyildiyini hiss edirəm. Bunun üçün nə edirəm?

İlk əvvəl çalışıram məsləhətin nə dərəcədə real olduğunu hiss edim. Daha sonra maksimum məsləhət verən adamın özünə iş yükləməyə çalışıram. Necə deyərlər “meymunu ona tullayıram”. Çox zaman məsləhət verdikdən sonra, lazımsız müzakirələr başlayır. Tam sadə olan bir şeyi, uzun-uzadı izah etmək lazım olur. Açıq deyim, sadəcə belə adamları “ləğv” edirəm. Danışmıram.

Düşünürəm ki, biz hamılıqla vaxtın dəyərini bilməliyik. YOX deməyi bacarmaq son dərəcə vacib bir xasiyyətdir. Çalışıram “YOX” deməyə az ehtiyyac qalsız, amma lazım olduqda deməkdən çəkinmirəm. Yuxarıda dediklərimlə son vaxtlar xeyli əlavə vaxtlar qazanmışam.

Başqa necə etmək olar?!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close